Azərbaycanda turizm şirkətinin rəhbəri müştərilərinə qarşı dələduzluq edib. Bu barədə məlumat ANS PRESS-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilib.
Məlumata görə, "İnter Travel" şirkətinin direktoru bir qrup vətəndaşın etimadını qazanaraq onlardan külli məbləğdə pul alıb.
Nəsimi RPİ 22-ci PB əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində "İnter Travel" şirkətinin direktoru, Ağdam rayon sakini Elnur Əliyevin cari ilin fevral-iyul aylarında Bakı şəhər sakinləri Mirəhməd Dadaşovun, Nazim Mustafayevin, Xumar Balaoğlanovanın, Bəhruz Vəliyevin, Mina Adıgözəlovanın, İlqar Həsənovun, Gəncə şəhər sakini Maqsud Ələkbərovun və Qəbələ rayon sakini Emil Məmmədovun etimadlarını qazanıb, onlardan 25360 manat pul alması müəyyən edilib.
Əldə etdiyimiz məlumata görə, adıçəkilən şəxs yaxalanıb.
ANS PRESS-in məlumatına görə, şirkətin saytında buranın Bakının ən aparıcı turizm agentliklərindən biri olduğu qeyd edilir. Şirkət həm qruplarla, həm də fərdi şəxslər üçün turlar təşkili ilə məşğul olub. Şirkət dünyanın onlarla ölkəsinə səfərlər təşkil etməklə məşğul olur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?