GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Atamın qatili azadlıqda gəzir”

“Atamın qatili azadlıqda gəzir”

Tarix: 18-06-2015, 07:25 Bölmə :Ölkə Baxış: 0
“Atamın qatili azadlıqda gəzir”

Atası öldürülən oğul prokurorluğu ittiham etdi, günahsız yerə mühakimə olunana bəraət verilməsini istədi

Sumqayıt Apelyasiya Məhkəməsində evində ağır cinayət törədən Füzuli rayon sakini, 1947-ci il təvəllüdlü Bəndalı Qarayevin məhkəməsi başa çatıb. İttihama görə, Bəndalı Qarayev özünə məxsus olan Sumqayıt şəhəri, Yaşma bağları, ev 134 ünvanındakı evində müvəqqəti yaşayan tanışı Siyavuş Nəbiyevi qətlə yetirib.

Onlar 9 oktyabr 2013-cü il tarixdə, saat 15 radələrində həmin bağ evindəki tikilinin qarşısında skamyada spritli içki qəbul ediblər. Bəndalı sərxoş olandan sonra Siyavuş Nəbiyevə evdən çıxmağı tələb edib. Siyavuş isə Bəndalının bu tələbinə etiraz edib və onu nalayiq söyüşlərlə təhqir edib, yumruqla vurub.

Buna görə də Bəndalı Siyavuş Nəbiyevlə dalaşaraq, ona bədəninin müxtəlif nahiyyələrinə, o cümlədən başına zərbələr endirib. Həmçinin Bəndalı Siyavuşu itələyərək yerə yıxıb. Həmin vaxt o, Səyavuş Nəbiyevə bədən xəsarəti yetirib.

Bundan bir neçə gün sonra, yəni oktyabrın 12-də Bəndalı Qarayev yenidən özünə məxsus evində Siyavuş Nəbiyevin yanına gəlib. Bəndalı orada Siyavuş ilə yenidən mübahisə edib və onun bədəninin müxtəlif nahiyələrinə əli ilə zərbələr endirib. O, həmin vaxt Səyavuşu döyərək, onun bədənin müxtəlif nahiyyələrinə çoxsaylı zərbələr endirib. Siyavuş aldığı xəsarətlərdən oktyabrın 13-də dünyasını dəyişib.

“Özümü günahkar saymıram”

Bu əməlinə görə Bəndalı Qarayev Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Bəndalı Qarayev və onun vəkili Sevda Əliyeva apelyasiya şikayəti veriblər. Şikayətdə Bəndalı Qarayevin barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istənilib. Həmçinin zərərçəkmişin hüquqi varisi Kamran Nəbiyev apelyasiya şikayəti verərək Bəndalı Qarayevə bəraət verilməsini xahiş edib.

Hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən Bəndalı Qarayev bildirib ki, oktyabrın 13-də, axşam saatlarında Siyavuşun telefonuna zəng vurub: “Həmin vaxt Siyavuşun telefonu bağlı olub. Öz-özümə oktyabrın 9-da Siyavuşa yetirdiyim xəsarətlərdən ölə biləcəyini fikirləşdim. Ora gedəndə artıq Siyavuşun

öldüyünü gördüm. Bundan sonra Siyavuşun yaxınlarına ölməsi barədə məlumat verdim. Sonra Siyavuşun dəfnində iştirak etmişəm. Siyavuşa ağır dərəcəli xəsarət yetirməmişəm, onun ölümündə özümü günahkar saymıram”.

“Oğluma cinayəti boynuna götürməsini istədi”

Bəndalı Qarayevin həyat yoldaşı Rəhilə Qarayevanın sözlərinə görə, Bəndalı oğlu Bəkir Qarayevə Siyavuşa başından və qolundan çəkiclə xəsarət yetirdyini deyib: “Bəndalı oğluma Siyavuş ölsə, onun ölümünü öz üzərinə götürməsini istəyib. Bəndalı bildirdi ki, onun “türmədə” yatan yaşında adam olmadığını deyib. Bakir buna etiraz edərək Bəndalını danladı. Bəndalı isə bir qədər sonra gecə saatlarında oğlum yatan zaman çəkiclə onun başından vurub. Bununla bağlı Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək, oğlumu çəkiclə vurması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsini istəmişəm”.

Rəhilə Qarayevanın sözlərinə görə, oktyabrın 11-də Bəndalının bacısının həyat yoldaşı Rəşid Zeynalov vəfat edib: “Bəndalıya yas yerinə getmək lazım olduğunu desəm də, o, yas yerinə getməyib”.

Təqsirləndirilən şəxsin gəlini Təranə Kərimova bildirib ki, oktyabrın 12-də yas mərasimində iştirak etməsi üçün Rəşid Zeynalovun Xəzər bağlarındakı evinə gedib: “Həmin vaxt Bəndalı evdə olub, sonradan Bəndalının yasa gedib-getməməsini bilməmişəm. Saat 18 radələrində evə qayıtmışam, həmin vaxt Bəndalı evdə olub. Oktyabrın 13-də Bəndalı heç yerə getməyib, ancaq evdə olub”.

Şahid qismində ifadə verən İlham Hüseynov bildirib ki, təqsirləndirilən şəxsin qonşusu olub. Onun sözlərinə görə, Bəndalı Siyavuşun öldürülməsini boynuna götürməsini təklif edib.

Vəkil: “Bəndalının cinayəti törətməsi təsdiqini tapmır”

Təqsirləndirilən şəxsin vəkili Sevda Əliyeva bildirib ki, istintaq materialları ilə təqsirləndirilən şəxsin cinayət əməlini törətməklə təqsiri sübuta yetirilmir. Müdafiəçinin fikrincə zərərçəkmiş şəxsin ölümünə səbəb olan baş-beyinə qansızmanın məhz təqsirləndirilən şəxs tərəfindən yetirilməsi təsdiq edilmir. Onun sözlərinə görə, zərərçəkmiş şəxs daim spirtli içkilər qəbul etməklə ayıq halda olmayıb və onun 12 oktyabr 2013-cü il tarixdə ağır alkoqol sərxoşluğu vəziyyətində başqa şəxslərlə də görüşüb: “Zərərçəkmiş həmin tarixdə başqa şəxslərlə dalaşması və döyülməsi faktı inkar edilmir. Həmçinin təqsirləndirilən şəxsin oktyabrın 12-də bağ

evində olması, zərərçəkmiş şəxsi döyməsi və baş-beyinə ağır xəsarət yetirməsi faktı da təsdiqini tapmır”.

Vəkilin sözlərinə görə, mərhumun ağır vəziyyətdə yaşayıb, yaşamağa yeri olmayıb, ağır formada vərəm xəstəsi olub: “Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə özünə məxsus bağ evində sığınacaq verib. Lakin onun vərəm xəstəliyindən əziyyət çəkdiyindən zərərçəkmiş şəxsin bağ evində qalması ailəsində narazılıq yaradıb. Buna görə də oktyabrın 9-da təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə başqa bir yer tapmasını bildirib. Həmin vaxt zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi söyüb, aralarında baş verən narazılıq zamanı zərərçəkmiş şəxs yıxılaraq xəsarət alıb və təqsirləndirilən şəxs onu ayağa qaldıraraq çarpayıya uzadıb. Təqsirləndirilən şəxs bir gün zərərçəkmiş şəxsin yanında qalıb. Bir gün sonra zərərçəkmiş özünü yaxşı hiss edib, sərbəst hərəkət etdiyini görən Bəndalı özü yaşadığı evinə qayıdıb”.

“Bəraət hökmü çıxarılsın”

Vəkilin sözlərinə görə, oktyabrın 11-də təqsirləndirilən şəxsin bacısının həyat yoldaşı Rəşid Zeynalov vəfat edib: “Oktyabrın 12-də Rəşid Zeynalov dəfn edilib. Həmin günü dəfn mərasimində iştirak etmiş şəxslər də təqsirləndirilən şəxsi dəfn yerində görüblər və belə olan halda təqsirləndirilən şəxsin səhər saat 11.00 radələrindən saat 18.00 radələrinədək Yaşmadakı bağ evində olması inandırıcı deyil. Oktyabrın 12-də Siyavuş Nəbiyevin həmin xəsarəti başqa şəraitdə və başqa şəxslərdən tərəfindən alması da inkar edilmir. Təqsirləndirilən şəxs oktyabrın 9-da zərərçəkmiş şəxslə dalaşmasını, onu vurmasını, eyni zamanda özünün də zərərçəkmiş şəxs tərəfindən döyülməsini inkar etmir. Lakin oktyabrın 12-də Bəndalı zərərçəkmiş şəxsi vurmayıb. Cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Siyavuş Nəbiyevin ölümünə səbəb başın küt travması nəticəsində baş-beyinə qansızma olub və həmin xəsarətlər 12 oktyabr tarixə uyğun gəlir. Bundan başqa, həmin rəydə 9 oktyabr tarixə uyğun gələn xəsarətlərin də olması qeyd edilib. Lakin həmin xəsarətlər ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər qrupuna aid edilib. Qeyd olunan xəsarətlərin təqsirləndirilən şəxs tərəfindən yetirilməsi inkar edilmir. Lakin 12 oktyabr tarixdə yetirilən və zərərçəkmişin ölümünə səbəb olan xəsarətlərin məhz Bəndalı Qarayev tərəfindən yetirilməsi təsdiq edilmir. Buna görə də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini və müdafiə etdiyim şəxsin barəsində bəraət hökmü çıxarılmasını xahiş edirəm”.

Hüquqi varis: “Atamla daşlaşmasını heç bir şahid təsdiq etməyib”

Zərərçəkmiş şəxsin hüquqi varisi kamran Nəbiyev deyib ki, təqsirləndirilən şəxs uzun illər zərərçəkmiş şəxslə dostluq edib: “Zərərçəkmiş şəxs evsiz qalan vaxt təqsirləndirilən şəxs ona yardım göstərərək, onun ağır formada vərəm xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq, ona özünün bağ evində sığınacaq verib, hər gün onu isti qida ilə təmin edib. Təqsirləndirilən şəxs səmimi izahat verərək, 9 oktyabrda zərərçəkmiş şəxsin aldığı xəsarətlərin aralarında yaranmış mübahisə zamanı yetirilməsini inkar etməyib. Təqsirləndirilən şəxs oktyabrın 12-də isə ümumiyyətlə bağda olmadığnı məhkəmədə deyib. Lakin məhkəmə hökmündə təqsirləndirilən şəxsin izahatı dəyişdirilərək qeyd edilib ki, guya o 12 oktyabrda, saat 11.00 radələrindən 16.00 radələrinə kimi bağda olmasını bildirib. Həmin tarixdə təqsirləndirilən şəxsin bağda olmasını və atasının zərərçəkmiş şəxslə dalaşdığını heç bir şahid məhkəmədə təsdiq etməyib. Təqsirləndirilən şəxsin sonradan bir neçə şəxsə zərərçəkmiş şəxsin ölməsini deyib, cinayəti həmin şəxslərdən öz üzərlərinə götürməsini xahiş edib. Bu da zərərçəkmiş şəxsin məhz Bəndalı Qarayevin yetirdiyi xəsarətdən dünyasını dəyişməsi nəticəsinə gəlməyə əsas vermir. Atam həmin gün almış olduğu xəsarətləri başqa şəxslər də yetirə bilərdi. Lakin istintaq orqanı kifayət qədər araşdırma aparmadan Bəndalı Qarayevin ətrafında olan bir neçə şəxsi dindirməklə belə qənaətə gəlib ki, zərərçəkmiş şəxs Bəndalı Qarayevin yetirdiyi xəsarətlərdən ölüb. 68 yaşlı fiziki cəhətdən zəif bir insanın heç bir səbəb olmadan zərərçəkmiş şəxsi döyməsi və ona ölümünə səbəb olan xəsarətləri yetirməsi inandıncı deyil. Atamın qətlində təqsirli bilinən əsl günahkar azadlıqda gəzir”.

