Gundemxeber.az » Ölkə » Bölgə » Ağdam Rayon İcra Hakimiyyəti başçısının Ramazan bayramı və 28 May – Respublika Günü münasibətilə rayon əhalisinə təbriki:
Ağdam Rayon İcra Hakimiyyəti başçısının Ramazan bayramı və 28 May – Respublika Günü münasibətilə rayon əhalisinə təbriki:
Ağdam Rayon İcra Hakimiyyəti başçısının Ramazan bayramı və 28 May – Respublika Günü münasibətilə rayon əhalisinə təbriki:
Hörmətli Ağdamlılar, xanımlar və cənablar, əziz ağdamsevərlər!
Sizi, müsəlman aləminin müqəddəs Ramazan bayramı və Azərbaycan xalqının şanlı 28 May – Respublika Günü münasibəti ilə ürəkdən təbrik edir, hər birinizə ən xoş, ən səmimi arzularımı çatdırıram.
Müqəddəs Ramazan ayı insanlar arasında birlik, bərabərlik və xeyirxahlığı təcəssüm etdirir. Çox xoşdur ki, bu mübarək ayda Siz, Allah qarşısında insanlıq borcunuzu qəlbən ödəmək fürsəti qazanıb, mənəvi zənginlik və əxlaqi kamilliyinizlə nəfs üzərində qazandığınız qələbənin sevincini yaşayırsınız.
Bu il Ramazan bayramı ilə 28 May – Respublika Gününün təqvimdəki yaxınlığı da xoş bir təsadüfdür. Hər birimizə bu iki əlamətdar gün çox əziz və doğmadır.
Həmçinin, 1918-ci ilin mayın 28-i Azərbaycan xalqının tarixinə parlaq səhifə kimi daxil olub. Həmin gün “İstiqlal Bəyannaməsi” qəbul edilərək, Azərbaycan Demokratik Respublikası elan edilib. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə yenidən qurulmuş müasir Azərbaycanda dövlətçilik özünün yüksək zirvəsinə çatıb. Bu gün ölkəmiz Heydər Əliyev ideyalarının siyasi varisi, müasir Azərbaycanın uzaqgörən lideri, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir, iqtisadi, hərbi, siyasi, mənəvi gücünü günbəgün artırır, xalqımız xoşbəxt gələcəyə doğru irəliləyir.
Ağdam tarixən İslam dini və milli-mənəvi dəyərlərə hörmət, müstəqillik tariximizə məhəbbət hissini qoruyub saxlayıb, tolerant və multikultural ənənələri yaşadaraq inkişaf etdirib, nəsillərə ötürüb. Təqdirəlayiq haldır ki, etnik qrupların geniş yayıldığı ölkəmizdə vicdan və dini etiqad azadlığı, dövlət-din münasibətləri ölkə qanunvericiliyinə uyğun təmin edilir, milli-mənəvi dəyərlərimizin təbliği və təşviqi sahəsində əsaslı tədbirlər həyata keçirilir.
Bu müqəddəs ayda, müstəqillik tariximizə çevrilmiş bayram günündə xalqımız tərəfindən doğma vətənimizin əmin-amanlığı üçün dualar səsləndirilir, torpaqlarımız uğrunda şəhid olanların xatirəsi ehtiramla yad olunur. Bəşəriyyətin “COVID-19” pandemiyasından xilas olması, həyatımızın normal məcraya düşməsi üçün uca Yaradana dualar edilir. Epidemiyanın yaratmış olduğu təhlükə dövründə həkimlərə, polislərə və müəllimlərə bəslənilən ümidlər, edilən dualar qədirbilən xalqımızın islami dəyərlər üzərində formalaşmış mənəvi keyfiyyətinin, birliyinin təcəssümüdür. İnanıram ki, bu əziz və müqəddəs günlərdə Sizin dualarınız, arzu və istəkləriniz, saf niyyətləriniz Tanrı dərgahında qəbul ediləcəkdir. Ölkəmiz azad, müstəqil, suveren inkişafını inamla davam etdirəcək, işğalda olan torpaqlarımızın azad edilməsi uğrunda mükəmməl addımlar atılacaqdır.
Əziz Ağdamlılar, bacı və qardaşlar, müqəddəs Ramazan bayramı və 28 May – Respublika Günü münasibəti ilə bir daha hər birinizi təbrik edir, sizlərə ailə səadəti, sağlamlıq, milli və bəşəri dəyərlərə sədaqət, könül xoşluğu, əmin-amanlıq diləyirəm. Xoşbəxt günlərin sevincini birlikdə yaşamaqla möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında daha sıx birləşməyimizi arzulayıram! Canınız sağlam, süfrələriniz bərəkətli, xoşbəxtliyiniz davamlı olsun! Qoy Azərbaycanın dövlət müstəqilliyi xalqımız və İlahi tərəfindən daim qorunsun!
Sorğu
Yeni dizaynımız necədir?