Fevralın 11-də Naxçıvan şəhərində Müsavat Partiyası Kəngərli rayon Təşkilatı Şurasının yığıncağı keçirilib. Yığıncaqda ölkədə, eləcə də Naxçıvanda baş verən ictimai-siyasi vəziyyət müzakirə olunub, təşkilatın genişlənməsi və proseslərə daha çevik reaksiya göstərməsinin yolları araşdırılaraq müzakirəyə çıxarılıb. Yığıncaqda həmçinin Müsavat Partiyası Naxçıvan MR Təşkilatınlın konfransına, həmçinin təşkilatın məclis üzvlüyünə nümayəndələr və namizədlər təsdiq olunmuşdur. Təşkilata yeni üzvlüklə bağlı müraciətlərə baxılmış, 7 nəfər yeni üzv Müsavat Partiyasına üzv qəbul olunmuşdur. Yığıncaqda MR Təşkilat Komitəsinin sədri Sabir Vəliyev və Şahbuz rayon təşkilatının sədri Nadir Allahverdiyev də iştirak ediblər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?