Bir neçə gün öncə ölkənin sosial şəbəkələrində ən çox dolaşan xəbərlərdən biri də gənc müğənninin soyunması idi. Həmin müğənninin adını çəkib təbliğ etmək istəmirik. Sadəcə onu deyə bilərik ki, həmin müğənninin indiyə qədər cəmi bir klipini görmüşük. Orada da səs imkanlarının necə zəif olduğunu məharətlə sübuta yetirməyə çalışırdı.
Əvəzində fotoları bütün sosial şəbəkələri dolaşır. Ara-sıra epotajlı fotosessiyalarına görə bu müğənni ölkə gündəmini zəbt edir. İnsafən, səsi olmasa da, əndamı çox gözəldir. Heç bir kişinin baxmadan keçə bilməyəcəyi bir vücuda sahibdir. Elə çəkdirdiyi klipdə də bədən gözəlliklərini önə çəkirdi. Ancaq musiqi qabiliyyəti sıfırdan da aşağı.
Belə hallar Azərbaycanda ilk dəfə deyil. Nədənsə ölkəmizin şou məkanına qoşulmaq istəyənlər düşünürlər ki, səs və istedadın elə də önəmi yoxdur. Hətta danışıq qabiliyyətinə də fikir verən yoxdur. Elə indi populyar olan müğənnilər Röya, Aygün Kazımova və başqaları da bir zamanlar soyunaraq səhnəyə çıxmışdılar. Ancaq onları səhnədə saxlayan bədən quruluşları olmadı. İfaları sayəsində səhnədə qala bildilər. Əgər bu olmasaydı, çoxdan tamaşaçı pomidor-yumurta atəşi ilə onları aşağı endirərdi. Onlardan sonra zaman-zaman belə gözəllər meydana çıxır. Bir-iki gün gündəmdə qaldıqdan sonra tarixə qovuşurlar.
Biz bu yazıda əxlaqdan dəm vurmaq niyyətində deyilik. Milli-mənəvi dəyərləri də önə çəkmək istəmirik. Bizi işin peşəkar tərəfi maraqlandırır. Yəni doğrudanmı, tamaşaçı soyunan birini sevir? Yəni onlar belə düşünürlər? Kim bu fikri ortaya atıb və şou-biznesimizi burleskə çevirib? Axı elə gözəl əndamlılar kafe, əyləncə mərkəzləri və s. yerlərdə də az deyil. Belə çıxır, hərəsi bir dəfə səhnəyə çıxıb gözümüzü və qulağımızı yormalıdır? Axı səhnə üçün bədən quruluşu əsas şərt deyil...
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?