GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Məmur villaları Badamdarı sürüşdürür

Məmur villaları Badamdarı sürüşdürür

Tarix: 10-02-2013, 11:06 Bölmə :Ölkə Baxış: 2 183
Məmur villaları Badamdarı sürüşdürür

İddialara görə, vitse-spiker Ziyafət Əsgərov, Diasporlarla iş
üzrə dövlət komitəsinin rəhbəri Nazim İbrahimovun qardaşı,
iş adamı Hacı İbrahim İbrahimlinin də bu yerdə villaları var


Əhali səksəkə içindədir, oliqarxların imarətlərinin tikintisi isə davam edir

Ötən ilin dekabrında Badamdar qəsəbəsində baş verən sürüşmənin əsl baiskarı məmur villalarıdır. İki aylıq təmir-tikinti işlərindən sonra Badamdardan 20-ci sahəyə gedən yol açılsa da, təhlükə sovuşmayıb. Çünki məmur villalarının sayı azalmaq əvəzinə artır. Hələ də sürüşmə zonasında oliqarxlara, vəzifəli şəxslərə məxsus malikanələr ucaldılır.
Məmur villaları Badamdarı sürüşdürür

Əslində sürüşmə zonasında yaranmış təhlükəni birdəfəlik aradan qaldırmaq üçün ərazidə yaşayan sakinləri və sözügedən villaları köçürmək lazım idi. Ancaq Azərbaycan hökumətində təmsil olunan iri ranqlı nazir-oliqarxları əhalinin taleyi yox, öz mülkləri maraqlandırır. Ona görə də Badamdardakı vəziyyət müvəqqəti olaraq yaxşılaşsa da, problem köklü həll olunmayıb.
“Gündəm-xəbər”ə daxil olan məlumata görə, Teleqüllənin yaxınlığına qədər uzanan məmur saraylarının kimlərə məxsus olduğu məlumdur. Əməkdaşımız həmin massivdə olub və şəkillər çəkib.
Məmur villaları Badamdarı sürüşdürür

Daha sonra kiçik araşdırma zamanı öyrənib ki, prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubov, nəqliyyat naziri Ziya Məmmədov, rabitə və texnologiya naziri Əli Abbasov, deputat Fuad Muradov, parlamentin spikeri Oqtay Əsədov və başqa vəzifəli şəxslərə aid malikanələr var. Adıçəkilən məmurlar Badamdar sürüşməsi zamanı villaların sökülməsi təklifinə qarşı çıxıblar.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov və baş nazirin müavini Abid Şərifov problemin həlli üçün villaların sökülməsini və bu massivdə tikinti aparılmasını qadağan edən qərar qəbul olunmasını istəyiblər. Ancaq villa sahiblərinin dirəniş və müqaviməti ilə üzləşən FHN “şefi”nin ideyası reallaşmayıb. Hazırda həmin villalar yerində qalıb. Məlumata görə, hətta bu məsələ ölkə rəhbərliyi səviyyəsində müzakirə olunub.
Məmur villaları Badamdarı sürüşdürür

Şəhərin hər yerindən baxanda göz deşən villaların köçürülməsi təklif olunub. Ancaq buna imkan verilməyib. Qeyd olunub ki, sürüşmə zonasında yaşayan adi vətəndaşlar başqa yerə köçürülsün. Belə də ediblər. Səbayel Rayon icra Hakimiyyəti bir neçə ailəni massivdən çıxarıb. Sürüşmənin yenidən təkrarlanmayacağına isə heç kim zəmanət verə bilməz.
Əməkdaşımıza deyilib ki, bu villalar nəzarət altındadır və ora adi adamlar yaxınlaşa bilməz. Bu dəbdəbəli evlərə sahibləri ayda-ildə bir dəfə gələ ya gəlməyə. Əsasən də yay aylarında villalara gələnlər olur. İddialara görə, vitse-spiker Ziyafət Əsgərov, Diasporlarla iş üzrə dövlət komitəsinin rəhbəri Nazim İbrahimovun qardaşı, iş adamı Hacı İbrahim İbrahimlinin də bu yerdə villaları var.
Ərazidə yaşayan sakinlər isə deyirlər ki, kanalizasiya sularından sürüşmə baş verməsinə inanmırlar. Onların sözlərinə görə, bu boyda sürüşmə kanalizasiya suyundan ola bilərmi? Yağış suları, yaxınlıqda işləyən maşın yuma məntəqəsi, yüksəklikdə yerləşən malikanələrdən gələn su belə bir problemi yaradıb.
Badamdar sakini Yusif Məlikov: “Burada hər kəs özünə elə bir villa tikə bilməz.
Hər bir villaya gedən yolun qarşısında qadağa “znak”ı qoyulub. Bunu mən, sən edə bilmərik. Böyük adam olasan ki, bunu elətdirə biləsən. Villaların sahiblərinə heç kim bir söz demir. Ancaq camaatın üstünə gəlirlər. Balaca komamızı görə bilirlər, ancaq dağın başında tikilən villanı görmürlər. Hamı bilir ki, sürüşmənin əsas səbəbi bu villalardır.
Yüksəklikdə tikilib, özülü qazılan zaman ciddi fəsadlar törədilib. İndi də qarşısını ala bilmirlər. Sürüşmə elə bir yerdə baş verib ki, onun qarşısını almaq üçün heç bir maşın ora gedə bilməz”. Qəsəbənin sakinləri sürüşmənin səbəbini yaşıllıqların məhv edilməsində görürlər: “İmkanlı şəxslər ağacları kəsdirərək özlərinə imarətlər tikdirirlər. Bu da sürüşməyə gətirib çıxarır”.
Sakinlər bildirdilər ki, əhalinin tədricən buradan köçürülməsi nəzərdə tutulmuşdu. Sürüşmənin ən aktiv vaxtlarında hökumət əl-ayağa düşüb camaatı buradan köçürmək istəyib. Ancaq problemi qismən həll edəndən sonra plan yarımçıq qalıb. İnsanlara kompensasiya veriləcəyi isə bilinmir. Səksəkə içində yaşayan qəsəbə sakinləri deyirlər ki, indinin özündə də təpədə villa tikintiləri davam edir. Ancaq onlara “gözün üstə qaşın var” deyən yoxdur.
Qəsəbə sakini Murad Əliyev: “Yenə də tikinti işləri davam edir. Dövlət Televiziya Qülləsinin ətrafında nəhəng, ucu-bucağı görünməyən yaşayış villaları tikilib. Bu mənzillər yamac boyu uzanıb. Yamacın aşağı hissəsində yaşayan sakinlərə isə deyirlər ki, sizi köçürdürük. Necə olur, dağın başındakı tikililər deyil, aşağıda olan evlər sürüşməyə məruz qalır? Bu oyun isə heç bir məntiqi əsasa sığmır. Neçə illərdir mən burada yaşayıram. İmkan vermirlər ki, evdə hansısa restovrasiya işləri aparaq. Abid Şərifov deyir ki, sürüşməyə səbəb ağacların suvarılması olub. Ekologiya Nazirliyi isə bildirir ki, ağac əkməklə hadisələrin qabağını almaq mümkündür. Ağacların suvarılmasının sürüşməyə heç dəxli yoxdur”. Əldə etdiyimiz xəbərə görə, sürüşmə zamanı əraziyə yaponiyalı mütəxəssislər gəliblər. Onlar sürüşmənin dayandırılması haqda layihə hazırlayıblar ki, bunun reallaşması üçün Azərbaycan hökuməti büdcədən 3-4 milyon manat dəyərində vəsait ayırmalı olub. Hökumət isə həmin məbləğin bahalığını dilə gətirərək yaponiyalı alimlərlə razılaşmayıb.
Aslan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Oliqarxın Bakıda satlığa qoyduğu milyonluq villaları

    Oliqarxın Bakıda satlığa qoyduğu milyonluq ...

    1-08-2014, 00:57

  • 
  • Bu da müxalifət liderinin villaları - (Fotolar)

    Bu da müxalifət liderinin villaları - (Fotolar) ...

    24-02-2014, 00:25

  • 
  • Paytaxtda ağır yol qəzası: yaralılar var

    Paytaxtda ağır yol qəzası: yaralılar var ...

    23-07-2016, 13:45

  • 
  • Razim Məmmədovun milyonluq villaları və yeni hoteli

    Razim Məmmədovun milyonluq villaları və yeni ...

    1-08-2014, 01:16

  • 
  • Şamaxı fəal sürüşmə zonasıdır

    Şamaxı fəal sürüşmə zonasıdır ...

    24-10-2013, 13:20


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu