GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » YARIM MİLYONUNU MƏNİMSƏYİB, ƏVƏZİNDƏ VƏZİFƏ TƏKLİF ETDİLƏR! – Üç iri məmurla bağlı ŞOK

YARIM MİLYONUNU MƏNİMSƏYİB, ƏVƏZİNDƏ VƏZİFƏ TƏKLİF ETDİLƏR! – Üç iri məmurla bağlı ŞOK

Tarix: 15-07-2015, 15:42 Bölmə :Ölkə Baxış: 0
YARIM MİLYONUNU MƏNİMSƏYİB, ƏVƏZİNDƏ VƏZİFƏ TƏKLİF ETDİLƏR! – Üç iri məmurla bağlı ŞOK

Son illər Azərbaycanda dələduzluğun, başqalarının etibarından sui-istifadə edərək külli miqdarda vəsaitin ələ keçirilməsi hallarının artdığı müşahidə olunur. Demək olar ki, hər həftə mətbuatda bu cür faktlara dair məlumatlara rast gəlinir. Kimiləri tikinti şirkətləri yaradaraq, kütləvi şəkildə vətəndaşlardan pul yığıb aradan çıxır, kimiləri vəzifəyə qoymaq adı ilə müxtəlif adamlardan pul toplayıb qaytarmır, kimi də şərikli biznes qurmaq və ya borc adı ilə aldığı pulları mənimsəyir.
Heç şübhəsiz bu cür halların kütləviləşməsinin başlıca səbəblərindən biri dələduzluqla məşğul olan şəxslərin sərt şəkildə cəzalandırılmaması, bir çox hallarda hətta onların cinayət məsuliyyətinə cəlb edilməməsidir. Əksər hallarda polisdə, digər hüquq-mühafizə orqanlarında dələduzların qurbanlarına işdə cinayət tərkibinin olmadığı deyilir, mülki iş kimi məhkəməyə müraciət etmək tövsiyyə olunur. Aylarla, illərlə uzanan məhkəmələrdə isə zərərçəkmişlərin haqları təmin edilmir.

Bəzən isə hətta hüquq-mühafizə orqanlarında çalışanlar dələduzların ələ keçirdiyi vəsaitdən müəyyən pay alaraq, işi uzada bildikcə uzadır. Axırda da heç bir tədbir görmədən zərərçəkmişə məhkəməyə getmək məsləhəti verilir…
Məhz bunun nəticəsidir ki, bu gün ölkədə dələduzların qurbanına çevirilmiş minlərlə insan haqqının bərpa edilməsi üçün hara müraciət etsin sualına cavab axtarır. Bir çoxu da səslərini ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarının başında duran şəxslərə çatdrmaq üçün mətbuata üz tutur. Ehtiyatda olan zabit Əliyev Əbülfəz Cəlal oğlunu da belələrindən hesab etmək olar.

Qeyd edək ki, dələduzluğu özünə peşə seçənlər adətən yüksək vəzifəli şəxslərin yaxınları olur. Və onlar qurbanlarını da ilk növbədə öz ətraflarından, illər uzunu dostluq etdiyi insanların içindən şeçirlər. Daha sonra isə himayəsində olduqları vəzifəli şəxslərin köməyi ilə, işi ört-basdır etmək yolunu tuturlar və çox vaxt da buna nail olurlar.
Çünki bu cür əməllərə lazımı hüquqi qiymət verilmədiyindən, ictimai rəydə ciddi şəkildə qınanmadıqlarından, bu gün bəzi vəzifəlilərin özləri və ən yaxın ətrafları, sözün əsl mənasında haqq-hüquq tanımayan BÖYÜK DƏLƏDUZLARA çevrilməkdədirlər.

İki vəzifəli şəxsin yaxın qohumunun fırıldağı

1994-2012-ci illərdə hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə işləmiş (Şikayətçi keçmiş iş yerinin adının hallandırılmasını istəmir, bu səbəbdən kifayət qədər yüksək vəzifələrdə işlədiyini qeyd etməklə, bu məsələnin üstündən keçirik-red) Əbülfəz Əliyev isə, bir deyil, İKİ VƏZİFƏLİ ŞƏXSİN yaxını olan, uzun illər özünə dost bildiyi birinin xəyanəti ilə qarşılaşıb.

YARIM MİLYONUNU MƏNİMSƏYİB, ƏVƏZİNDƏ VƏZİFƏ TƏKLİF ETDİLƏR! – Üç iri məmurla bağlı ŞOK

Əbülfəz Əliyevin “AzPolitika.info”ya verdiyi məlumata görə, Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun qardaşı, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin qaynı və şəriki Aslanov Rövşən Qəşəm oğlu onun etibarından sui-istifadə edərək, yarım milyon dollara qədər pulunu mənimsəyib!

Əbülfəz Əliyevin sözlərinə görə, vaxtilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinin rəisi vəzifəsində çalışan, ötən il etdiyi özbaşınalıqlara, dələduz əməllərinə görə nazir Kəmaləddin Heydərov tərəfindən tutduğu vəzifədən qovulan Rövşən Aslanov, bu işi xarici kəşfiyyat orqanlarının əməkdaşı olduqları ehtimal olunan və təxribat-təbliğat aparan dini təriqətlərin nümayəndələri ilə birlikdə, qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə, həyata keçirib.
Əbülfəz Əliyevin, özünə dost bildiyi Rövşən Aslanovun fırıldağının qurbanına çevrilməsinin isə, maraqlı tarixçəsi var.

“İstanbulda tekstil fabriki aldığını və özünə şərik axtardığını bildirdi…”

YARIM MİLYONUNU MƏNİMSƏYİB, ƏVƏZİNDƏ VƏZİFƏ TƏKLİF ETDİLƏR! – Üç iri məmurla bağlı ŞOK

Əbülfəz Əliyev
—————–
Zərərçəkənin sözlərinə görə, uzun illər əvvəl tanış olduğu Rövşən Aslanovu özünə yaxın dost bilib. Ailəvi get-gəlləri olub. 2011-ci ilin avqustunda Rövşən Aslanov guya bu münasibətləri daha da möhkənləndirmək məqsədilə, Əbülfəz Əliyevə onun Türkiyənin İstanbul şəhərində “Misspoli” və “Jassena” markali geyimlər istehsal edən “1001 Rakip” adlı şirkətinə və fabrikinə şərik olmağı təklif edib: “Rövşən Aslanov mənə Türkiyənin İstanbul şəhərində tekstil fabriki aldığını və özünə şərik axtardığını bildirdi. O, mənə dedi ki, fabrik atlas parcadan paltar istehsal edir. İşlərini genişləndirmək üçün həmin markalardan pambıq parçalarla da paltar istehsal etmək istəyirlər. Və bunun ucun əlavə şərikə, malliyəyə ehtiyacları var.

Fabriklərinin istehsal etdiyi geyimləri Azərbaycana, Ərəb ölkələrinə, kecmiş SSRİ-nin bir çox respublikalarına ixrac edirlər. İstanbulda şirkətlərinə məxsus fabriklə yanaşı 3 mənzil, “Koza plaza” adlanan binada 2 otaqli ofis, “Kuyumcu kənd” adlanan yerdə 150 kv.m. sahəsi olan anbar, həmçinin “Tekstil kənd” adlanan yerdə 3 mərtəbətli iş ofisi, həmin yerdəki topdansatış ticarət mərkəzində 50 kv. metrlik magazası var”.

“Qaynı olan Neftçalanın icra basçısı İsmayıl Vəliyevlə şərikdi”

YARIM MİLYONUNU MƏNİMSƏYİB, ƏVƏZİNDƏ VƏZİFƏ TƏKLİF ETDİLƏR! – Üç iri məmurla bağlı ŞOK

Rövşən Aslanov Əbülfəz Əliyevə bildirib ki, fabriki bacısının əri olan Neftcalanın icra bascısı İsmayıl Vəliyevlə şərikli işlədir: “İsmayıl Vəliyevin də şəriklər arasında olduğunu, bu işə kifayət qədər kapital yatırdığını bildirdi. Dedi ki, bu işdə yaxşı pul var, mənim də gəlir göturməyimi istəyir. İsmayil Vəliyevlə razılaşıb, məni də fabrikə şərik götürə bilər. Əgər fabrikin 30% hissəsinə şərik olaramsa, hər ay ən azı 20-30 min dollar gəlir əldə edəcəyəm. R.Aslanov fabrikin kapital dəyərinin 2 000 000 (iki milyon) dollar dəyərində olduğunu, mənim 30% şərik olmagım üçün 500 000 (beş yüz min) dollar verməyimin kifayət edəcəyini söylədi.
Mənim verəcəyim pulla isə, daha çox gəlir götürməkdən ötrü pambıq parçadan geyimlər istehsal etmək üçün avadanlıqlar və xammal alacaqlarını dedi”.

İstanbulda “1001 Rakip” adlı şirkət nə məqsədlə qurulub?

Əbülfəz Əliyev də Rövşən Aslanova inandığından və onun yüksək vəzifəli qohumlarının da bu işdə olduğunu nəzərə alaraq, təkliflə razılaşır. Elə bilir ki, R.Aslanov yaxın dost olduqları üçün bu təklifi edir. Ancaq sən demə, özünü yaxın dost kimi göstərən Rövşən Aslanov, ilk gündən Əbülfəz Əliyevin inamından sui-istifadə edərək, onun pullarını mənimsəmək planları qururmuş.
Əbülfəz Əliyevin dediyinə görə, sonradan ona məlum olur ki, Rövşən Aslanov məqsədini həyata keçirmək naminə, görüntü yaratmaq üçün Türkiyədə saxta şirkət qurubmuş: “R.Aslanov, Rahib və Kubar adlı adamlarla imkanlı şəxsləri aldatmaq, onların pulunu mənimsəmək üçün hələ 2008-ci ildə İstanbulda “1001 Rakip” adlı şirkət qurublar. Yəni professional şəkildə fırıldaqçılıqla, dələduzluqla məşğul olublar.”
Bütün bunlardan xəbərsiz olan Əbülfəz Əliyev isə, R.Aslanova şəriklik üçün tələb etdiyi vəsaiti toplayıb, hissə-hissə ona ötürməyə başlayır. R.Aslanov qurbanını şübhələndirməmək üçün, pulu hissə-hissə və hər dəfə də bir bəhanə göstərərək, almağa başlayır.

Xammalı gömrükdən çıxarmaq adı ilə 100 min, sonra da 120 min dollar alır

YARIM MİLYONUNU MƏNİMSƏYİB, ƏVƏZİNDƏ VƏZİFƏ TƏKLİF ETDİLƏR! – Üç iri məmurla bağlı ŞOK

Aralarındakı şifahi razılaşmadan bir neçə gün sonra, R.Aslanov Çindən sifariş etdikləri xammalın Türkiyə gömrüyündə qaldığını, onu çıxarıb istehsal etmək üçün 100 000 (yuz min) ABŞ dolları lazım olduğunu bildirir: “Mən də pulu düzəltmək üçün 17 avqust 2011-ci ildə Baki şəhəri Novxanı qəsəbəsindəki 0,20 ha. torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı ata evimi satdım. 100 000 (yuz min) dolları R.Aslanova Binəqədi rayonundakı “Qala Qapısı” restoranında qardaşı Cavanşirin və Elcin adli dostunun yanında verdim.
Çünki o, həmin xammalı çıxara bilməyəcəyimiz təqdirdə işlərin dayana biləcəyini demişdi”.

Pulu götürdükdən sonra İstanbula gedən R.Aslanov, 19 avqust 2011-ci il tarixdə Əbülfəz Əliyevə zəng edərək, xammalı gömrükdən götürdüyünü və qalan pulu da qısa müddətdə verməli olduğunu deyir. Əbülfəz Əliyev də sözünü tutmaq üçün bu dəfə kredit götürmək məcburiyyətində qalır: “Mən, anama məxsus “Vorovski” qəsəbəsindəki fərdi yaşayış evini “Texnika Bank ASC”-yə ipoteka qoyaraq, 120 000 (yüz iyirmi min) ABŞ dolları kredit götürdüm. R.Aslanovla yaşadığım Nərimanov rayonu ərazisində yerləşən evimin qarşısında görüşərək, oğlum Kamranın yanında 120 000 dolları ona verdim”.

İstanbulda bir fabrik göstərib, əvvəl 30, sonra 100 000 dollar alır

YARIM MİLYONUNU MƏNİMSƏYİB, ƏVƏZİNDƏ VƏZİFƏ TƏKLİF ETDİLƏR! – Üç iri məmurla bağlı ŞOK

Bundan sonra Əbülfəz Əliyev fabrikin fəaliyyəti ilə tanış olmaq üçün R.Aslanovla birlikdə İstanbula getmək istədiyini bildirir. Lakin R.Aslanov işlərinin çıxdığını bəhanə edərək, getməkdən imtina edir. Buna görə də, Əbülfəz Əliyev İstanbula tək gedir. Orada Ə. Əliyevi özlərini fabrikin inzibatçıları kimi təqdim edən Kübar və Kadir adlı şəxslər qarşılayırılar. “1001 Rakib” şirkətinin əmlakı və fəaliyyəti ilə tanış etmək adı ilə onu bir fabrikə aparırlar. Ancaq bu fabrikin həqiqətən R.Aslanova məxsus olduğuna dair Ə.Əliyevə hər hansı sənəd göstərilmir.
Əvəzində Ə.Əliyev İstanbulda olarkən, R.Aslanov ona zəng edərək, Kübar və Kadir adlı şəxslərə 30 000 (otuz min) dollar məbləğində pul verilməli olduğunu deyir: “Mən Rusiya Federasiyasında yasayan dostlarıma zəng edərək, 30 000 (otuz min) dollar lazım olduğunu dedim. Onlar da həmin pulu göndərdilər. Kadir və Kübar adlı şəxslərə 30 000 (otuz min) dollar verdikdən sonra Aslanov zəng etdi və şəriklik üçün pulun qalan hissəsini də təcili verməyimin vacib olduğunu dedi”.

Nağd pulu olmayan Ə.Əliyev, R.Aslanova Gəncə şəhərində qohum-əqrəbasına məxsus qeyri-yaşayış obyektlərinin olduğunu, onları banka qoyaraq pul götürmək istədiyini deyir. Əmlakların banka qoyulub, pul götürülməsi vaxt tələb etdiyindən, R.Aslanov, necə deyərlər, özü işə girişir: “R.Aslanov həmin obyektləri tanışı vasitəsi ilə girov qoyaraq pul götürülməsini təşkil edə biləcəyini dedi. Mən bacıma, kirvəmə və özümə məxsus Gəncə şəhərində yerləşən 3 ədəd qeyri-yaşayış obyektini Aslanovun tanışı olan Zeynal adlı şəxsə baş etibarnamə ilə verdim. Bunun əvəzində aylıq 3% ödənilməsi şərti ilə, Zeynal adlı həmin şəxs mənə borc yazmaqla, Aslanova 100 000 dollar verdi”.

Aslanov planın ikinci hissəsinə keçir; yeni şirkət təsis olunur

YARIM MİLYONUNU MƏNİMSƏYİB, ƏVƏZİNDƏ VƏZİFƏ TƏKLİF ETDİLƏR! – Üç iri məmurla bağlı ŞOK

Bundan sonra R.Aslanov inandırıcı olmaq, Ə.Əliyevi şübhələndirməmək üçün planın ikinci hissəsinə keçir. Belə ki, Aslanov zəng edərək, “1001 Rakip” şirkətinin 30% şərik olması ilə bağlı sənədləşmə işlərinin aparılmasını Kadir və Kübar adlı işçilərinə tapşırdığını bildirir. Kadir və Kübar adlı həmin şəxslər isə Ə.Əliyevi notariat kontoruna apararaq, onu müxtəlif sənədlərə imza etdirirlər:
“Sonradan mənə məlum oldu ki, notariat kontorunda aparılan sənədləşmə işləri mənim “1001 Rakip” şirkətinə şərik girməyimlə bağlı deyil. Həmin sənədlər yeni və heç bir balansı olmayan “Reyslər” şirkətinin təsis edilməsi, mənim də onun 50%-nin təsisçi kimi rəsmiləşdirilməyimlə bağlı olmuşdur. Bununla bağlı Kadir və Kübar adlı şəxsdən soruşduqda, onlar R.Aslanovun belə göstəriş verdiyini dedilər”.

Ə.Əliyev Bakıya qayıtdıqdan sonra R.Aslanovdan nəyə görə “1001 Rakip” şirkətinə deyil, yeni şirkətə təsisçi kimi adının rəsmiləşdirilməsini soruşur. O da “1001 Rakip” şirkətinin vergilərlə problemi olduğu üçün yeni şirkət təsis etdiyini, bütün əmlakı da yeni şirkətin adına keçirəcəklərini və fabrikin əvvəlki kimi fəaliyyətə davam edəcəyini, heç bir problem olmadığını deyir.

Əliyevə işdən çıxıb, fabrikin başına keçməyi təklif edir – 130 000 min dollarlıq əmlakını alır!

Ə.Əliyevin sözlərinə görə, onun hüquq-mühafizə orqanlarında çalışmasından ehtiyatlanan R.Aslanov, bu dəfə daha böyük fırıldağa əl atır. Belə ki, İstanbulda fabrikin işlərinə nəzarət etmək üçün etibarlı adama ehtiyacı olduğunu deyərək, bu işi Ə.Əliyevə təklif edir: “İstanbulda mənim tərəfimdən işlərə nəzarət edilməsinin vacib olduğunu bildirdi. Mən də 2012-ci ilin fevral ayında öz ərizəm əsasında tutduğum vəzifədən azad edildim və İstanbul şəhərinə getdim.
İstanbulda fabrikdə olduqda, fəaliyyətinin dayandığını gördüm. Bunun səbəbini R.Aslanovdan soruşdum. O da mənim şəriklik üçün üzərimə götürdüyüm pulu tam ödəmədiyimə görə işlərdə problem yarandığını bildirdi. Və fabrikin işinin bərpası üçün qalan pulu da tam ödəməyimi istədi.
Mən də işlərin normallaşması və artıq gəlir əldə etməyə başlamaq ümidi ilə Gəncə şəhərində yerləşən R.Aslanov tərəfindən girov qoyulan obyektlərin 2-ni sataraq, 3-cü obyekti girovluqdan azad etdim. 3-cü obyekt 130 000 min dollar dəyərləndirildikdən sonra satmaq istədikdə, R.Aslanov imkan vermədi. Mənə bildirdi ki şirkətin Natiq adlı şəxsə borcu var və obyekti Natiqə verim. Obyektin dəyərini isə şəriklik üçün ona verəcəyim puldan çıxacaq. Razılaşdıq və mən obyekti Natiq adlı şəxsin adına rəsmiləşdirdim”.

482 000 dollar aldıqdan sonra fabrikin müflis olduğunu deyir!

YARIM MİLYONUNU MƏNİMSƏYİB, ƏVƏZİNDƏ VƏZİFƏ TƏKLİF ETDİLƏR! – Üç iri məmurla bağlı ŞOK

Bunun üstündən bir müddət keçsə də, fabrikin işi bərpa edilmir. Ə.Əliyev R.Aslanovdan bunun səbəbini soruşur. Artıq planını reallaşdıran R.Aslanov, fabrikin müflis olduğunu və heç vaxt fəaliyyət göstərməyəcəyini deyir: “Belə olan halda verdiyim 482 000 dolların geri qaytarılmasını tələb etdim. R.Aslanov da yeni təsis olunmuş şirkətin 50%-lik təsisçiliyindən onun göstərdiyi adamın xeyrinə imtina edəcəyim təqdirdə pulumu qaytaracağını bildirdi. Mən razılaşaraq, R.Aslanovun tanışı olan İlkin adlı şəxslə birlikdə İstanbula getdim. “Reyslər” şirkətində olan təsisçilik hüququndan onun xeyrinə imtina etdim. Bakı şəhərinə qayıtdıqdan sonra isə dəfələrlə R.Aslanova zəng ederək pulumun qaytarmasını tələb etsəm də, o pulumu qaytarmadi”.

Beləliklə, özünün, anasının və yaxın qohumlarının evini banklarda girov qoyaraq, bəzi mülkləri isə sataraq (ümumilikdə ona və ailə üzvlərimə məxsus 6 mülk satılmışdı) ayrı-ayrı vaxtlarda ümumilikdə 482.000 ABŞ dolları toplayıb Rövşən Aslanova verən Ə.Əliyev, gec də olsa aldadıldığını anlayır. Ona olan etibarından, dostluq munasibətlərindən sui-istifadə edən R.Aslanov fırıldaqçılıqla Ə.Əliyevin 482 000 dollar vəsaitini mənimsəyir : “O kriminal aləmdə nüfuz sahibi olan bəzi şəxslərlə əlaqəyə girərək, mənim verdiyim pulu mənimsədi”.

Aslanovun icra başçısı olan qohumları pulun əvəzində Əliyevə vəzifə təklif edirlər!

YARIM MİLYONUNU MƏNİMSƏYİB, ƏVƏZİNDƏ VƏZİFƏ TƏKLİF ETDİLƏR! – Üç iri məmurla bağlı ŞOK

Bundan sonra Ə.Əliyev dərhal hüquq-mühafizə orqanlarına müraciət etmək istəsə də, R.Aslanovun nüfuzlu vəzifəli qohumları buna mane olur. Zərərçəkənin verdiyi məlumata görə, indiyə qədər gözləməyinin əsas səbəbi yüksək vəzifəli şəxslərin, tanınmış, hörmətli ziyalıların İsmayıl Vəliyev və Xəzər Aslanovla apardıqları danışıqlarda pulun qaytarılması barədə verilən vədlər olur.

Belə ki, Ə. Əliyevin sözlərinə görə, Neftçala rayonunun başçısı İsmayıl Vəliyev və Xızının rəhbəri Xəzər Aslanov mənimsənilən pulun müqabilində Əbülfəz Əliyevə vəzifələr təklif edərək, pulun silinməsini tələb ediblər.
Bununla razılaşmayan Əbülfəz Əliyev, özünü polis əməkdaşı kimi təqdim edən şəxslər və kriminal aləmin nümayəndələri tərəfindən təhdid edilib və onu susdurmaq üçün övladının oğurlanması ilə bağlı xəbərdarlıq edilib.
Zərərçəkənin bizimlə söhbətindən məlum oldu ki, 2 ildən çox vaxt keçməsinə baxmayaraq, ona nə Türkiyənin İstanbul şəhərində yerləşən 2 milyon dəyərində olan tekstil fabrikindən vəd etdikləri 30 faizlik hissəni, nə də 482 min dollar pulunu veriblər.

Rövşən Aslanovun güclü himayədarları istintaqa mane olurlar

YARIM MİLYONUNU MƏNİMSƏYİB, ƏVƏZİNDƏ VƏZİFƏ TƏKLİF ETDİLƏR! – Üç iri məmurla bağlı ŞOK

Bundan sonra onlardan ümidini üzən Əbülfəz Əliyev, 30 mart 2015-ci il tarixində etdiyi müraciətlərdən sonra Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin yüksək vəzifəli şəxsi (Ə.Əliyev həmin vəzifəli şəxsin adının çəkilməsini istəmir-red) tərəfindən qəbul olunub: “O, mənə bildirdi ki, sizin işiniz nəzarətə alınıb və lazımi addımlar atılacaqdır. Bundan sonra mənim işimlə idarənin işcisi Əsəd Əliyev məşğul olmağa başladı. O, mənimlə görüşdə bildirdi ki, istintaqa mane olmamaq üçün mətbuta açıqlama verməyim. Elə də etdim. Amma sonradan gördüm ki, aparılan istintaqa Rövşən Aslanovun himayədarları ciddi maneə törədir. Və işin araşdırılıb yekunlaşmasına imkan vermədilər.

Amma mən yenə də mətbuata müraciət etmədim. Çünki ölkəmizdə beynəlxalq səviyyəli bir tədbir – 1-ci Avropa Oyunları başladı. Mən vətənpərvər bir şəxs kimi, belə bir möhtəşəm tədbirə görə öz problemlərimi arxa plana keçirdim. Şükür ki, 1-ci Avropa Oyunları möhtəşəm keçərək, uğurla başa çatdı. Məhz bundan sonra mən yenidən mətbuata müraciət etmək qərarına gəldim. Mənim gəldiyim qənaət odur ki, iki il ərzində olduğu kimi, yenə də Rövşən Aslanovun güclü himayədarları bu işin araşdırılmasına mane oldular. Bu barədə mən növbəti açıqlamalarımda daha geniş məlumatlar verəcəyəm”.

Sonda Əbülfəz Əliyev bildirdi ki, başına gətirilən bu hadisəyə bu günə qədər hüquqi qiymət verilməsinə nail ola bilməsə də, Azərbaycan mətbuatının dəstəyi ilə dələduzların və onların vəzifəli himayədarlarının ictimai rəydə tam ifşasına və ardınca cəzalandırılmalarına çalışacaq: ”28.05.2015 il tarixdə ölkə başçısı Cənab İlham Əliyevin söylədiyi “ictimai nəzarət olmasa ölkəmiz uğurla inkişaf edə bilməz” fikrini rəhbər tutaraq, mən də öz hüquqlarımı bu yolla əldə etməyə çalışacam”.

Qeyd edək ki, Ə.Əliyev işlə bağlı Rövşən Əliyevin yüksək vəzifə tutduğu FHN-in rəhbərlərinin də qəbulunda olub. Nazirlikdə onu kim qəbul edib və dələduz işçi ilə bağlı nə deyiblər, şikayətçi bu haqda növbəti yazılarda söz açmaq niyyətində olduğunu bildirdi.

Mövzunu, qarşı tərəflərin də mövqeyini öyrənməklə, davam etdirəcəyik.

İ. İSMAYILBƏYLİ
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Biznes qurmaq adı ilə 3 kişini aldadan qadına 6 il cəza kəsildi - 150 minlik iş

    Biznes qurmaq adı ilə 3 kişini aldadan qadına 6 ...

    11-01-2018, 16:24

  • 
  • Azərbaycanda 400 minlik cinayət

    Azərbaycanda 400 minlik cinayət ...

    19-06-2013, 15:49

  • 
  • İş qurmaq adı ilə külli miqdarda dələduzluq edən şəxsə hökm oxundu

    İş qurmaq adı ilə külli miqdarda dələduzluq edən ...

    2-05-2018, 11:56

  • 
  • DTX Rasim Məmmədovun həbsi ilə bağlı məlumat yaydı: Milyonlarla manat pul mənimsəyib

    DTX Rasim Məmmədovun həbsi ilə bağlı məlumat ...

    3-02-2021, 09:30

  • 
  • Azərbaycanda iki MTN generalının həbsinin TƏFƏRRÜATI

    Azərbaycanda iki MTN generalının həbsinin ...

    6-04-2021, 10:47


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (282)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu