GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Dilqəmdən Şahbazla bağlı SENSASİON SÖZLƏR: O, erməni agentidir, məni tutdurdu, Həsəni öldürdü, türmədə isə...

Dilqəmdən Şahbazla bağlı SENSASİON SÖZLƏR: O, erməni agentidir, məni tutdurdu, Həsəni öldürdü, türmədə isə...

Tarix: 17-04-2021, 13:32 Bölmə :GündəmXəbər / Manşet Baxış: 658
Dilqəmdən Şahbazla bağlı SENSASİON SÖZLƏR: O, erməni agentidir, məni tutdurdu, Həsəni öldürdü, türmədə isə...


Xəbər verdiyimiz kimi, bir neçə gündür erməni girovluğundan azad edilən Dilqəm Əsgərovla Şahbaz Quliyevin mübahisəsi davam edir. Onlarla birlikdə olan Həsən Həsənovun öldürülməsində Dilqəm Əsəgərovun Ş.Quliyevi suçlaması bu mübahisələri daha da qızışdırıb.

Gundemxeber.Az xəbər verir ki, Dilqəm Əsgərov açıqlamasında Şahbaz Quliyevin onları ermənilərə satdığını bildirib:

“Məndə bizim məhkəmələrin qərarı var. Şahbazın danışdıqları, tutulması, bizi satması, ermənilərə “agent” işləməsi orda yazılıb. Mən indiyə qədər susurdum, istəmirdim bu məsələni açıqlayam. Mən indi bu dəfə istəyirəm ki, Şahbazı xalqın öhdəsinə verim. Qoy camaat görsün ki, Bakıda olan ermənilər bu ermənini öyrədib orda məni tutdurdular, Həsəni öldürtdürdülər. İndi də burdakı ermənilər Şahbazı müdafiə edib, onun işlərinin üstünü ört-basdır edir. Amma onlar bilmir ki, üç məhkəmə sənədinin qərarı məndədir. Burda bir məsələ var.

Şahbaz fermaya ermənilərin yanına gedib və orda Yutub səhifəsinə girərək mənim şəklimi çıxartdırıb və bütün Ermənistana yaydırıb. Yalandan deyir ki, mən Əsgərovu arxamaca çəkdim vurdum. Düzdü, o, məni bir neçə dəfə vurub və bu əmri də ermənilər verib. Burda Həsənin ölüm məsələsi var. İndi hər şeyi sizə açıqlayacam. Həsən ayın 9-da tutulmayıb. Burda əlimdə məhkəmənin sənədləri var. Şahbaz ayın 8-də tutulub, Həsən isə ayın 11-də öldürülüb. Mən isə ayın 14-də tutulmuşam. Bütün bu sənədlərin hamısı məndədir. Mənim haqqımda yazılan kitab da Şahbazın həyat yoldaşı Albinanın əliylə Qarabağa göndərilib. İndi Bakıdakı erməni “agent”ləri ki, var, həmin o adamlar istəyirlər ki, Şahbazın işlərinin üstü açılmasın. Mən indi bu məhkəmə sənədlərini gətirib Həsənin qardaşlarına verəcəm. Onda Həsənin ölümünə cavab versin.

Həsənin başına baxmışam, onun başına tapançayla atəş açıblar. Həsən özü-özünü vurmayıb. Həsənin qıçından iki güllə dəyib. Şahbaz məni öldürmək istəyirdi. İki dəfə “dubinka”yla başımdan vurdu və mən paralic keçirdim. Bir tərəfim işləmədi. Qırmızı Xaç Komitəsinin həkimləri ayaqlarımı güclə bərpa etdi. Ondan soruşdum ki, sən məni niyə vurursan? Dedi ki, “çünki günahını boynuna almırsan. Günahını boynuna al”. Amma indi mətbuata açıqlama verib deyir ki, “mən Əsgərovu belimdə daşımışam”. Sən məni haçan belində daşımısan? Mənin onun haqqında Şuşa türməsində ayaqyolunun böyründəki boruya bütün bu məlumatları yazıb qoymuşam. Çünki Bakıdakı ermənilər Şahbaz Quliyev kimi ermənini medafiə edir. Düşünüdüm ki, ola bilər başıma nəsə gəlsin, ona görə o məlumatları borunun içinə qoydum ki, nə vaxtsa torpaqlar işğaldan azad ediləndən sonra azərbaycanlılar bu məlumatı bilsinlər. Qırmızı Xaç Komitəsinə ərizə yazıb bildirdim ki, bu “agent” olduğuna görə onunla bir otaqda qalmıram. Bakıda bəzi erməni təşkilatlarının üzvləri var və Şahbaz da onların adamıdır. Çalışırlar ki, onu müdafiə etsinlər, amma bu da mümkün deyil. Utanmaz-utanmaz Azərbaycan bayrağını çiyninə taxıb, amma sən o bayrağı məhkəmədə təhqir elədin. İndi gəlib bayraq belində gəzirsən. İyirmi dəfə getmişdim Qarabağa. Bir dəfə Şahbazı apardım və onda da bizi satdı, Həsən də öldürüldü”.

Şahbaz Quliyev ittihamlarla razılaşmayıb: “Sizin işiniz-gücünüz yoxdur? İki aydır ki, bu mübahisə gedir. O, adam dəlidi, xəstəxanaya yerləşdirmək lazımdır. O, dəlidi və məni də əsəb xəstəliyinə salıb. Onu tutdururdumsa, elə orda tutdurardım da. Səkkiz gündən sonra həbs etdirdim?”. /moderator.az/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dilqəm Əsgərov necə girov götürülməsindən danışdı

    Dilqəm Əsgərov necə girov götürülməsindən danışdı ...

    7-01-2021, 15:45

  • 
  • Ermənilər Dilqəmlə Şahbazı bir-birindən ayırıblar

    Ermənilər Dilqəmlə Şahbazı bir-birindən ayırıblar ...

    26-11-2016, 00:48

  • 
  • Dilqəm və Şahbaz erməni diversantlarla dəyişdirilə bilər

    Dilqəm və Şahbaz erməni diversantlarla ...

    15-02-2018, 14:30

  • 
  • Dilqəm və Şahbazın saxlanıldığı həbsxanadan görüntülər (VİDEO, FOTO)

    Dilqəm və Şahbazın saxlanıldığı həbsxanadan ...

    20-11-2015, 01:11

  • 
  • Şahbaz Quliyevin ailəsindən açıqlama

    Şahbaz Quliyevin ailəsindən açıqlama ...

    14-12-2020, 19:01


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (282)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casinobet
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu