Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsinə hazırlıq çərçivəsində Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmiləri Xəzər dənizindəki döyüş hazırlığı poliqonunun ərazisində artilleriya atışlarını məşq etdiriblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hərbi dənizçilər üzən minaların məhv edilməsi məqsədilə ilkin artilleriya atışları icra edib. Gəmilərin müxtəlif üsullarla yanalması da məşq olunub
Növbəti hazırlıq mərhələsində gəmi heyətləri dəniz və hava hədəflərinə artilleriya atışlarını, habelə heyətlərin sağqalma qabiliyyətini məşq etdirəcəklər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?