Azərbaycan Hərbi-Dəniz Qüvvələrinə məxsus gəmilər Mahaçqala limanına yan alıb.
APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, iki patrul kateri və bir dəniz yedəyi "Xəzər Kuboku-2015" Beynəlxalq Ordu Oyunlarında iştirak edəcək.
Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən bildiriblər ki, qarşılanma mərasimindən sonra Rusiya, Qazaxıstan və Azərbaycanı təmsil edən yarış iştirakçıları "Dağıstan" gəmisində dəniz poliqonlarına baş çəkiblər. Dənizdə rusiyalı dənizçilər qonaqlara marşrutların keçmə qaydasını və döyüş tapşırıqlarının yerinə yetirilməsini nümayiş etdiriblər.
Qeyd edək ki, "Xəzər Kuboku-2015" Beynəlxalq Ordu Oyunları avqustun 3-dən 15-dək Xəzər dənizində ümumi sahəsi 300 km olan xüsusi təchiz edilmiş poliqonda keçiriləcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?