Uzun müddətdir küsülü olan müğənni Niyam Salami və Röya Ayxanı barışdırmaq istəyiblər.
Axşam.az-ın məlumatına görə, N.Salami bu haqda "Onlar" verilişinə açıqlamasında deyib. O, dostlarının bu cəhdinin nəticəsiz qaldığını bildirib:
"Məni onunla heç kim barışdırmaq istəməsin. Belə şeyi sevmirəm. Mən uşaq deyiləm ki, kimsə qolumdan tutsun, harasa aparsın. Barışmaq istəyən özü mənimlə danışmalıdır. Nəsə demək istəyirsənsə, telefonla yığ. Necə olur acıqlı söz olanda zəng edib, aqressiv danışırsan.
Xoşum gəlir ki, dost zəng vursun, məndən soruşsun "Niyam, niyə belə etmisən?" Məni onunla heç kim barışdıra bilməz. Qarşı tərəfdən o istiliyi görməmək, mənə pis təsir edər. Xanımdır da. Onların xasiyyəti dəyişkən olur. Qismət olar danışarıq. Mənim ondan, onun da məndən asılılığı yoxdur".
Qeyd dək ki, N.Salami ilə R.Ayxanın küsməyinə səbəb xalq artisti Aygün Kazımova olmuşdu. Belə ki, Niyamın tədbirlərin birində A.Kazımova ilə birlikdə əyləşməsi digər tərəfin xoşuna gəlməmişdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?