Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Pərviz Qasımovvə Mark Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Prosesə hakim İradə Həsənzadə sədrlik edib.Prosesdə hökm oxunub.Hökmə görə, Pərviz Qasımovvə Mark Süleymanov hərikisi 20 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edəkki, ötən ilin dekabrın 15-də Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Şamaxı rayonunun Muğanlı kəndində Füzuli rayon sakini, 26 yaşlı Ceyhun Qurbanovun boğulma və üzərində kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti “AzSamand” markalı avtomobilinin yükyerində tapılıb və araşdırmalar aparılması üçün Şamaxı Rayon Polis Şöbəsinə təhvil verilib. Müəyyən edilibki, Ceyhun Qurbanovun kəndirlə boğulub, həmçinin ürək və qarın nahiyələrinə kəsici və deşici alətlə xəsarətlər yetirilib.Polisin keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən Zaqatala sakini, 20 yaşlı Mark Süleymanov və Ağdam sakini, 31 yaşlı Pərviz Qasımovu tutulub.
Təqsirləndirilən şəxslər ilkin ifadələrində sürücünü onları təhqir etdiyi üçün qətlə yetirdiklərini deyiblər.Məlum olubki, onlar mərhumun şalvarının cibindəki 3 manat pulu götürüblər.Sürücünün meyitini taksi kimi istifadə etdiyi minikavtomobilininyük yerinə qoyaraq, maşını dərəyə aşırıblar.Ceyhun Qurbanov özmaşın ıilə onları Zaqatalaya aparırmış.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsini 120.2.1-ci (birqrupşəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adamöldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adamöldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələbetmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181-ci (quldurluq) maddələri ilə ittiham edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?