Stilist Anar Ağakişiyev şou-biznes nümayəndələrinin tərzini tənqid edib.
Axşam.az-ın məlumatına görə, o, "Star life" verilişinə açıqlamasında dəbli geyinənlərin adlarını sadalayıb:
"Nə dəb olursa, 2 ildən sonra bizim şou-biznesə çatır. Dünyada dəbi müğənnilər diktə edir. Xalq musiqi ifaçıları 1990-cı ildə qalıblar: 1 kilometr kəkil, daş-qaşlı libas, at quyruğu saç. Sevda Yahyayeva deyib ki, stil baxımından birinciyəm. Bəs birincilər sənin yanında nə etsin? Röya gözəl geyinir. Çox bəyənirəm Xumar Qədimovanı.
O xanımda gözəl xarizma var. Özlərinə "fashion ikon" deyirlər. Zülfiyyə Xanbabayeva illərdir tərzini qoruyub saxlayır. Tünzalə Ağayeva da stilist məsləhəti olmadan geyinmir. Kişi müğənnilərindən bəziləri dəbli geyinməyə can atır. Bəziləri isə elə klassik obrazda qalıb. Bəzi müğənnilərimiz isə xarici ulduzların geyimini kopyalayırlar. Hansısa bir modeldə görmüsünüzsə, edin. Amma həmkardan oğurlamaq olmaz".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?