GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Həsənin ailəsindən şok iddia: “DƏFN ETDİYİMİZ MEYİT HƏSƏN DEYİLDİ” - FOTO

Həsənin ailəsindən şok iddia: “DƏFN ETDİYİMİZ MEYİT HƏSƏN DEYİLDİ” - FOTO

Tarix: 10-07-2015, 11:53 Bölmə :Ölkə Baxış: 0
Həsənin ailəsindən şok iddia: “DƏFN ETDİYİMİZ MEYİT HƏSƏN DEYİLDİ” - FOTO

O, atəşkəs dövrünün şəhidi oldu. 2014-cü il iyulun 11-də ölüm xəbəri yayılsa da, həmin vaxt məlumatı təsdiq və ya inkar edən olmadı. Ailə müəmma içərisində idi. Hər yazılan xəbər onlar üçün bir ümid oldu. Elə bu günki kimi...

Həsənin ailəsindən şok iddia: “DƏFN ETDİYİMİZ MEYİT HƏSƏN DEYİLDİ” - FOTO

Həsənli günlərin xatirəsini dilləndirmək üçün onun həvəslə tikdiyi, amma gözdolusu yaşamadığı evinə yollandıq.

Bizi qapıda rayonda yaşayan atasıgildən yenicə qayıtmış həyat yoldaşı Vüsalə xanım və kiçik qızı Ləman qarşıladı. Həsənin “oğlum” dediyi digər qızı Özləm isə evdə deyildi.

6-cı sinfi bitirən Özləm artıq böyük qızdır, hər şeyi dərk edir. Həsənə görə gəlib-gedən çox olacaq deyə, anası onu evdən uzaqlaşdırıb.

Çünki hər dəfə kimsə gəlib-gedəndə uşaqlar da, özü də stress keçirir. “Düşündükcə dəli olmağım gəlir” deyir.

Mərhumun həyat yoldaşı Vüsalə xanım bizimlə söhbət etdikcə, bir dəhşət hiss etdik: O, hələ də Həsənin ölümünə inanmır.

Deyir ki, Həsənlə bağlı danışmaq ona çox ağırdır, qaldıra bilmir bu yükü. Gözlərindəki həsrət, qəm, nisgil, hicran, yarımçıq sevgi hər şeyi danışmadan da büsbütün izah edirdi.

Həsənlə eyni yolu gedən Şahbaz və Dilqəmin ailə üzvlərilə əlaqəsi olamadığını deyir bu gənc qadın: “Dilqəmin yoldaşını bircə dəfə Həsənin yasında gördüyümdür. Kimliyini də sonradan bilib arxasınca qaçdım ki, Həsəni xəbər alam. Sən demə o da mənim kimi xəbərsizmiş...”.

Həsənin anası Gilas xanım deyir ki, bundan əvvəl oğlu dəfələrlə xarici ölkələrdə olub. Türkiyəyə, Almaniyaya, Rusiyada, Gürcüstanda... Həmin ölkələrdə hər sahədən dostlar qazanıb.

Sən demə Həsənin Türkiyədə atelyesi olub, gödəkcə tikməkdə mahir imiş. Elə bu sahədə əldə etdiyi gəlirlə ev qurub, ailəsini dolandırıb. Türkiyədə öyrəndiyi sənəti Azərbaycanda davam etdirib. Həsənin son dərəcə ailəcanlı olduğunu bildirən ana Vətən aşiqilə son görüşünü belə xatırlayır:

“Gedəndə hamı ilə tək-tək görüşdü. Axşam saatlarında gəldi ki, “ana, Türkiyəyə gedirəm. Mən də süfrə açdım. Amma balam heç nəyə əl atmadı. Bircə bağdan yığdığım ərikdən doyunca yedi. Bir də oturdum divanda, Həsənə elə həsrətlə baxdım ki... Balam baxışlarımdan duyuq düşüb, səbəbini soruşdu.

Dedi: “Ana, niyə elə baxırsan mənə?

Dedim: “Bala, yaman gözəlləşmisən”.

- “Yox, ay ana, elə həminki Həsənəm, mən onsuz da gözələm” deyib güldü, balam. Elə bil gözüm dəydi Həsənimə. Nə biləydim ora gedir, özümü yandırardım amma qoymazdım...

“Balam bəxtəvərliyə düşdü” deyən ana yalnız qalan gəlini Vüsaləyə nə deyəcəyini bilmir. “Həsəndən doymayan Vüsaləm, Vüsaləmdən doymayan Həsənim” deyib ağlayır.

Vətən aşiqini şəxsən tanımasaq da, fotolardakı xoşbəxt ailə mənzərəsi hər şeyi əks elətdirir.

Həsənsiz qalan ev, indi onun evdə təşkil etdiyi şənlik mərasimlərinə həsrətdir. Sevimli ömür-gün yoldaşı Vüsalənin, qızları Ləman və Özləmin ad günlərində çəkdirdikləri fotolara baxanda, “bir daha olmayacaq” fikrini qəbul etmək ağır gəlir insan beyninə.

Həsənin ailəsindən şok iddia: “DƏFN ETDİYİMİZ MEYİT HƏSƏN DEYİLDİ” - FOTO

Gilas ana Həsənin müxtəlif illərdə çəkidirdiyi şəkillərinə baxdıqca, dərdi təzələnirdi. “Fəxrim, qürurum niyə etibarsız çıxdın” deyib göz yaşı tökür, cavan olmasına baxmayaraq, ağsaqqallar içində söz sahibi olan balasının yoxluğuna yanır.

Bizsə təsəlli üçün ifadə tapmaqda aciz idik...

Demə, Vüsalənin ağ güllərdən xoşu gəlirmiş. Həsən də evin dörd bir yanını, pilləkənlərini ağ güllərlə bəzəyibmiş. Hər dəfə səfərə getdiyi ölkəyə çatan kimi Vüsaləyə “çatdım”deyə xəbər verən Həsəndən sonuncu gedişinin ardından xəbər gəlmir. Susan telefon Vüsaləni təşvişə salır.

“Bu işdə nəsə var” deyib həyəcanlanmağa başlayır. Vüsalə onun qara xəbərini alan kimi acığını güllərədən çıxır, hamısını qırıb atır. “Həsənim yoxdur, sizi neyləyirəm” deyir.

Sevgilisindən doymayan Vüsaləyə Həsəndən danışmaq ağır gəlirdi. Onun yoxluğundan söhbət açmaq dərdini təzələyirdi. Amma özü də hiss etmədən xatirələr onu dilləndirirdi.

Həsənlə ilk tanışlıqlarından, nişan-toy mərasimindən sevə-sevə danışırdı. Sən demə Həsənin bacısı rayonda Vüsalənin ata evilə qonşu imiş.

Vüsalə o illəri belə xatırlayır: “Əslində Həsənlə qohumluğumuz çatır. O həmişə deyirdi ki, dörd tərəfdən qohum idik, biz də evləndik qohumluq lap möhkəmləndi. Həsənin qardaşlarını Naili, Rüfəti tanıyırdım, bircə Həsəni görməmişdim.

Həsən də həmişə zarafatla deyirdiki, “Ay Vüsalə, bu yoldakı bütün qızları görmüşdüm səndən başqa”.

Cavabımda mən də “sənin qardaşlarının hamısını görmüşdüm, özündən başqa” deyirdim”.

Həsənin atası Fərman dayıda gəlini ilə çoxtərəfli qohumluqlarının olduğunu deyir:

“Vüsalənin bibisi mənim qardaşımın həyat yoldaşı olub. Bu evliliklə bütün qohumluq əlaqələri təzələndi”.

Həsənin ailəsindən şok iddia: “DƏFN ETDİYİMİZ MEYİT HƏSƏN DEYİLDİ” - FOTO

Ata bu gün oğluna verilən qiymətdən də söz açır: “Həsən həyatdan vaxtsız getsə də, o, heç zaman Azərbaycan xalqının gözündən yayınmaz, qulağından getməz. Bütün Azərbaycan Həsənlə fəxr edir.
Görünür Həsənin alın yazısı belə imiş. Onun ölümü şərəfli ölümdür. Həsənə xalq ağlayır. Nə etmək olar?! Hər şey üçün Allaha şükürlər olsun!”.

Oğlunu torpağa tapşırmasının 1 ili yaxınlaşan ata bu gün də onun ölümü ilə barışa bilmir: “Mən hələ də hadisələri düzgün başa düşmürəm. Azərbaycan tərəfi 5 girov müqabilində Həsənin meyitini almaq istəsə də, ermənilər son günlərə kimi bununla razılaşmırdı. Axşam televiziya kanalları elan elədi ki, Ermənistan Həsən Həsənovun meyitini qeyri-şərtsiz verir.

Bu gün də deyirəm Həsən sağdır, onun əvəzinə başqa adamın meyitini bizə veriblər. Həsənin meyiti bizə veriləndə onun ölümüdən 4 ay vaxt keçmişdi. Bu müddət ərzində təbii ki, meyitdə müəyyən deformasiya olmuşdu. Meyitə baxanda dedim ki, bu mənim oğlum deyil... (Ağlayır). Oradaca ürəyim gedib. Həsənin incə dişləri var idi, amma bizə göstərilən meyitin dişləri kobud idi”.

Söhbətə Həsən Həsənovun xanımı da qoşulur: “Onun qəbiri indi də məni çəkmir. Bilmirəm niyə belədir? Həsənin meyitini görmədim. İndi özümü qınayıram ki, kaş özüm onun meyitinə baxardım. Ermənilər deyir, “Həsəni güllələyib öldürmüşük”. Bəlkə onlara Həsən kimi işçi qüvvəsimi deyim, fiziki cəhətdən güclü birimi deyim, bir insan lazım imiş?! Qırmızı Xaç Komitəsi deyir ki, o, meşədə ölü tapılıb. Həsən ölübsə də o, özü-özünü öldürüb. Onu heç vaxt erməni öldürə bilməzdi. Həmişə kinolara baxanda deyirdi ki, girov düşməkdənsə, beyninə bir güllə vurmaq yaxşıdır. Beynimdə o qədər suallar, fikirlər var ki... Hər şey çox müəmmalıdır”.

Atası oğlunun Kəlbəcərə getməzdən öncə özünü sanki zülmə hazırladığından da söhbət açdı: “Həsən sözübütöv və çox ağır xasiyyətli idi. Son vaxtlar o özünə velosiped almışdı. Dedim oğlum, bu nəyinə lazımdır? Dedi ata, o qədər maşında gəzirəm ki, ayaqlarımın taqəti olmur, işdən sonra sürüm ki, ayaqlarım açılısın. Ayaqlarına da ağır dəmir bağlayıb sürürdü. Deməli, hər əzaba dözmək üçün o özünə zülm verirmiş”.

Vüsalə xanım da həyat yoldaşının velosipedi ağır rejimdə və ayaqlarına ağır dəmirlər bağlayıb sürdüyünün dəfələrlə şahid olduğunu deyir: “Niyə belə etdiyini soruşanda deyərdi ki, dəmirləri çıxardandan sonra ayağım bir az dincəlir. Heç demə o özünü hər zülmə hazırlayırmış, bizimsə xəbərimiz yox. İnanmazdım ki, o iki qızını qoyub gedər. Həsən ağır xasiyyətli adam idi. Heç vaxt razı olmazdı ki, ictimai nəqliyyatla harasa gedim. Getmək lazım olanda, bizi öz maşını ilə aparıb-gətirərdi”.

Fərman ataya “Hazırda girovluqda olan Dilqəm Əsgərov və Şahbaz Quliyev qaytarılsa, ürəyinizdən keçən nələri soruşardınız?” sualını verdik.

Dərin bir həsrət çəkən ata, ürəyindən keçənləri ifadə etməkdə çox çətinlik çəkdi. Quracağı cümlələr boğazında düyünləndi: “Onlarla görüşməmək olarmı?! Təki onlar qayıtsın. Saysız-hesabsız suallarım var. Ən böyük istəyim onların qayıtmasıdır ki, həqiqəti onların dilindən öyrənim”.

Bu yerdə Gilas ana oğlunun yas mərasimindən bir məqamı dilə gətirir: “Həsənin yas mərasimində gördüm ki, Dilqəmin həyat yoldaşı sağ əlimi öpüb başına qoydu ki, “ana, sənin sağ əlin mənim başıma, kaş mənim də həyat yoldaşımı öldürüb meyitini versinlər”.

Hər ikisinin ailəsi ilə bu gün də əlaqəni itirməmişik, böyük oğlum əlaqə saxlayır. Allah heç kəsin başına belə hadisə gətirməsin”.

Vüsalə xanım həyat yoldaşının ailəsindən sirr kimi gizlədiyi Kəlbəcərə getməsi planından tələbə yoldaşlarının xəbərdar olduğunu deyir: “Heç demə Həsənin tələbə yoldaşları hər şeydən agah imişlər. Onlar yasa gələndə dedilər ki, “biz Həsənlə sentyabr ayında qrup şəkilində yığılıb işğal olunmuş torpaqlara getməyi planlaşdırırdıq”. Bəzən Həsənin danışdığı sözləri xatırlayıram. O danışıqlarında deyirdi ki, Kəlbəcərdə ermənilər uşaqlı-böyüklü 53 nəfər azərbaycanlını girov saxlayır. Onların videosunu da özündə saxlayırdı”.

Ata oğlunun Ana, Vətən, Xalq yolunda Şəhid olduğunu deyir: “Vicdanı olan bütün insanlar Həsəni ağlayır. Həsən çoxlarının çata bilmədiyi arzuya çatdı. Vətəndə ölmək! Onu dəfn edəndə eşitdim ki, kimsə deyir – “Həsənin yerində olmaq istəyirəm, bu ölüm xoşbəxtlikdir”.

Vətən torpaqları azad olsa, bu saat gedərəm o yerlərə. Cəbrayılda doğulub boya-başa çatmışam, atam-anam orada dəfn olunub. Kim vətənə qayıtmaq istəməz? Bilmirəm, başqaları nə düşünür, amma mənim ürəyim belədir”.

Nə deyirik Fərman dayı, Allah hamımızı arzumuza çatdırsın. Vətən aşiqi kimi vətəndə ölmək qismətimiz olsun...

Bəlkə o vaxt Həsənin də ruhu azadlığa qovuşar...

Həsənin ailəsindən şok iddia: “DƏFN ETDİYİMİZ MEYİT HƏSƏN DEYİLDİ” - FOTO
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Dilqəmdən Şahbazla bağlı SENSASİON SÖZLƏR: O, erməni agentidir, məni tutdurdu, Həsəni öldürdü, türmədə isə...

    Dilqəmdən Şahbazla bağlı SENSASİON SÖZLƏR: O, ...

    17-04-2021, 13:32

  • 
  • Ailəmin dağılmasında bir çox səbəblər oldu. Onlardan biri də xəyanət idi

    Ailəmin dağılmasında bir çox səbəblər oldu. ...

    29-11-2014, 23:36

  • 
  • Xanım Bekhem səfir oldu (FOTO)

    Xanım Bekhem səfir oldu (FOTO) ...

    26-09-2014, 07:58

  • 
  • Mahsun Kırmızıgül həyat yoldaşı və qızı ilə - FOTO

    Mahsun Kırmızıgül həyat yoldaşı və qızı ilə - FOTO ...

    19-06-2017, 13:58

  • 
  • “Azər arvadından ayrılıb, Vüsalə ilə barışmaq istəyir” – İddia

    “Azər arvadından ayrılıb, Vüsalə ilə barışmaq ...

    13-04-2018, 13:43


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (245)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu