“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun aldığı "əməkdar jurnalist" adı ətrafında cəmiyyətdə davam edən müzakirələr səngimir. Rauf Arifoğluna təqdim olunan mükafata hətta uzaq Norveçdən də münasibət gəlib. Belə ki, bir zamanlar Rauf Arifoğlunun ən yaxın dostu olmuş, 2002 - 2006-ci illərdə Norveç Krallığının Azərbaycandakı səfiri vəzifəsini icra edən Steynar Gil də bu hadisəyə biganə qala bilməyib.
Moderator.az - a açıqlama verən eks səfir R. Arifoğlunun belə bir mükafat almasına təəssüfləndiyini deyib:
"“Yeni Müsavat” qəzetinin rəhbərinin bir neçə həmkarı və bir sıra bolggerlərin həbsdə olduğu bir zamanda İlham Əliyevdən medal almasını təəssüf hissi ilə qarşıladım. Nə edək, bu həyatdır, həyatda hər şey olur, hərdən insanlar da dəyişirlər...”
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?