Yanğında ölən 55 yaşlı qadının qızıyla son dialoqu
Mayın 19-da Binəqədi rayonu, Azadlıq prospekti 200/39 ünvanındakı binada yanaraq həyatını itirən 55 yaşlı Alla Həsənova ilə bağlı maraqlı fakt üzə çıxıb.
Lent.az-ın məlumatına görə, A.Həsənovanın xəstəxanaya yerləşdirilmiş qızı bildirib ki, anası yanğın zamanı ev heyvanlarını çıxara bilmədiyi üçün mənzildən ayrılmayıb. O, 2 yaşlı nəvəsini yaş dəsmala bükərək qızına verib və evi tərk etmələrini tələb edib. Özü isə “mən heyvanları bu vəziyyətdə qoyub gedə bilmərəm” deyərək qorxudan çarpayıların altında gizlənmiş it-pişikləri xilas etməyə çalışıb.
Qeyd edək ki, A.Həsənovanın həyat yoldaşı 1994-cü ildə Füzuli döyüşlərində həlak olub və İkinci Fəxri Xiyabanda dəfn edilib. A.Həsənova isə xiyabanla üzbəüz yerləşən rus qəbiristanlığında torpağa tapşırılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?