Son günlər ölkə mətbuatında pritonlarla bağlı tutarlı faktlar oxucuların ixtiyarına verilib. Bu günlərdə isə daha bir inanılmaz məlumat əldə etdik.
Belə ki, mənbənin gundemxeber.az-a verdiyi məlumata görə Nəsimi rayonu Süleyman Rəhimov küç. 46 saylı tam orta məktəbin ərazisində faişəxana fəaliyyət göstərir. Məlumatın dəhşətli olduğunu nəzərə alıb bir neçə araşdırmalara üstünlük verdik. Nəhayət araşdırmalardan məlum oldu ki, qeyd edilən priton açıq-aşkar “müştəriləri” qəbul etmək iktidarındadır. Məktəbin direktoru ilə əlaqə yaratmağa çalışdıq. Əfsüslər olsun ki, cəhdlərimiz alınmadı.
Əməkdaşımızın verdiyi son məlumatlara görə faişəxanada 15-ə yaxın orta yaşlı “xanım” gündəlik qazanc əldə etmək məqsədi ilə gənclərimizə “qulluq” edir. İndicə mənbənin verdiyi məlumata görə pritonun sahibi Ədalət adlı şəxsdir. Obiyektin sahibi kimi tanınan Ədalətlə görüşüb məsələyə aydınlıq gətirmək istədik. Dəhşətlisi budur ki, tərbiyə ocağına yaxın faişəxananın fəaliyyəti heç bir aidiyyətli qurumu narahat etmir.
Mətləbə keçməzdən öncə nəzərinizə çatdıraq ki, bu tip pritonlar şəhərin mərkəzində çəkinmədən gənclərimizin ixtiyarına verilir. Məlum məsələdir ki, gələcəyimiz olan gənclərimiz gələcəkdə hansı problemlərlə qarşılaşacağını belə maraqlandırmır. Araşdırmalar davam etdiyi üçün bəzi məqamlara toxunmuruq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?