GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » MONOPOLİYANI ARADAN QALDIRIRIQ! – Gömrük Komitəsindən ŞOK açıqlamalar!

MONOPOLİYANI ARADAN QALDIRIRIQ! – Gömrük Komitəsindən ŞOK açıqlamalar!

Tarix: 30-07-2015, 02:08 Bölmə :Ölkə Baxış: 0
MONOPOLİYANI ARADAN QALDIRIRIQ! – Gömrük Komitəsindən ŞOK açıqlamalar!

Bu gün Bakı şəhər Baş Gömrük İdarəsində Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan aparıcı iş adamları ilə görüş təşkil olunub. Sözügedən görüş Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirdiyi müvafiq məsələlərə həsr olunub.
Sahibkarlar qarşısında çıxış edən Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini Şahin Bağırov bildirib ki, bu cür görüşlər Azərbaycanda hökumət-biznes əlaqələrinin daha da sıxlaşmasına və ölkədəki biznes mühitinin inkişafına gətirib çıxaracaq. Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsi hər zaman Azərbaycan iqtisadiyyatının rəqabətli və sağlam inkişafına dəstək verir: “Bu gün sahibkarlarla keçirilən görüşdə Azərbaycan Prezident Administrasiyasının da məsul nümayəndəsi iştirak edir. Burada bizim sahibkarlarla aparacağımız qarşılıqlı müzakirələr hesab edirəm ki, gələcəkdə dövlət-sahibkar münasibətlərinin daha da inkişafına gətirib çıxaracaq”.

Ş.Bağırov qeyd edib ki, son illər Azərbaycan Prezidenti tərəfindən sahibkarlığın inkişafı istiqamətində böyük və uğurlu addımlar atılıb: “Cənab Prezident bu sahədə hüquqi müstəvinin daha da genişləndirilməsi, sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsi, qanunsuz yoxlamaların qarşısının alınması, yeni üsulların tətbiq edilməsi və yeni çağırışlara cavab verilməsi istiqamətində uğurlu addımlar atıb. Bu gün bizim qarşımızda duran əsas məsələlərdən biri də səmərəli dövlət tənzimlənməsi tədbirlərinin həyata keçirilməsi və bazar iqtisadiyyatına əsaslanan formaların tətbiq edilməsi ilə bağlıdır. Bütün bu məsələlər cənab Prezident tərəfindən imzalanan sənədlərdə və “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında da əksini tapıb”.
Komitə sədrinin müavini söyləyib ki, Azərbaycanda sahibkarlıq sahəsində işgüzar mühitin yüksəldilməsi üçün bütün dövlət qurumları, o cümlədən gömrük orqanları qarşısında konkret vəzifələr qoyulub. Onun sözlərinə görə, gömrük orqanlarının əsas vəzifələrindən biri də Azərbaycanda sahibkarlıq işinin sərbəst fəaliyyətinə dəstək verilməsini təmin etməkdir: “Bununla yanaşı, yeni üsulların tətbiqi və qanunvericilik tələblərinə cavab vermək məsələnin vacib tərəfidir. Bilirsiniz ki, son dövrlər dünya iqtisadiyyatında olduğu kimi, ölkə iqtisadiyyatında da müəyyən dəyişikliklər baş verib. Son vaxtlar Azərbaycana idxal edilən malların həcmi bir qədər azalıb. Bunun da əsas səbəbi ölkədə yerli istehsalın güclənməsidir. Yerli istehsalın daha da gücləndirilməsi üçün bütün zəruri tədbirlər görülür. Bunun nəticəsi olaraq idxal mallarının həcmində azalmalar baş verir”.

Ş.Bağırov bildirib ki, Azərbaycanda biznesin inkişafı üçün əlavə imkanlar yaradılmalıdır: “İdxalın çeşidinin genişləndirilməsinə və daha yaxşı məhsullarla əvəz edilərək ölkəyə gətirilməsinə, həmin malların gömrük rəsmiləşdirilməsi prosesindən operativ keçirilməsinə və biznes subyektlərinə normal xidmət şəraitinin yaradılması vacibdir. Bununla bağlı tərəfimizdən tədbirlər planı müəyyən edilib. Bu sahədə əlavə hansı işlərin görülməsinə ehtiyac varsa, bu barədə də sahibkarların özlərindən birbaşa təkliflər eşitməyə hazırıq. Mən burada iştirak edən sahibkarlardan xahiş edirəm ki. hər hansı təklifləri varsa, bildirsinlər. Burada açıq müzakirədir, hər kəs öz təklifini səsləndirə bilər. Çünki cənab Prezident bizim qarşımızda konkret vəzifələr qoyub. Biz də sahibkarlığın inkişafına yardım göstərməliyik. Ölkəmizin iqtisadi potensialın daha da gücləndirilməsi üçün müvafiq tədbirlər görməliyik. Bu baxımdan da hesab edirəm ki, bu gün keçirilən görüş həm bizim üçün, həm də sahibkarlar üçün çox maraqlı olacaq”.

MONOPOLİYANI ARADAN QALDIRIRIQ! – Gömrük Komitəsindən ŞOK açıqlamalar!

Daha sonra Bakı şəhər Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov ölkə prezidentinin keçirdiyi son müşavirədə bəzi dövlət orqanlarının fəaliyyətsizliyini və öz vəzifələrinin öhdəsindən layiqincə gələ bilməməsini, xüsusilə də ölkədə sahibklarların sərbəst fəaliyyətinə süni maneələr yaradılmasını tənqid etdiyini xatırladıb: “Azərbaycan Respublikası Prezidentinin ölkədə sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması barədə 28 sentyabr 2002-ci il tarixli fərmanı ilə gömrük orqanları qarşısında mühüm vəzifələr qoyulub. Həmin fərmandan sonra sahibkarlığın inkişafı ilə bağlı görülən işlərin xeyli artmasına baxmayaraq, bu sahədə mövcud olan bəzi problemlər gömrük orqanları tərəfindən mərhələli şəkildə aradan qaldırılıb. Sahibkarların fəaliyyətinə mane olan əngəllərin aradan qaldırılması üçün gömrük orqanları ilə ölkəmizdə fəaliyyət göstərən yerli və xarici sahibkarların əlaqələri genişləndirilib, onların fəaliyyətinə yerli-yersiz və əsassız yoxlamalar aparılmasının qarşısı alınıb, qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə məşğul olan şəxslərə qarşı aparılan mübarizə sərtləşdirilib, ədalətli rəqabətin daha da gücləndirilməsi imkanları yaradılıb. Ümumiyyətlə, Azərbaycanda iş adamlarının haqlı narazılığına səbəb olan bir çox maneələr aradan qaldırılıb. Baş verən bu dəyişikliklər son nəticədə gömrük orqanları qarşısında qoyulan əsas vəzifələrdən ən vacibi hesab edilən gömrük vergi və rüsumlarının yığımına da müsbət təsir edib. Həmçinin, bu, dövlət büdcəsinin mədaxil hissəsinin formalaşmasına da birbaşa müsbət təsir göstərib”.

V.Novruzov əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 26 fevral 2011-ci il tarixli 45 saylı “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” fərman imzalanıb: “Fərmanın icrası ilə bağlı Bakı Baş Gömrük İdarəsində qanunvericiliklə müəyyən edilmiş bütün gömrük ödənişlərinin yalnız bank və ya plastik kart vasitəsilə ödənilməsini təmin etmək üçün müxtəlif banklara aid 14 poçt-terminal quraşdırılıb. Həmin vaxtdan etibarən, nağd qaydada ödənişlərə birdəfəlik son qoyulub və bu sahədə şəffaflıq təmin edilib. Bundan əlavə, Bakı şəhər Baş Gömrük İdarəsində gömrük xidmətlərinin şəffaflığını və operativliyini artırmaq məqsədilə elektron idarəetmə sistemi yaradılıb. Bununla da sahibkarla idarə rəisi arasında birbaşa rabitə xətti quraşdırılıb”.

