Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxı rayonunda qardaşını odlu silahla qətlə yetirməkdə təqsirləndirilən Azad Rəşidzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, 1971-ci il təvəllüdlü Şamaxı rayon sakini Azad Rəşidzadə ailə münaqişəsi zəminində ov tüfəngi ilə 1967-ci il
təvəllüdlü qardaşı Azər Rəşidovu güllələyib. Ağır xəsarətlər alan Azad Rəşidov hadisə yerində dünyasını dəyişib.
Bundan başqa, hadisə zamanı Azad Rəşidzadə onun qarşısını kəsən öz həyat yoldaşı, 1982-ci il təvəllüdlü Möminə İbadovaya da atəş açıb. Güllə qadının qolunu yaralayıb. Möminə İbadova Şamaxı rayon Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.
Hadisəni törədən Azad Rəşidzadə isə polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham olunub.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Azad Rəşidzadə 18 il müddətinə azadlıqdan məhrum edilib.
Sorğu
Yeni dizaynımız necədir?