GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kamran Əliyev: “Rayon qeydiyyatında olan avtomobillərin etibarnamə ilə idarə edilməsi artıq mümkün olmayacaq”

Kamran Əliyev: “Rayon qeydiyyatında olan avtomobillərin etibarnamə ilə idarə edilməsi artıq mümkün olmayacaq”

Tarix: 7-10-2015, 21:55 Bölmə :Ölkə Baxış: 0
Kamran Əliyev: “Rayon qeydiyyatında olan avtomobillərin etibarnamə ilə idarə edilməsi artıq mümkün olmayacaq”

YPX rəsmisi “rayon maşınları”nın Bakıya buraxılmamasından danışdı

Yol polisi Bakıda rayon qeydiyyatı ilə nəqliyyat vasitəsi idarə edən sürücülərə qarşı tədbirlərə başlayıb. Oktyabrın 1-dən qüvvəyə minən qadağaya uyğun olaraq rayon qeydiyyat nişanlı maşınlar səhər 7-dən axşam 9-a qədər Bakı şəhərinin ərazisinə buraxılmır. Yol polisi Bakıda anadan olmuş şəxslərə də güzəşt etmir və avtomobil əgər paytaxt qeydiyyatında deyilsə, həmin nəqliyyat vasitəsinin şəhərdən çıxarılmasını tələb edir. Sürücülər isə Bakıda yaşadıqlarını, burada qeydiyyatda olduqlarını əsas gətirərək bu tələblə razılaşmırlar.

Baş, Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev qadağa və yaranan narazılıqlarla bağlı “Yeni Müsavat”a açıqlama verib. Şöbə rəisi deyib ki, hazırda həyata keçirilən tədbirlərdən razılıq edənlərin sayı narazılardan dəfələrlə çoxdur: “Bakıda avtomobil idarə edən şəxslər nəqliyyat vasitələrini mütləq öz adlarına sənədləşdirməlidirlər. Yəni Bakı sakininin rayon qeydiyyatında olan nəqliyyat vasitəsini etibarnamə əsasında idarə etməsi artıq mümkün olmayacaq”.

K.Əliyev bildirib ki, Bakıya kənd təsərrüfatı malları daşıyan maşınlar işlərini məhdudiyyət tətbiq olunan saatlara qədər yekunlaşdırmalıdırlar: “Məhdudiyyət bazarlara yüklərin gətirilməsinə qarşı atılan addım deyil, paytaxtda nəqliyyat sıxlığının azaldılmasına hesablanıb. Bakıda 5 tona qədər olan Bakı qeydiyyatlı maşınlara paytaxt ərazisində hərəkətə heç bir məhdudiyyət qoyulmur”.

K.Əliyev eyni tonnajlı, lakin rayon qeydiyyat nişanlı maşınlara və digər nəqliyyat vasitələrinə səhər 7-dən axşam 9-a qədər Bakı şəhərinin ərazisinə girişin qadağan edildiyini söylədi.
“Qadağa saatlarından əvvəl, məsələn, səhər 6-da Bakı şəhərinin ərazisinə daxil olan rayon qeydiyyat nişanlı nəqliyyat vasitələri qadağa saatlarında paytaxt ərazisində hərəkət edə bilərmi” sualına müsahibimiz belə cavab verdi: “Rayon qeydiyyat nişanlı nəqliyyat vasitələri qadağa saatlarında paytaxt ərazisində hərəkət edə bilməzlər. Belə nəqliyyat vasitələrinin sürücüləri işlərini elə qurmalıdırlar ki, qadağa saatlarına qədər Bakı şəhəri ərazisində işlərini görüb paytaxtı tərk etsinlər. Və ya gəldikləri ünvanların qarşısında nəqliyyat vasitələrini qoyub digər nəqliyyat vasitələrindən - avtobus, metro, taksidən istifadə etməlidirlər”.
Bəs rayon qeydiyyatında olan, lakin iş yeri Bakı şəhərinin ərazisndə yerləşən, ayda 2-3 dəfə qeydiyyatda olduğu rayona gedən vətəndaşların aqibəti necə olacaq? Onlara da Bakı ərazisində şəxsi nəqliyyat vasitələrindən istifadəyə icazə veriləcəkmi?

DYP rəsmisi: “Rayon qeydiyyatında olan şəxsin nəqliyyat vasitəsi də sözsüz ki, rayon qeydiyyatında olacaq. Rayon maşınlarının şəhərə girişinə məhdudiyyət belə nəqliyyat vasitələrinə də tətbiq olunur”.

“Bakı qeydiyyatında olan şəxslər rayon qeydiyyatlı maşınlarını paytaxt ərazisində idarə edə bilərmi” sualına gəlincə, DYP rəsmisi dedi ki, vətəndaş maşını etibarnamə ilə almamalıdır: “Avtomobili öz adına keçirməlidir. Belədə avtomobil Bakı şəhərində olan nəqliyyat vasitəsi kimi qeydiyyatda olacaq. Maşın kimə məxsusdursa, onu öz adına rəsmiləşdirməlidir. Bakı sakininin rayon qeydiyyatı ilə avtomobil idarə etməsi artıq mümkün olmayacaq. Sürücü maşını öz adına keçirdikdə, həm də yeni nömrə almış olacaq və problem birdəfəlik həll ediləcək. Belə hallara tez-tez rast gəlinir”.

Görəsən, Bakıya rayon qeydiyyat nişanlı avtomobillərin girişinin qadağası tətbiq olunandan sonra hesablanıb ki, gün ərzində paytaxta nə qədər nəqliyyat vasitəsinin girişinin qarşısı alınır? K.Əliyev dedi ki, bununla bağlı konkret rəqəm yoxdur: “Amma şəhərin nəqliyyat sistemindəki yüklənmənin nə qədər azaldığını hər kəs görür. Yəni dünyanın bir çox ölkələrində belə qadağalar var. Bu gün şəhər daxilində nəqliyyat sıxlığının azalması nəzərəçarpacaq dərəcədə hiss olunur”.

DYP rəsmisi dedi ki, paytaxtdakı xəstəxanalara gələn, salonunda ahıl yaşda şəxslər olan rayon qeydiyyatlı maşınlara müəyyən istisnalar var: “Əgər rayon qeydiyyatlı nəqliyyat vasitəsinin salonunda Bakıdakı tibb ocaqlarına göndərişi, tibbi sənədləri olan şəxslər varsa, bu halda istisnalar da mövcuddur. Yəni bu məsələlər nəzərə alınır. Belə avtomobillərə güzəşt olunur.

Bu güzəştlər haqda paytaxt ərazisində xidmət aparan Yol Patrul Xidmətlərinin əməkdaşları, Bakının girişindəki postlarda xidmət aparan YPX işçilərinə müvafiq tapşırıqlar verilib. Rayon qeydiyyatlı maşınların içində xəstələr varsa, belə nəqliyyat vasitələri istisnasız paytaxt ərazisinə buraxılacaq".

E.MƏMMƏDƏLİYEV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Bakı polisi sürücülər üçün yeni, amma xoş olmayan ''surpriz'' hazırlayıb.

    Bakı polisi sürücülər üçün yeni, amma xoş olmayan ...

    14-10-2015, 12:11

  • 
  • Rayon maşınları qadağası tam götürüldü

    Rayon maşınları qadağası tam götürüldü ...

    15-07-2015, 15:18

  • 
  • Rayon avtomobillərinə aid qadağa qüvvəyə mindi

    Rayon avtomobillərinə aid qadağa qüvvəyə mindi ...

    15-09-2015, 15:51

  • 
  • Yol polisindən sürücülərə texniki baxışla bağlı VACİB AÇIQLAMA

    Yol polisindən sürücülərə texniki baxışla bağlı ...

    18-05-2020, 13:10

  • 
  • Yol polisi sürücülərin səsini yazacaq

    Yol polisi sürücülərin səsini yazacaq ...

    9-12-2012, 13:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu