Türkiyənin Şanlıurfa vilayətində iki polis öldürülüb.
Avropa.info xəbər verir ki, Şanlıurfanın Ceylanpınar rayonunda iki polis evlərində vurulmuş halda tapılıb. Şanlıurfa valisi hadisənin hadisənin terrorla əlaqəsi olub-olmadığının araşdırıldığını bildirib.
Vali İzzəddin Küçük Ceylanpınarda eyni evdə yaşayan polislərin odlu silahla öldürüldüyünü açıqlayıb. Öldürülən polislərdən biri terrorla mübarizə idarəsinin, digəri isə çevik polis alayının əməkdaşı olub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?