Prezident İlham Əliyevin Ukraynanın boks millisinin üzvü erməni əsilli idmançı Qevorq Manukyana etdiyi jest ölkə mətbuatının gündəmini zəbt edib. Belə ki, qaliblərin mükafatlandırılması zamanı prezident İlham Əliyev Qevorq Manukyana gümüş medalı təqdim edərkən tamaşaçılar erməni idmançını fitə basıblar. Bu zaman dövlət başçısı onlara əl jesti ilə müraciət edərək edərək fiti dayandırmalarını istəyib. Prezidentin bu jestindən sonra oyunu izləyən azarkeşlər idmançını alqışlayıb.
gundemxeber.az Qafqazinfo-ya istinadən xəbər verir ki, erməni əsilli idmançı Qevorq Manukyan prezident İlham Əliyevin göstərdiyi peşəkar davranışa sevindiyini bildirib:
"Bu mənim çox xoşuma gəldi. İlham Əliyevin mənə belə münasibət göstərməsi həqiqətən çox yaxşı idi. Azərbaycan prezidenti medal qazandığıma görə də məni təbrik etdi. Həqiqətən bu sevindirici idi”.
Manukyan azərbaycanlı boksçu Abdulkadir Abdullayevlə final görüşünə zədəli olduğu üçün çıxmadığını qeyd edib: "Zədəmə görə final görüşündə çıxış edə bilmədim”.
Ukraynalı boksçu daha sonra Avropa Oyunları haqqında da fikirlərini bölüşüb:
"Avropa Oyunlarını çox bəyəndim. Hər şey gözəl idi. Təşkilatçılıq da yüksək səviyyədə idi. Azərbaycanlılar digər ölkələrdən gələn idmançılara necə münasibət göstərirdilərsə, mənə də elə münasibət göstərirdilər. Bu da məni sevindirdi. Bakını gəzə bilmədim. Çünki vaxtımız az idi və daha çox məşq edirdik. Amma Bakını gördüyüm qədəri ilə çox gözəl şəhər sayıram”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?