Ukraynada prezident Viktor Yanukoviçin devrilməsi ətrafında yaşanan eyforiyal vəziyyət bir azdan unudulub gedəcək.
Bu olaylarda çoxlarının unutduğu bir məqam var. Bu məqamlar tezliklə əlavə suallar doğuracaq. Onlardan biri də budur: “Yanukoviçi bağıra-bağıra ittiham edənlər özləri necə, doğrudanmı sadə ukraynalılar qədər kasıb idimi?” Müxalifətçi “Batkıvşina” fraksiyasının lideri Arseni Yatsenyukun Kiyevin ən dəbdəbəli rayonunda - Starı Petrovıdakı malikanəsi məhz Yanukoviçin yaşadığı məhəllədə yerləşir. Qiyməti də az deyil - “cəmi” 2 milyon dollar.
Amma ədalət naminə onu da deyək ki, Ukraynada hakimiyyətə can atan müxalifət liderinin mülkləri dünən azadlığa çıxan digər “xalq sevimlisi”, müxalifətçi Yuliya Timoşenkonun malikanələri qarşısında toyuq hini effektinə malikdir. Şəkildə gördüyünüz mülklər məhkəmənin Timoşenkodan qanun yolu ilə aldığı daşınmaz əmlakdır.
Baxın... Və düşünün: sadə ukraynalılar Kiyev küçələrində həm də bu mülkləri və onların sahiblərini qorumaq uğrunda ölüblər...
Sorğu
Yeni dizaynımız necədir?