İyulun 8-də Abşeron yarımadasında Xəzri küləyinin əsməsi meteohəssas insanlar üçün müsbət amildir. Lakin iyulun 9-10-da temperaturun yüksək olması və rütubətli hava meteohəssas insanlar üçün əlverişsizdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, iyulun 8-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Bakıda və Abşeron yarımadasında iyulun 8-də havanın temperaturu gecə 20-25˚, gündüz 26-31˚ isti olacaq.
Azərbaycanın rayonlarında da iyulun 8-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq, yağış yağacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
İyulun 8-də havanın temperaturu aran rayonlarında gecə 21-26˚, gündüz 32-37˚, dağlarda gecə 14-19˚, gündüz 22-27˚ isti olacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?