GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Naxçıvan MTN “Azadlıq radiosu”nun əməkdaşının iddialarına münasibət bildirib

Naxçıvan MTN “Azadlıq radiosu”nun əməkdaşının iddialarına münasibət bildirib

Tarix: 10-07-2015, 11:57 Bölmə :Ölkə Baxış: 0
Naxçıvan MTN “Azadlıq radiosu”nun əməkdaşının iddialarına münasibət bildirib

Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyi “Azadlıq radiosu”nun Bakı bürosunun əməkdaşı Yafəz Həsənovun mediaya verdiyi açıqlamaya münasibət bildirib.

Naxçıvan Muxtar Respublikası MTN-in mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilib ki, “ABŞ Konqresinin maliyyələşdirdiyi “Azadlıq radiosu”nun Bakı bürosunun əməkdaşı Yafəz Həsənov növbəti dəfə Azərbaycana qarşı qaralama kampaniyası aparan dairələrin nəzarətində olan bəzi elektron media vasitələrində guya özünün Naxçıvan Muxtar Respublikası MTN-in əməkdaşı tərəfindən Türkiyənin İğdır şəhərində, həyat yoldaşının isə muxtar respublika Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən xidməti ərazidə saxlanılaraq təzyiqlərə məruz qalması haqqında tamamilə yalan və cəfəng iddialar irəli sürüb:

“Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Yafəz Həsənovun iddialaraının əsl mahiyyətinə aydınlıq gətirilməsi və bu barədə ictimaiyyətin məlumatlandırılması məqsədi ilə araşdırma aparılıb. Araşdırmalar nəticəsində məlum olub ki, Yafəz Həsənovun bu ilin iyul ayının 3-də muxtar respublika ərazisində saxlanıldığını iddia etdiyi həyat yoldaşı Həsənova Aytəkin Heydər qızı son zamanlarda ümumiyyətlə Naxçıvan Muxtar Respublikası ərazisində olmayıb, 4 iyul 2015-ci il tarixdə gecə saat 11 radələrində Şıxlı gömrük postundan keçməklə Gürcüstan Respublikasına getmiş və bu günədək respublika ərazisinə qayıtmayıb”.

Məlumata görə, Naxçıvan MR DİN-in Kəngərli rayon Polis Şöbəsindən daxil olmuş məlumatlarda bildirilir ki, 2011-ci il təvəllüdlü Həsənli Davud Yafəz oğluna şəxsiyyət vəsiqəsi verilməsi ilə əlaqədar A.Həsənova tərəfindən ümumiyyətlə onun qeydiyyatda olduğu Kəngərli rayonunun Polis şöbəsinə müraciət edilməyib. Azyaşlıya şəxsiyyət vəsiqəsinin verilməsi üçün müvafiq sənədlər 18 may 2015-ci il tarixdə onun ana nənəsi Kazımova Züleyxa Kərim qızı tərəfindən polis şöbəsinə təqdim edilib, 20 may 2015-ci il tarixdə şəxsiyyət vəsiqəsi həmin şəxsə təhvil verilib:

“Yafəz Həsənovun Naxçıvan MR MTN əməkdaşının onu Türkiyə Respublikasının İğdır şəhərində 85-BB-898 dövlət qeydiyyat nişanlı, “Jeep” markalı avtomobilə əyləşdirməsi haqqında iddiaları ilə əlaqədar aparılmış araşdırma nəticəsində həmin avtomobil nömrəsinin Naxçıvan şəhər sakini Əliyev Nəriman Allahverdi oğlunun adına qeydiyyatda olan “Mercedes” markalı avtomobilə aid olduğu məlum olub. Əvvəllər Naxçıvan şəhərindəki poliklinikalardan birində baş həkim işləmiş Nəriman Əliyev uzun müddətdir ki, Bakı şəhərində yaşayır. Onun adına rəsmiləşdirilmiş avtomobilin isə cari ildə Azərbaycan Respublikası ərazisindən xarici ölkələrə keçidi olmayıb”.


Naxçıvan MR MTN bildirir ki, Y.Həsənov tərəfindən haqqında hər hansı bir müəyyənedici məlumat təqdim olunmayan “MTN əməkdaşı” barəsindəki iddialar tamamilə reallıqdan uzaq uydurmalardır:

“Eyni iddianın “Azadlıq radiosunun” əməkdaşı tərəfindən periodik olaraq hər il səsləndirilməsi məsələnin əsl mahiyyətinin çirkin iftira üzərində qurulmuş məkrli oyundan ibarət olmasını ortaya qoyur. Görünür “Azadlıq radiosunun“ Baki bürosu məlum cinayət işi ilə əlaqədar möhürləndikdən sonra asan maddi və siyasi divident axtarışında olan Yafəz Həsənov növbəti “tamaşaları” ilə öz xarici havadarlarının gözündən düşməməyə, öz “əhəmiyyətini” qorumağa çalışır. Budəfəki uydurmalara öz həyat yoldaşını və azyaşlı övladını qoşması isə onun dividentlərlə yanaşı belə ucuz yalanlarla öz ailə üzvlərinə asan sığınacaq almaq axtarışında olduğunu göstərir.

İctimaiyyət və vətəndaşların diqqətinə bir daha çatdırırıq ki, əvvəlki illərdə də Yafəz Həsənov dəfələrlə oxşar yalan iddialarla çıxış edib, onun şikayətləri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Baş Prokurorluq tərəfindən araşdırılaraq tam əsassız olduğu müəyyənləşdirilib”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda yeni dövlət qurumu yaradıldı

    Azərbaycanda yeni dövlət qurumu yaradıldı ...

    15-02-2018, 10:30

  • 
  • Vasif Talıbov müavinini işdən çıxardı

    Vasif Talıbov müavinini işdən çıxardı ...

    16-11-2017, 15:10

  • 
  • Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə hakim təyin edildi

    Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə ...

    13-02-2018, 14:22

  • 
  • Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri səs verib

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ...

    26-09-2016, 18:57

  • 
  • Naxçıvanda Orta İxtisas Polis Məktəbinə yeni rəis təyin edilib

    Naxçıvanda Orta İxtisas Polis Məktəbinə yeni rəis ...

    15-04-2019, 12:14


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu