Bakı Şərqi Avropanın ən zəngin paytaxtlarından biridi. Keçən həftənin cümə günü isə küləklər şəhəri I Avropa Oyunlarının möhtəşəm Açılış Mərasimiylə diqqət mərkəzinə düşdü. Xüsusilə də Ledi Qaqanın Açılış Mərasimində məşhur "Imagine" mahnısını ifa etməsi bəyənilmişdi.
"Eurosport"un məlumatına görə, məşhur müğənninin çıxışı heç də ucuz başa gəlməyib. Təxminən 6 dəqiqəyə yaxın davam edən çıxışın müqabilində Ledi Qaqaya 2 milyon dollar (1,3 milyon funt) ödənilib. Bu, Pol Makkartninin London-2012-nin açılış mərasimi üçün tələb etdiyi 1 milyon funtla müqayisədə olduqca gözqamaşdırıcı bir məbləğdi.
Buna dəyərdimi? Oyunları izləyən Liam Morqan Qaqanın güllə bəzədilmiş piano arxasında gizlənməsinə baxmayaraq, buna dəydiyini düşünür:
"Qaqanın mərasimə damğa vurduğunu düşünməmək çətindi. Stadionda olanların əksəriyyəti bu çıxışın dəyərinin heç bir məbləğlə ölçülmədiyini düşünə bilər. Ancaq ədalət naminə demək lazımdır ki, kolların arxasında gizlənmək əvəzinə ona daha böyük rol verilə bilərdi.
Açılış Mərasimindən əvvəl Ledi Qaqa sürpriz elementlərindən biri kimi gizlədilirdi".
Sorğu
Yeni dizaynımız necədir?