V.Novruzov daha sonra bildirib: “Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 saylı fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydaları”na və bu qaydalara əlavə edilmiş dəyişikliklərə ölkə prezidenti və hökumətin digər normativ və hüquqi sənədlərinə istinad edərək nəzərinizə çatdırıram ki, mülkiyyət hüququndan və tabeçiliyindən asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər heç bir maneə olmadan vergi və rüsumları ödəməkdən azad olmaqla, yalnız gömrük rəsmiləşdirilməsi haqqı ödəməklə daxildə istehsal olunan mal və məhsulları sərbəst şəkildə xarici ölkələrə ixrac edə bilərlər. Bu növ ixrac əməliyyatlarının sayının və çeşidinin çoxalması cənab prezident İlham Əliyevin önəmli hesab etdiyi məsələlərdən biridir. Bu, ölkənin ixrac potensialının inkişafını sürətləndirir, Azərbaycana xarici valyuta axınını çoxaldır və bunlar da öz növbəsində ümumdaxili məhsulun artmasına səbəb olur”.

Daha sonra o, tədbirdə iştirak edən sahibkarlara müraciət edərək, şəffaflığın təmin olunması üçün daha sıx əməkdaşlıq şəraitində çalışmağa çağırıb.

Sonra tədbir KİV üçün qapalı şəraitdə keçirilib. Qapalı keçirilən görüşdə bir sıra sahibkarların təklifləri dinlənilib, müzakirələr aparılıb.

Bu görüşdə səslənən fikirlər, xüsusən də Bakı şəhər Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovun “sahibkarların fəaliyyətinə mane olan əngəllərin aradan qaldırılması üçün gömrük orqanları ilə ölkəmizdə fəaliyyət göstərən yerli və xarici sahibkarların əlaqələri genişləndirilib, onların fəaliyyətinə yerli-yersiz və əsassız yoxlamalar aparılmasının qarşısı alınıb, qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə məşğul olan şəxslərə qarşı aparılan mübarizə sərtləşdirilib, ədalətli rəqabətin daha da gücləndirilməsi imkanları yaradılıb” fikirlərindən nə başa düşmək olar? Bu o deməkdirmi ki, Dövlət Gömrük Komitəsi Prezidentin tənqidlərindən nəticə çıxarıb və GÖMRÜKDƏ MONOPOLİYANI ARADAN QALDIRIR?

MONOPOLİYANI ARADAN QALDIRIRIQ! – Gömrük Komitəsindən ŞOK açıqlamalar!

Vüsal Novruzovun – Azərbaycanda monopoliyanın başında duran ƏSAS ŞƏXSLƏRDƏN birinin dediklərinə inansaq, bəli, bu o deməkdir ki, Gömrük Komitəsi, Prezident İlham Əliyevin “DÖVLƏTƏ XƏYANƏT” adlandırdığı monopoliya siyasətindən- idxal-ixracla məşğul olan sahibkarlardan rüsumlardan əlavə “haqq” tələbindən imtina etməyə hazırlaşır! Bundan sonra sahibkarlar gömrükdə kimlikləri bilinməyən şəxslərin qanunsuz tələbləri ilə üzləşməyəcəklər. İllərdir davam edən bu KRİMİNAL FƏALİYYƏTƏ son qoyulacaq və daha azərbaycanlılar, Arazın o tayında kilosu 40 qəpik olan bananı, bu tayda 2 manata almayacaqlar!

Rasim ƏLİYEV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

    Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər ...

    11-01-2019, 13:06

  • 
  • Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

    Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər ...

    10-07-2016, 14:41

  • 
  • Prezident məmurlara və onların ailə üzvlərinə səsləndi: "Heç kimə güzəşt edilməyəcək"

    Prezident məmurlara və onların ailə üzvlərinə ...

    12-07-2017, 16:36

  • 
  • İlham Əliyev nazirləri topladı

    İlham Əliyev nazirləri topladı ...

    9-04-2018, 13:05

  • 
  • Prezident Dövlət Gömrük Komitəsi ilə bağlı sərəncam imzaladı

    Prezident Dövlət Gömrük Komitəsi ilə bağlı ...

    17-11-2018, 17:11


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu