Goranboy rayonu, Ağamalıoğlu kənd sakini, 79 yaşlı Qələndər Şamiyev müxtəlif dərəcəli xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.
Kəpəz TV (Region TV) xəbər verir ki, kənd sakininə qapalı kəllə-beyin travması, sol qulağın kəsilməsi, sağ qulağın zədələnməsi diaqnozu qoyulub. Həkimlərin müdaxiləsindən sonar yaşlı kişinin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Qələndər Şamiyevin oğlu tərəfindən döyüldüyü bildirilir. Onun ruhi xəstə olduğu deyilir.
Goranboy Rayon Polis Şöbəsi faktla bağlı araşdırma aparır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?