Mərhumun oğlu bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv etməklə, təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılmasını istəyib: “Siyavuş Nəbiyevin ölümündə günahkar olan şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi üçün cinayət işini istintaqa nəzarəti həyata keçirən prokurorluğa qaytarılmasını xahiş edirəm”.

Tərəflərin dinləyən hakim heyəti sonda Bəndalı Qarayevin apelyasiya şikayətinin qismən təmin edilməsi barədə qərar elan edib. Qərara görə, Bəndalı Qarayevin cəzası 7 ilə endirilib.

**

Oğlan üstündə qətl törədən 16 yaşlı qız cəzadan narazı qalıb

Bakı Apelyasiya Məhkəməsində ətldə təqsirləndirilən 16 yaşlı Aydan Xalitovanın apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb. İttihama görə, ötən il noyabrın

27-də 1998-ci il təvəllüdlü Aydan Xalitova münaqişə zəminində Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Şəms Abdullayevanı bıçaqla qətlə yetirib.

İstintaq zamanı münaqişənin oğlan üstündə baş verdiyi məlum olub. Aydan Xalitova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (soyuq silah gəzdirmə) maddələri ilə ittiham edilir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aydan Xalitova 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Aydan Xalitova apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.

Hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə ilkin baxış iclası olub. Prosesdə onun anket məlumatları dəqiqləşdirilib, həmçinin apelyasiya şikayətinin dəilləri müəyyənləşdirilib.

Məhkəmə baxışı iyunun 21-nə təyin edilib.

**

Daş karxanasında törədilən qətl

Bakı Apelyasiya Məhkəməsində daş karxanasında qətl hadisəsi törətməkdə təqsirli bilinən Nurəddin Məmmədovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb. İttihama görə, ötən ilin mayın 25-də Qaradağ rayonu Səngəçal qəsəbəsinin ərazisində yerləşən daş karxanasında Nurəddin Məmmədov münaqişə zəminində orada işləyənlər, Cəlilabad rayon sakinləri Qabil Həsənova və Fəryaz Məmmədova bıçaqlayıb.

Xəstəxanaya yerləşdirilən Fəryaz Məmmədov mayın 26-da orada ölüb, Qabil Həsənova tibbi yardım göstərilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nurəddin Məmmədov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Nurəddin Məmmədov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdiriməsini istəyib. Hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə ilkin baxış iclası olub. Prosesdə onun anket məlumatları dəqiqləşdirilib, həmçinin apelyasiya şikayətinin dəilləri müəyyənləşdirilib.

Məhkəmə baxışı iyunun 21-nə təyin edilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Mitinqdə Siyavuş Novruzov fitə basıldı

    Mitinqdə Siyavuş Novruzov fitə basıldı ...

    18-08-2013, 18:36

  • 
  • Siyavuş Novruzovun ailəsində ağır itki oldu

    Siyavuş Novruzovun ailəsində ağır itki oldu ...

    1-08-2014, 01:06

  • 
  • Siyavuş Novruzov nazir müavini təyin ediləcək?

    Siyavuş Novruzov nazir müavini təyin ediləcək? ...

    30-08-2014, 11:18

  • 
  • Evində öldürülən Sumqayıt sakini ilə bağlı cinayət işi açılıb

    Evində öldürülən Sumqayıt sakini ilə bağlı ...

    20-07-2020, 10:43

  • 
  • Nəvə nənəsinin evində özünü bıçaqladı - Maştağada

    Nəvə nənəsinin evində özünü bıçaqladı - Maştağada ...

    16-06-2016, 23:26


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu