Bu gün saat 11 radələrində Gəncənin M.A.Abbaszadə küçəsində piyadavurma hadisəsi baş verib. gundemxeber.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncə şəhər TTYX-dan verilən məlumata görə, 40-45 yaşlı kişi təcili yardım yardım briqadası tərəfindən xəstəxananın travmatologiya şöbəsinə gətirilib.
Həkimlərin ilkin diaqnozu qapalı kəllə-beyin travması, sol təpə nayihəsi və dizin sıyrılmış yarasıdır. Özünü təqdim etməkdə çətinlik çəkən yaralının vəziyyəti orta kimi qiymətləndirilir. Polis tərəfindən araşdırma aparılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?