Avqustun 1-dən Rusiya İctimai Palatasında İŞİD-ə qarşı mübarizə üzrə "qaynar xətt" açılır.
Bu barədə Rusiya İctimai Palatasının komissiya rəhbəri Yelena Sutormina bildirib.
Sutormina bildirib ki, vətəndaşlar qaynar xəttə zəng etməklə yanaşı, elektron məktubla da müraciət edə bilərlər. "Sentyabrda Rusiyanın mərkəzi rayonlarından birində antiterror komitəsi ilə metodiki təlimatlar işləmək üçün praktiki konfrans keçirmək istəyirik, ali məktəb rektorları da tədbirə qatılacaq",- deyə Sutormina vurğulayıb.
Sutormina vurğulayıb ki, İŞİD Rusiyaya tərəfdar toplamaq üçün perspektivli ölkə kimi baxır.
İraq və Suriya ərazisində 2013 - 2014-cü illərdən fəaliyyət göstərən fəaliyyət göstərən silahlı paramilitar qruplaşma olan IŞID Rusiya tərəfindən terror təşkilatı kimi tanınır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?