GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Leyla Yunus həbsxanadan yazır...

Leyla Yunus həbsxanadan yazır...

Tarix: 22-07-2015, 13:46 Bölmə :Ölkə Baxış: 0
Leyla Yunus həbsxanadan yazır...

Contact.az saytı həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun məhbəsdən məktubunu yayıb. Məktub rus dilində yazılıb. Leyla Yunusun məktubunun Azərbaycan dilinə tərcüməsini təqdim edirik:

“Mənə məhkəmədə çıxış imkan yaratmadılar, ancaq səsimin eşidilməyini istəyirdim. Axır ki, Arifi gördüm. Bir ildi görüşmürdük, səsini belə eşitmirdim!

60 yaşını kamerada keçirib, mən də 60 illiyimi həbsdə qarşılayacağam.

Evliliyimizin 37-ci ildönümündə bizi ayırmışdılar və bu dünyada... artıq qızımızla, bütün ailəmizlə yenə birlikdə olacağımıza inanmıram.

Hər ikimiz tarixçiyik və yaxşı anlayırıq ki, despotizm repressiyalara söykənir.

Hələ Stepnyak-Kravçinskiy yazırdı: “Bu, taundan da pisdir. Taun seçimsiz öldürür, despotizm isə qurbanlarını millətin qaymaqları içindən seçir.

Tofiq Yaqublu, Anar, İlqar, İntiqam, Hilal, Seymur Həzi, Xədicə, Tale Bağırzadə, Mövsüm Səmədov, Yadigar Sadıqov, Rəsul Cəfərov, Rəşadət və NİDA-dan digər gənclər. 100-dən çox işıqlı, vicdanlı kəslər...

80-ci illərdə Ariflə "samizdat" buraxırdıq, qeyri-leqal şəkildə “Ekspres-Xronika” qəzetini çap edirdik. O zaman, 1986-cı ildə Çistopol həbsxanasında həmkarımız Anatoli Marçenko dünyasını dəyişdi. Bu, mənə zərbə oldu.

Stalin düşərgələrində ölümlərdən yaxşı xəbərdar idim, belə ki, babamın 3 qardaşı məhz belə həlak olub. Ancaq 1986-cı ildə...

Onda anladım ki, SSRİ-də bu terror davam edir və ona hazır olmaq lazımdır.

Ancaq ağlıma gətirməzdim ki, müstəqil Azərbaycan da həmin yolla gedər.

30 illik təcrübəsi olan hüquq müdafiəçisi kimi Azərbaycandakı işgəncələrdən də yaxşı agah idim.

Ancaq yenə də, həbsimin ilk aylarındaca mənə hücum edilməsi, 2014-cü il sentyabrın 23-də gənc və sağlam mayor Yaqubovun məni döyməsi ağır idi. Bu döymələr nəticəsində sol gözüm normal görmə qabiliyyətini itirib.

2014-cü il dekabrın 11-də məni ayağımdan sürüyərək karserə saldılar, səbəb də göstərmədilər... Arifdən eşitdim ki, həbsinin ilk günlərində ona da hücumlar olunub...

Arif 3 dərəcəli hipertoniya xəstəliyindən əziyyət çəkir. Bu, insult, iflic, qansızma, təzyiqin gözlənilməyən tərəddüdləri deməkdir. İndi də peysərində şiş yaranıb. Bir ildir tək qalır və daimi ağrılardan əziyyət çəkir.

Şəkərim və qaraciyərimin dağılması barədə hamı yaxşı bilir. Avropa Şurası bahalı dərman göndərib və hamımız anlayırıq ki, həbsxana şəraitində bu dərman mənə kömək də bilməz.

Bu məhkəməylə bağlı heç bir illüziyam yoxdur, heç istintaq adlanan prosedurla bağlı da yox idi.Əzab-əziyyətlə, fiziki məhvimimizi planlaşdırıblar. Niyə? İstəyirlər əzablarımız, ölümümüz hamıya dərs olsun. Yaxşı tanınan ailənin məhvinin qarşısı alınmadısa, deməli qalanları məhv etmək çətin deyil. Vətəndaşların ürəyinə qorxu salınmalıdır. Qorxu və ümidsizlik.

İttihamı hansı maddələrə əsasən saxtalaşdırmaq, cinayət düşünüb tapmaq və cəzanın müddəti – bütün bu göstərişlər müstəntiqlərə və hakimlərə yuxarıdan verilir.

Bizim ittiham aktımızda müstəntiqlər saxtalaşdırmaya o qədər uyublar ki, Şəmsi Bədəlbəyli, 38 ünvanındakı evimizin hamıya bəlli, hətta İnzibati İqtisad, Apellyasiya və Ali Məhkəmələrinin qərarlarında qeydə alınmış qeyri-qanuni söküntüsünü digər mənzilə dinc şəkildə köç kimi göstəriblər.

Bəllidir ki, bu, 2011-ci il avqustun 11-də içindəki əmlakla (arxiv, kompüterlər) birlikdə mülkiyyətin məhz qeyri-qanuni dağıdılması idi.

Bu – (mənzilə dinc şəkildə köçürülmə - red.) açıq-aşkar yalandır. Və bu yalan bütün istintaqın necə aparılmasına aydın misaldır. Nə müstəntiqlər, nə də prokuror yalanlarının aşkar olunmasından çəkinmirlər.

Arifi bir hesabından digərinə pul köçürməkdə ittiham edirlər. Siyasi məhbusları mühakimə edən o qədər məhkəmə izləmişəm, o qədər hakimə layiq olduqları “zolaqlı mantiya” vermişəm ki, bu məhkəmədə iştirak etməyəcəyəm. Sadəcə Arifin yanında oturub əlindən tutacağam. İkimiz də bilirik ki, son görüşümüzdür.

HƏR ŞEY qırılandan sonra, onun yanında olmayacam... Ancaq hər ikimiz tarixçiyik və bilirik: “səyyah Lakedemona xəbər aparacaq ki,... biz Qanuna sadiq qaldıq”. Polşalı müəllimlərim mənə belə öyrədiblər: “Sizin və bizim azadlığımız şərəfinə””.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Leyla Yunus İstintaq İdarəsinə aparıldı

    Leyla Yunus İstintaq İdarəsinə aparıldı ...

    29-04-2014, 10:08

  • 
  • Leyla Yunus görüşə gələ bilmədiyini yazıb

    Leyla Yunus görüşə gələ bilmədiyini yazıb ...

    23-09-2014, 13:29

  • 
  • Leyla Yunusa təzyiq var

    Leyla Yunusa təzyiq var ...

    15-08-2014, 17:02

  • 
  • Leyla Yunus kameraya qaytarılıb

    Leyla Yunus kameraya qaytarılıb ...

    20-08-2015, 21:55

  • 
  • Leyla Yunus MTN-in təcridxanasına köçürüldü

    Leyla Yunus MTN-in təcridxanasına köçürüldü ...

    20-10-2014, 11:16


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (298)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu