GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Şeyxin Tərtərə helikopterlə qəfil səfərinin gizli təfərrüatları

Şeyxin Tərtərə helikopterlə qəfil səfərinin gizli təfərrüatları

Tarix: 12-06-2015, 14:51 Bölmə :Ölkə Baxış: 0
Şeyxin Tərtərə helikopterlə qəfil səfərinin gizli təfərrüatları

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə iyunun 10-da Tərtərə səfər edib. Yerli mənbələrdən aldığımız məlumata görə, Şeyx Tərtərə tək getməyib, onu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, eləcə də QMİ və QDİDK sədrlərinin müavinləri, tanınmış şərqşünas-alim Vasim Məmmədəliyev müşayiət edib. O da bildirilir ki, Şeyxülislam Tərtərə helikopterlə gəlib.

Tərtərdə yerli icra başçısı ilə görüşən Şeyxülislam daha sonra ruhanilərlə bir araya gəlib və Tərtər Cümə məscidinə baş çəkib. Bizə verilən məlumata görə, Şeyx baxımsız qalan məsciddə günorta namazı qılıb, daha sonra məscidin otaqlarına baxış keçirib, binanın uçulub dağılmasından narahatlığını bildirib. Şeyx bildirib ki, öz şəxsi hesabından Tərtər məscidinin təmirinə 10 min manat ayırır. Eyni zamanda DQİDK sədrinə dövlətin müvafiq fondundan pul ayırmağı təklif edib. M.Qurbanlı Şeyxin təklifini dəstəkləyib, Tərtər məscidinin təmirinə yardım ediləcəyini bildirib.

Mənbə bildirir ki, Şeyx Tərtərdə görüşlərdən sonra Bərdəyə yola düşüb.

Qeyd edək ki, Tərtər rayonundan son illərdə çoxlu sayda sakin Suriyaya gedərək radikal qruplara qoşulub. Mətbuatın yazdığına görə, son 3 ildə rayondan bir neçə nəfər Suriyada gedən döyüşlərdə öldürülüb, yaxud da yaralanaraq Türkiyəyə aparılıb. Hazırda Suriyada gedən döyüşlərdə onlarla rayon sakininin olduğu güman edilir. Tərtərdə 90-cı illərdə vəhhabilik geniş yayılıb və yerli əhali arasında tərəfdar toplaya bilib. Sonrakı illərdə də rayonda vəhhabilər, radikal islamçılar xeyli fəal olublar. Ancaq Suriyada başlayan iç savaş və bu savaşda çoxlu sayda azərbaycanlıların öldürülməsindən sonra hakimiyyət orqanlarının respublika səviyyəli tədbirləri Tərtərdə də həyata keçirilib. Hüquq-mühafizə orqanları Tərtərdə radikal qrupların üzvü olan bir neçə nəfəri həbs edib, eyni zamanda rayonda radikal qrupları dəstəkləyən, onlara yardım edən şəxslər son aylarda nəzarətə götürülüb. Məhz bu cür xəbərlərin yayılmasından sonra Şeyxülislamın Tərtərə səfər etməsi rayonla bağlı hakimiyyətin narahatlığının hələ də qaldığını göstərir.

Rayondan verilən məlumata görə, son bir ildə hüquq-mühafizə orqanları Tərtərdə radikal qrupların üzvləri, onlara maliyyə dəstəyi verən, himayə edən şəxsləri nəzarətə alıb. Mətbuatda hətta hakimiyyət orqanlarında təmsil olunan bəzi şəxslərin belə qrupları dəstəkləməsi ilə bağlı xəbərlərin yayılmasından sonra hakimiyyət orqanları rayonda fəal vəhhabilər və onların nüfuzlu himayədarlarını nəzarətə götürüb.

Görünür ki, Şeyxin səfəri dini vəziyyətlə yerində tanış olmaq, dini icmaların, ruhanilərin problemlərini dinləmək və müvafiq addımları planlamaq məqsədli olub. DQİDK sədrinin də Şeyxi müşayiət etməsi bununla əlaqələndirilir. Bu isə onu deməyə əsas verir ki, yaxın zamanlarda hakimiyyət orqanları Tərtərdə radikal qrupların dayaqlarını məhv etmək üçün genişmiqyaslı fəaliyyətə keçəcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Şeyx Düşənbəyə səfərə gedir

    Şeyx Düşənbəyə səfərə gedir ...

    20-07-2015, 09:49

  • 
  • Şeyx ABŞ-a gedir

    Şeyx ABŞ-a gedir ...

    28-04-2014, 10:20

  • 
  • Şeyxin 65 yaşı tamam olur

    Şeyxin 65 yaşı tamam olur ...

    26-08-2014, 00:49

  • 
  • Şeyxülislam Allahşükür Paşazadə Moskvada səfərdədir

    Şeyxülislam Allahşükür Paşazadə Moskvada ...

    24-09-2019, 10:16

  • 
  • Allahşükür Paşazadənin Çexiyadakı villası – FOTOLAR

    Allahşükür Paşazadənin Çexiyadakı villası – ...

    16-03-2018, 17:55


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu