Klassik Xalq Cəbhəsi Partiyasının III Qurultayı keçirilib Avqust ayının 1-də Bakının Əmircan qəsəbəsinin Səttar Bəhlulzadə adına Mədəniyyət sarayənda Klassik Xalq Cəbhəsi Partiyasınn növbəti III Qurultayı keçirilmişdir. Qurultay Azərbaycanın dövlət himninin səslənməsi ilə açıq elan edilib. Şəhidlərin xatirəsi yad edilib. Daha sonra ümummilli lider Əbülfəz Elçibəyin məzarını qurultay iştirakçıları adından ziyarət edən qrupun rəhbəri Qurultaya Hazırlıq Üztə Təşkilat Komitəsinin üzvü Nizami Ələkbərov məlumat verib. Sərxan Carçı, Adil Mikayıllı, Ceyhun Səfərov, Əflatun Hüseynov, Elçin İbrahimovdan ibarət tərkibdə Say Komssiyası yaradılıb. Qurultay nümayəndələri Xəzər Teyyublu, Akif Hüseynov, Tamara Eyvazlı, Südeyif Sadıxlı və Nazim Atakişiyevdən ibarət Mandat Komissiyası yaradılıb. Qurultaya dəvət edilən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Ədalət Partiyasının sədri İlyas İsmayılov, VİP sədri Əli Əliyev, MKP sədri İxtiyar Şirin, Azadlıq Partiyasının sədri Əhməd Oruc, BAXCP sədri Qüdrət Həsənquliyev, AXP sədri Pənah Hüseyn, AMİP sədri Yusif Bağırzadə, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər, Istiqlaçı deputatlar Firudin Cəlilov, Məryəm Həsənova, İsgəndər Həmidov, VHP sədri Sabir Rüstəmxanlı və digər qonaqlar qurultay iştirakçılarını təbrik ediblər. Qurultaya dəvət edilən "Savalan" qrupu iştirakçıları musiqi ilə təbrik edib. Mandat Komissiyası (MK) sədri Xəzər Teyyublunun oxuduğu MK-nın 1 və 2 saylı protokollar təsdiq edilərək 298 Qurultay nümayəndəsinin səlahiyyətləri təsdiq edilib. Məlum oldu ki, MK-nın yığıncğına qədər 256 Qurultay nümayəndəsi qeydiyyatdan keçib. Daha sonra Mirmahmud Mirəlioğlu, Bəybala Əbil, Aytəkin İmranova və Zakir Quliyevdən ibarət tərkibdə Qurultayın Sədarəti, Loğman Abdullayev, Əlisa Həsənov, Sevindik Salmanov, Eynulla Müslimov, Sahib İbrahimov ibarət tərkibdə Qurultayın Katibliyi və Oqtay Güləliyev, Yaqub Babalı, Şükür İzzətoğlu, Şirin Cəfəri və Elşən Əlisoydan ibarət tərkibdə Redaksiya Komissiyası yaradılıb. Qurultyın Gündəliyi və Reqlamenti qəbul edildikdən sonra partiyanın seçkili orqanlarının ötən qurultaydan sonrakı fəaliyyətləri ilə bağlı hesabatları dinlənilib. II Qurultaydan sonrakı dövr ərzində KXCP-nin fəaliyyəti haqqında partiya sədri Mirmahmud Mirəlioğlu, Mərkəzi Nəzarət Təftiş Komissyasının fəaliyyəti ilə bağlı MNTK Gülbala Tağıyev, Ali Məclisin fəaliyyəti ilə bağlı AM sədri Bəybala Əbil hesabatlar veriblər. Hesabat məruzələrindən sonra Zəka Sahibi (Ağsu), Məhəmməd Məmmədli (Zərdab), Nisəxanım Vəliyeva (İzmir), Telman Ələkbərli (Gədəbəy), Sədaqət İsmayılova (Nizami), Oqtay Güləliyev (Nizami), Oqtay Güləliyev (Nizami), Zöhrab Vəlibəyli (Qaradağ), Ədalət Tahirzadə (Binəqədi) və başqaları çıxış edərək gündəlikdəki məsələlərlə bağı fikirlər söyləmiş və hesabatları qiymətləndirmişlər. KXCP-nin fəaliyyəti haqqında partiya sədri Mirmahmud Mirəlioğlunun, Mərkəzi Nəzarət Təftiş Komissyasının fəaliyyəti ilə bağlı MNTK Gülbala Tağıyevin, Ali Məclisin fəaliyyəti ilə bağlı AM sədri Bəybala Əbilin hesabatları qənaətbəxş hesab edilib. Qurultay gündəliyinin növbəti məsələsi- təşkilati məsələlərə baxıb. Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu seçilib. KXCP Mərkəzi Nəzarət Təftiş Komissyası üzvlüyünə Gülbala Tağıyev, Sərxan Carçı, Xuduş Ağayev, Azad Məmmədov və Sədaqət İsmayılova seçiliblər. Daha sonra KXCP Ali Məclisinin rayon (şəhər) şöbələrindən seçilmiş üzvlərdən ibarət tərkibi təsdiqlnib. Qurultay nümayəndələri məruzələrdə və çıxışlarda səslənən təkliflərə uyğun olaraq aşağıdakı sənədləri qəbul ediblər: -Ermənistan tərəfindən işğal olunan torpaqlarımızla bağlı bəyanat; -Azad, şəffaf və ədalətli seckilərlə bağlı qətnamə; -Guney Azərbaycan türkləri ilə bağlı dünya ictimaiyyətinə müraciət; -Güney Azərbaycan türkləri ilə bağlı qətnamə; -İraq Türkmənləri ilə bağlı qətnamə; -Uyğur Türklərinin vəziyyəti ilə bağlı qətnamə; -Suriya Türklmənləri lə bağlı qətnamə; -Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı qətnamə; -Bakının idarəçiliyi ilə bağlı qətnamə; -Sənədsiz evlərlə bağlı qətnamə; Ü.Hacıbəyovun Koroğlu operasının uverturası ilə Qurultay başa çatıb. (Qurultayla bağlı geniş məlumat www.kxcp.org saytında olacaq) Qurultaydan sonra KXCP Ali Məclisinin ilk sessiyası keçirilib. Sessiyada Ali Məclisin 1/3 tərkibinin bir hissəsi seçilib və təşkilati məsələlərə baxılıb. Bəybala Əbil – Ali Məclisin sədri, Aytəkin İmranova və İlham Hüseynli Ali Məclis sədrinin müavinləri seçiliblər. KXCP Sədi Mirmahmud Mirəlioğlunun təyin etdiyi müavinlər: Aydın Mədətoğlu, Xəzər Teyyublu, Nizami Ələkbərov və Oqtay Gülaliyev Ali Məclis tərəfindən təsdiqlənib. KXCP Ali Məclisi partiya sədrinin təqdimatına əsasən Mirmahmud Mirəlioğlu, Bəybala Əbil, Aydın Mədətoğlu, Xəzər Teyyublu, Nizami Ələkbərov, Oqtay Gülaliyev, Aytəkin İmranova və İlham Hüseynlidən ibarət KXCP İdarə Heyyətini təsdiqləyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?