Russia Today (RT) televiziyası Suriyadakı müxbiri Xalid əl-Hatıbın İŞİD-in Homs vilayətinə təşkil etdiyi raketli hücumda həyatını itirdiyini açıqlayıb.
RT ərəb televiziyanın internet saytında yayılan xəbərdə "Müxbirimiz Xalid əl-Xətib bu gün Homsun şərqindəki Əl-Suhna qəsəbəsi yaxınlığından Suriya ordusunun İŞİD-ə qarşı keçirdiyi əməliyyatla əlaqədar məlumat verdiyi zaman, terrorçuların təşkil etdiyi raket hücumunda dünyasını dəyişib" deyilib.
Bundan əlavə hücum zamanı telekanalın kameramanının yaralandığı da verilən məlumatlar arasındadır.
Sorğu
Yeni dizaynımız necədir?