GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » 7 rayonun qaytarılması: Moskva ilə gizli Qarabağ danışığı

7 rayonun qaytarılması: Moskva ilə gizli Qarabağ danışığı

Tarix: 23-07-2015, 19:09 Bölmə :Ölkə Baxış: 0
7 rayonun qaytarılması: Moskva ilə gizli Qarabağ danışığı


Qərbin fəallaşmasının əsas səbəbi Rusiya ilə arasında olan ciddi rəqabətdir. Bunu Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli ATƏT həmsədri Ceyms Uorlikin Dağlıq Qarabağ ətrafında işğal edilmiş 7 rayonun Azərbaycana qaytarılması barədə son bir həftədə iki dəfə bəyan etdiyi mövqeyini şərh edərkən söyləyib.

Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında Qarabağla bağlı danışıqlar aparılır:

“Son vaxtlar bu rəqabətdə Rusiya xeyli irəli keçib və müəyyən mənada Azərbaycanı da öz tərəfinə çəkə bilib. Lavrovun “Dağlıq Qarabağın həll edilməsi vaxtı çatıb” deməsinin özü çox ciddi diplomatik ifadədir və onun arxasında çox şey dayanıb. Bu o deməkdir ki, uzun müddətdir Azərbaycanla Rusiya arasında Dağlıq Qarabağ ətrafında yeddi rayonun qaytarılması ilə bağlı danışıqlar gedir və bu danışıqlar yekun mərhələyə daxil olmaqdadır. Danışıqlar gizli gedirdi, indi isə bunun bəzi məqamları açıqlandı. Əslində Rusiya ilə çox şeylər - təkcə yeddi rayonun qaytarılması yox, həmçinin buraya sülhməramlı qüvvələrin gətirilməsi, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına daxil olması da müzakirə olunub. Azərbaycan isə yalnız Qarabağ həll olunduqdan sonra Rusiyanın istəklərini ancaq öz milli maraqları çərçivəsində həll etməyə çalışacaq. Həmsədrlərin Vyanaya gedişi çox güman ki, əlavə təlimatlar almağa hesablanıb. Həmsədrlər görürlər ki, artıq yeddi rayonun qaytarılması məsələsində İrəvanın da müqaviməti sındırılıb”.

Politoloq Rusiyanın Qərbə qarşı yeni müttəfiqlər axtardığını bildirib:

“Qərbin tətbiq etdiyi sanksiyalar Rusiyanı boğmaqdadır. Rusiya sözün əsl mənasında dünyadan təcrid edilib. Belə olan şəraitdə Moskva yeni alyanslar yaratmağa çalışır. Bir sözlə, Kreml əlinə düşən bütün imkanlardan istifadə etmək istəyir. Avrasiya İttifaqını beynəlxalq təşkilat kimi göstərmək üçün Rusiyaya Azərbaycan çox lazımdır. Ukraynanın yerini yalnız Azərbaycan doldura bilər. Belə olan halda Rusiya münaqişənin dondurulmuş vəziyyətdə saxlanılmasını istəmir. Yəni bu əvvəlki effekti vermir və ziyan gətirir. Münaqişəni həll etməklə Moskva Azərbaycanı tamamilə öz yanına çəkmək istəyir. Qərb Azərbaycana deyə bilməz ki, sən niyə Rusiyanı seçirsən? Ona görə də Rusiya yaranmış unikal şəraitdən öz məqsədlərini reallaşdırmaq üçün istifadə etməyə çalışacaq. Ola bilsin ki, belə bir şərait bir daha Moskvanın əlinə düşməsin”.

Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun həmsərləri İrəvanda səfərdə olarkən, ABŞ-ı təmsil edən C.Uorlik Dağlıq Qarabağ ətrafındakı işğal altında olan 7 rayonun geri qaytarılması vacibliyini bir daha bəyan etdi. Ermənistan Prezidenti Serj Sərkisyan və Xarici İşlər naziri Nalbandyanla görüşdən dərhal sonra hesabat vermək üçün ötən gün Vyanaya gedən həmsədrlər bu gün artıq Bakıdadırlar və Prezident İlham Əliyevlə görüşdülər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Dmitri Medvedev: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar masasına oturmaq lazımdır"

    Dmitri Medvedev: "Dağlıq Qarabağ ...

    9-04-2016, 14:31

  • 
  • Dmitri Medvedev: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar masasına oturmaq lazımdır"

    Dmitri Medvedev: "Dağlıq Qarabağ ...

    9-04-2016, 14:31

  • 
  • Bu gün Rusiyada Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar aparılacaq

    Bu gün Rusiyada Dağlıq Qarabağ münaqişəsi üzrə ...

    28-04-2017, 10:27

  • 
  • Rusiya Dağlıq Qarabağla bağlı məsləhətləşmələrə başladı

    Rusiya Dağlıq Qarabağla bağlı məsləhətləşmələrə ...

    2-04-2016, 13:54

  • 
  • Qarabağ üçün ya müharibə, ya da...

    Qarabağ üçün ya müharibə, ya da... ...

    9-05-2014, 13:04


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu