GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Binəqədidə yanan binada təmir dayanıb: İşçilər maaşın kəsilməsindən narazıdır

Binəqədidə yanan binada təmir dayanıb: İşçilər maaşın kəsilməsindən narazıdır

Tarix: 13-07-2015, 17:54 Bölmə :Ölkə Baxış: 0
Binəqədidə yanan binada təmir dayanıb: İşçilər maaşın kəsilməsindən narazıdır

Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli binada yanğından sonra aparılan təmir-bərpa işlərində problemlər yaranıb. Təmiri həyata keçirən tikinti icraçıları və fəhlələr rəhbərlikdən narazıdırlar. Yanan binadan reportaj hazırlayarkən bunun şahidi olduq.

Binanın təmiri "Azəraqrartikinti" ASC-ə həvalə olunub. Qurumun Bərdə filialının idarə rəisi Emil Hacıyevə isə binanın tam şəkildə təmir edilib, təhvil verilməsi tapşırılıb. İş icraçısı Cəfər Şərbətov və Yaşar Hüseynov E.Hacıyevin işçilərə vəd verilən məbləği ödəməkdən imtina etdiyini, hətta onları hədələdiyini iddia edirlər.

C.Şərbətovun sözlərinə görə, işçilərə qəpik-quruş verən E.Hacıyev şikayət edəcəkləri təqdirdə, onları “oğurladacağını” deyib: “Tabeliyimdə 60-dan çox fəhlə var. Biz bu işi danışanda başqa məbləğ dedilər, əmələ gəldikdə isə tamamilə başqa məbləğdə pul verdilər. Məsələn, iki otaqlı mənzilin sökülməsi üçün 300 manat deyilmişdi, lakin 200 manat verildi. Üç otaqlı mənzilin sökülməsi üçün isə 350 manat deyilmişdi, lakin maaşlar veriləndə 250 manat aldıq. Yanmış mənzillərin əşyalarının daşınması üçün ümumiyyətlə, pul verilmədi. Binada ən çox zəhmət tələb edən hörgü və suvaq işləridir. Burada da bizi aldatdılar. Biz may ayının 24-də işə başlamışıq. Bir ay ərzində mənzillərin sökülməsi, hörgü, binanın daxili divarlarının, pəncərə və qapı yamaclarının suvanması, tavana alçipan vurulması kimi işləri görmüşük. Bütün bu işlərdə bizim haqqımızı kəsiblər. Bu işlərin başında isə Emil Hacıyev durur”.

Şikayətçi dəfələrlə müraciət etmələrinə baxmayaraq, E.Hacıyevin hədə-qorxu gələrək, təklif olunan məbləği ödəməkdən imtina etdiyini deyir: “3 gündür ki, bütün işləri dayandırmışıq. Nə vaxt dedikləri kimi işləmək istəsələr, onda işə başlayarıq. Binada işlər başdansovdu aparılır. Heç bir tikinti-təmir qaydalarına əməl olunmur. Deyəndə də, “Sən kimsən? Öz işini gör” deyirlər. Bir dəfə müraciət edəndə E.Hacıyev dedi ki, “Özünüzü yığışdırın. Bir gecəyə oğurlatdıraram sizi”. Biz bu özbaşınalıqla bağlı Əmək Müfəttişliyinə də müraciət etmişik. Lakin hələlik bir tədbir görülməyib”.

Məsələ ilə bağlı tikinti-təmir işlərinə rəhbərlik edən Emil Hacıyev ilə əlaqə saxladıq. Təmir işlərinin qaydasında getdiyini bildirən qurum rəsmisi iddiaların həqiqəti əks etdirmədiyini dedi: “Binada işlər tam qaydasında gedir, heç bir problem yoxdur. Biz ayrılan vəsaitə uyğun hərəkət edirik, heç kimə yalan vəd verməmişik. İş icraçıları yanımdadır. Onlardan da soruşa bilərsiniz”.

Xatırladaq ki, bu ilin may ayının 19-da Binəqədi rayonunda 16 mərtəbəli yaşayış binası yanmışdı. Hadisə nəticəsində 15 nəfər ölüb, 56 nəfər xəsarət alıb. (musavat.com)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Binəqədidə yanan binanı təmir edən briqada dəyişdirilib

    Binəqədidə yanan binanı təmir edən briqada ...

    28-07-2015, 19:17

  • 
  • Yanan bina təmirdən sonra (VİDEO)

    Yanan bina təmirdən sonra (VİDEO) ...

    29-09-2015, 11:21

  • 
  • "Siz gedin, mən onları qoyub gələ bilmərəm" - yanan binada İNSANLIQ DRAMI

    "Siz gedin, mən onları qoyub gələ ...

    22-05-2015, 13:28

  • 
  • Binəqədi İH başçısı yanan binada — VİDEO

    Binəqədi İH başçısı yanan binada — VİDEO ...

    20-05-2015, 18:03

  • 
  • Yanan bina sakinləri imtina etdilər

    Yanan bina sakinləri imtina etdilər ...

    20-05-2015, 17:38


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
https://betboom.com
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu