28 may 1918- ci il- Azərbaycan xalqının şərəftarixinin yazıldığı ən dəyərli günlərdən biridir. Həmin gün Xalqımız Məmmədəmin Rəsulzadə vəsilahdaşlarının öndərliyi ilə imperialist qüvvələrin ağır basqıları altında Rusiyanınmüstəmləkə zəncirlərini qıraraq müsəlman şərqinin ilk respublikasını -AzərbaycanXalq Cümhuriyyətini qurmuşdur. AzərbaycanXalq Cümhuriyyəti mövcud olduğu 23 ay ərzində ölkəmizi bəşəriyyətə çağdaşdünyanın milli-demokratik dövləti kimi tanıtmış, qısa müddət ərzində demokratikislahatlar apararaq milli tariximizin şanlı səhifələrini yaratmışdır. İmperiyalar 1920-ci ildə Azərbaycan XalqCümhuriyyətini süquta uğratsada xalqımızın iradəsini qıra bilməmişdir. Xalqımız71 il sonra – 1991-ci ildə Elçibəy və silahdaşlarının öndərliyi ilə dövlətmüstəqilliyimizi yenidən bərpa edərək “bir kərə yüksələn bayraq bir daha enməz”həqiqətini bir daha təsdiqləmişdir. Əziz həmvətənlər! Sizi bu möhtəşəm bayram münasibəti ilə təbrik edir və inanırıqki, Xalqımızın şərəfli mübarizəsi Azərbaycanımızınbütövləşəcəyi günə qədər davam edəcəkdir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?