Dünən Müsavat Partiyası Naxçıvan Muxtar Respublikası təşkilatının növbəti konfransı keçirilib. Partiyadan verilən məlumata görə, Muxtar Respublikanın bir sıra rayonlarında konfrans nümayəndələrinin tədbirdə iştirakına mane olunsa da, konfrans baş tutub. Konfransda ölkədəki, ictimai - siyasi vəziyyət, partiyanın qarşısında duran vəzifələr müzakirə olunub. Müsavat Partiyası Naxçıvan Təşkilatının ötən dövrdə fəaliyyəti qiymətləndirilib. Daha sonra Müsavat Partiyası Naxçıvan təşkilatının sədr, Nəzarət Təftiş Komissiyasına və Məclisinə seçkilər keçirilib. Sabir Vəliyev təşkilatın sədri, Telman Ağayev isə Nəzarət Təftiş Komissiyasının sədri seçilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?