GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İŞİD Rusiyanın “qapısını döyür” – Təhlil

İŞİD Rusiyanın “qapısını döyür” – Təhlil

Tarix: 23-07-2015, 19:37 Bölmə :Ölkə Baxış: 0
İŞİD Rusiyanın “qapısını döyür” – Təhlil

Yelena Suponina: “Rusiya da, hətta dövlətlərin tam bir koalisiyası da Yaxın Şərqdəki yanğını söndürmək gücündə deyil”



Rusiyanın İŞİD-lə mübarizə və Yaxın Şərqdə maraqlarının qorunması üzrə strategiyası yoxdur. Bu arada istisna olunmur ki, Donbasın aqibəti ölkənin bu münaqişənin həllində iştirakından asılı olacaq.

Rusiyada İŞİD-lə fəal mübarizənin zərurətindən yalnız son aylarda danışmağa başlayıblar. Ali Məhkəmə hələ 2014-cü ildə İŞİD-i terror qurumu kimi tanıyıb və ölkədə fəaliyyətini qadağan edib. Buna baxmayarq, İŞİD-in bu yaxınlara qədər Rusiya rəhbərliyində rəsmən ancaq Yaxın Şərq hüdudlarında bölgəsəl təhlükə kimi qəbul edilməsi üstünlük təşkil edirdi. Hökumətimiz bu qurumu əsas beynəlxalq təhlükələrdən biri kimi ona görə tanımaq istəmədi ki, Ukraynadakı hərəkətlərə görə Rusiyanın özü heç nəyi ilə Qərb üçün İŞİD-dən yaxşı görünmürdü, bəzi Amerika məmurlarının sözlərinə görə isə, hətta daha təhlükəlidir. Lakin artıq iyulun əvvəlində BRHÇG-nin Ufa sammitində XİN başçısı Sergey Lavrov etiraf etdi ki, İŞİD həm Rusiya, həm Avropa, həm də ABŞ-a təhlükə təşkil edir və bu şərə qarşı birgə mübarizə aparmaq lazımdır. Lavrov buna qədər məsələni ABŞ Dövlət Departamentinin başçısı Con Kerri ilə müzakirə edib. Bundan sonra Amerikanın Moskvanın ünvanına ritorikası da yumşaldı.

Rusiya tərəfini danışıqlara həm də Quzey Qafqaz respublikalarının İŞİD-in “vilayətləri” elan edilməsi haqda xəbərlər məcbur etdi.

İŞİD tərəfdən rusiyalıların ələ alınmasının miqyası da Rusiya hökumətini narahat etməyə bilməz. Xüsusi xidmətlərin məlumatına görə, onlar artıq 2 min nəfəri keçib. Ən qalmaqallı hadisə isə MDU-nun tələbəsi Varvara Karaulovanın islamçı radikalların yanına qaçması oldu.

Şayiələrə görə, ABŞ-ın Ukrayna, xüsusən də Donbas üzrə güzəştlərə getmək hazırlığı Rusiyanın İŞİD-lə münaqişənin həllinə cəlbedilmə dərəcəsindən asılı olacaq.

“Kürəsəl mübadilə” danışıqlarının həqiqətən getdiyi haqda söhbətlər dolayısı ilə rus rəsmilərinin, həmçinin iyuldan başlayaraq İŞİD-ə qarşı çıxmağın yollarını ciddi şəkildə müzakirəyə çıxardan ekspertlərin artan fəallığından xəbər verir. Lakin istisna olunmur ki, hökumət bu qayda ilə rusiyalıların diqqətini diş qamaşdıran “Qərb təhlükəsi”ndən “İslam təhlükəsi”nə yönəltməklə xarici siyasət gündəliyini dəyişmək istəyir.

Hər necə olsa da, İŞİD problemi təkcə bu həftə dərhal bir neçə rəsmi meydançada – Dövlət Dumasında, İctimai Palatada və s.-də müzakirə olunub. “Ədalətli Rusiya”dan deputat Oleq Nilov Rusiya tərəfdən BMT Təhlükəsizlik Şurasında İŞİD üzrə beynəlxalq tribunal yaradılması təşəbbüsünün qaldırılması təklifi ilə XİN başçısına müraciət göndərib. Və İctimai Palatada əsasən əks-təbliğat mexanizmləri və rusiyalıların islam radikalları tərəfindən cəlb edilərək sonradan Yaxın Şərqə göndərilməsinə və yaxud Rusiyada özəklərin yaradılmasına qarşı çıxmaq üsulları müzakirə olundusa, Dövlət Dumasında “Açıq tribuna”nın ekspert yığıncağındakı müzakirələr İŞİD-lə hansısa mübarizə strategiyasının zəruriliyinə gəlib çıxdı.

İŞİD-i “XXI əsrin dünya təhlükəsi” adlandıran Dövlət Dumasının spikeri Sergey Narışkinin bəyanatı siqnal oldu.

Çoxlarının hesab etdiyi kimi, tez-tez qeyri-rəsmi şəkildə Kremlin ideyalarını səsləndirən RLDP lideri Vladimir Jirinovski isə bildirdi ki, İŞİD məhz Rusiya, Avropa və Çinə zərbə endirmək qəsdilə yaradılıb. RLDP liderinin ehtimaına görə, İŞİD Rusiya üçün isə ona görə qorxuludur ki, onun vasitəsilə ölkəmizi iki cəbhədə müharibəyə cəlb etmək mümkün ola bilər. O, Almaniyanın guya iki ildən sonra ABŞ-dan qopmaq və müstəqil olmaqdan ötrü “Ukraynadakı yaraqlılarla” Rusiyaya qarşı müharibəyə başlayacağı haqda hansısa məlumatlara isnad etdi. Jirinovski dedi: "“Barbarossa planı” imzalanıb, biz sonra zəif düşərək İŞİD-ə görə Orta Asiyanı itirəcəyik”.

Lakin siyasətçilərdən fərqli olaraq Rusiyanın islam radikallarına qarşı “qaynar müharibəyə” qətiyyən girməli olmadığını hesab edən başqa ekspertlər onun proqnozlarına şübhə etdilər.

Bununla belə, Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovskinin təsdiq etdiyi kimi, İŞİD-in nüvəsi “yetərincə zəifləyib” və onun hesablamasına görə, döyüşçülər cəmi 30 min qalıb. Ekspert ehtimal edir ki, Qətərin maliyyələşdirəcəyi halda, Qafqazda islamçılarla problem yarana bilər.

Bununla belə, Dövlət Dumasında Rusiyanın İŞİD-dən müdafiəsində ən zəif yeri Orta Asiyanın ən zəif bərkidilmiş əfqan-türkmən və Tacikistan sərhədlərini hesab etdilər. Qırğızıstanın Avrasiya iqtisadi birliyinə daxil olacağı halda da durum mürəkkəbləşə bilər.

Satanovski qeyd etdi: “Lakin bizim əsas problemimiz yenə də Quzey Qafqaz, Özbəkistanın islam təşkilatı və sistemli dostluq qurmaq üçün islamçıların hökumətə daxil olmasıdır”.

Başqa ekspertlər əmindirlər ki, Rusiyanın İraq və Suriya kürdləri ilə təmasları təzələməyi, Suriyada Əsəd rejiminə dəstəyi davam etdirməyi və yaxud İsrailin etdiyi kimi bölgədəki mötədil islam qurumlarına güvənməyi lazımdır.

Bu arada Rusiya Strateji araşdırmalar mərkəzinin prezident administrasiyasına yaxın olan direktorunun müşaviri Yelena Suponina əmindir ki, heç bir dövlət kimi Rusiya da, hətta dövlətlərin tam bir koalisiyası da Yaxın Şərqdəki yanğını söndürmək gücündə deyil.

Onun fikrincə, Rusiyanın gücünü çatacağı ən böyük iş “proseslərdən təcrid olunmaq və onlara bizim əraziyə soxulmağa imkan verməməkdir”.

Suponina əmindir: “Problem və münaqişələrə dərindən girişmək lazım deyil. Diplomatiya və sosial yardımlar çərçivəsində məhdud təmaslar lazımdır”.

Ekspertlər ehtimal edirlər ki, Yaxın Şərqdəki neqativ proseslərin katalizatoru məhz ABŞ-ın fəaliyyəti oldu. Bunun nəticəsi isə yaxın on illərdə bütün bölgənin xəritəsinin yenidən cızılması olacaq. Lakin, deyəsən, Rusiyanın maraqlarının qorunması və Yaxın Şərqdə mövqelərin möhkəmləndirilməsi üzrə hökumətimizin strategiyası yoxdur - ən radikal islamçılarla mübarizə üçün dəqiq planın olmadığı kimi. Təsadüfi deyil ki, bu cür suallara cavab verməli olan XİN təmsilçiləri Dövlət Dumasının toplantısına gəlməmişdilər...



Yelena Zemskova
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Rusiya İŞİD-ə qarşı mübarizəyə başlayır

    Rusiya İŞİD-ə qarşı mübarizəyə başlayır ...

    26-07-2015, 22:57

  • 
  • İŞİD-dən betəri gəlir - “Horasan”

    İŞİD-dən betəri gəlir - “Horasan” ...

    22-09-2014, 12:58

  • 
  • Qərb İŞİD terrorçularını yeni regiona köçürür – Azərbaycan üçün TƏHLÜKƏ

    Qərb İŞİD terrorçularını yeni regiona köçürür – ...

    26-01-2018, 18:36

  • 
  • İŞİD özünü məhv edir

    İŞİD özünü məhv edir ...

    30-11-2014, 11:34

  • 
  • Kadırov İŞİD-ə meydan oxudu

    Kadırov İŞİD-ə meydan oxudu ...

    27-12-2014, 22:03


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu