"Artıq istənilən rayon dövlət qeydiyyat nişanlı avtomobillər Bakı şəhərinə sərbəst şəkildə daxil ola bilər".
Bunu mətbuata açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.
“Birinci Avropa Oyunları müsbət nəticələrlə yekunlaşdı. Hazırda paytaxtda rayon qeydiyyat nişanlı avtomobillərin daxil olması ilə bağlı qadağalar götürülüb. Bölgələrdən gələn avtomobillər şəhərə heç bir maneəsiz daxil ola bilər” - deyən şöbə rəisinin sözlərinə görə, hazırlanan tədbirlər planı ilə əlaqədar müzakirələr gedir. Yaxın vaxtlarda avtomobil yollarındakı yeni qaydalarla bağlı məlumat veriləcək.
Xatırladaq ki, oyunlar ərəfəsində rayon qeydiyyatında olan maşınların paytaxta girişi məhdudlaşdırılmışdı. Maşınların dayanması üçün iki istiqamətdə dayanacaq yaradılmışdı - qərb istiqamətində girişi üçün Qaradağda, şimal ərazisindən gələnlər üçün isə Xırdalan dairəsində.
Bakı-Sumqayıt yolundan istifadə edənlərə "Ər-Riyad" ticarət mərkəzinin həyətində, Şamaxı istiqamətindən gələnlərə Müşfiq postunun yaxınlığında, Bakı-Kürdəmir və Bakı-Astara istiqamətlərindən gələn sürücülər üçün isə Ələt yolunun 14-cü km-də sahə ayrılmışdı.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?