Latviya şirkətinin Bakı nümayəndəliyinin rəhbərinin külli miqdarda pulu mənimsənilib
Kriminal Bakıda şirkət rəhbərinə qarşı külli miqdarda dələduzluq edilib. ANS PRESS-in APA-ya istinadən verdiyi məlumata görə, Səbail Rayon Polis İdarəsindən bildirilib ki, Bakı şəhər sakini Fizzəxanım Hacıbaba qızı Qəribova polisə ərizə ilə müraciət edib.
Ərizədə bildirib ki, oğlu, 1976-cı il təvəllüdlü Bəyali Mürsəl oğlu Mürsəlov tanışı, 1961-ci il təvəllüdlü Rəşad Fikrət oğlu Əfəndiyevə bu ilin yanvarında Moskva şəhərində 12 hektar torpaq sahəsi almaq məqsədi ilə ümumilikdə 374 min ABŞ dolları verib. Lakin R. Əfəndiyev pulu alsa da, vədinə əməl etməyib və B. Mürsəlovdan aldığı pulu mənimsəyib.
Daxil olan məlumat əsasında araşdırmalara başlanıb.
Qeyd edək ki, B. Mürsəlov Latviya Respublikasının Riqa şəhərində yerləşən “TKB” Lizinq şirkətinin Bakı nümayəndəliyinin rəhbəridir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?