Lənkəranda 7 nəfərin xəsarət almasi ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə Lənkəran- Lerik yolunun Mollakənd ərazisindən keçən hissəsində qeydə alınıb.
Lerik istiqamətində hərəkətdə olan UAZ markalı, 43 BA 721 dövlət qeydiyyat nişanlı avtomobil əks istiqamətdə hərəkətdə olan “VAZ 2106” markalı, 10 GE 236 dövlət qeydiyyat nişanlı minik maşını ilə toqquşub.
Nəticədə UAZ-da olan 3 nəfər və “VAZ 2106”-da olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlardan ikisi Cəlilabad rayonunun Ağdaş kənd sakinləridir.
“VAZ 2106” -da olan Cəlilabad rayon sakinləri 31yaşi Rəşad İslam oğlu Abışov, 25 yaşlı Rəfi Xanverdi oğlu Məmmədov və UAZ-da olan sərnişin 23 yasli Sahilə Müqəddəs qızı Rzayeva reanimasiya şöbəsinə yerləşdiriliblər.
Digər yaralılar - UAZ-ın sürücüsü olan 62 yaşlı Lerik rayon Davradibi kənd sakini Müqəddəs Məhəmməd oğlu Rzayev, 30 yaşlı Lerik rayon Davradibi kənd sakini Elçin Xanhəsən oğlu Ağayev, 27 yaşlı Lerik rayonu Zəriküməco kənd sakini Hafiz Həsənağa oğlu Cabbarov və 53 yaşlı Lerik şəhər sakini Baləddin Sərhəng oğlu Rzayevə travmatologiya şöbəsində müvafiq yardımlar göstərilib. Vəziyyətləri normaldır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?