GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycanın qorxu yuxusu olan cinayətkar dəstənin ifşasından 10 il ötdü

Azərbaycanın qorxu yuxusu olan cinayətkar dəstənin ifşasından 10 il ötdü

Tarix: 4-08-2015, 11:51 Bölmə :Ölkə Baxış: 0
Azərbaycanın qorxu yuxusu olan cinayətkar dəstənin ifşasından 10 il ötdü

Qurbanının qətlinin istintaq qrupunda iştirak edən qanqster uzun illər sonra niyə ifşa olundu
MTN-in məşhur “Qara kəmər” əməliyyatından sonra illərlə bağlı qalan bir çox sifarişli qətllərin və adam oğurluqlarının üzərinə işıq salındı. Bu əməliyyat 10 il əvvəl keçirilsə də, bu günə kimi üzərindən sirr pərdəsi götürülməyən və Hacı Məmmədovun yarımçıq məhkəmə ifadələri ilə onun tərəfindən törədilməsi işarə olunan bir çox cinayətlər də var…

Həbsinin 10 illiyi ərəfəsində İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında ömürlük həbsdə olan sabiq polis polkovniki Hacı Məmmədova baş çəkib.

E.Behbudov modern.az-a deyib ki, Hacı Məmmədov həmişəki kimi bir nəfərlik kamerada saxlanılır: “Öz istəyi ilə heç kimlə görüşmür. O, bunu yaddan çıxmaq və unudulmaq məqsədi ilə edir. Evdən gələn azuqələri qəbul edir. Qanunvericiliyə görə o tipli məhkumlara nəzərdə tutulan qaydalar ona da şamil olunur. Hacı Məmmədovun kamerasında televizor var. O, şəkər xəstəliyindən əziyyət çəkir. Buna görə də MTN-nin istintaq təcridxanasının həkiminin birbaşa nəzarəti altındadır. Evdən göndərilən dərmanlar və türkəçarə üsullarla müalicə olunur. Hacı Məmmədov yağlı boya ilə şəkillər çəkir, muncuqla müxtəlif əl işləri düzəldir. Hətta o, yağlı boyalarla çəkdiyi şəkillərin beşini mənə hədiyyə edib. Onun çəkdiyi rəsm əsərlərinin hamısı şifrəlidir. O, şifrələrin anlamını heç mənə də açmır. Hacının hər rəsmində bir sirr var”.

Elçin Behbudov həbs yerlərində mütəmadi monitorinqlər keçirdiyini də deyib: “Planda Şəki, Zaqatala polis şöbələrinin müvəqqəti saxlanma yerlərində, Dövlət Miqrasiya Xidmətinin mərkəzi saxlanma yerlərində, eləcə də hərbi hissələrdə monitorinqlər nəzərdə tutmuşam. Komitənin ən sıx işlədiyi üç dövlət qurumu var. Bunlar MTN, Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyidir”.

H.Məmmədovun cinayətlərinin tam araşdırılmaması bu gün də dartışılan mövzulardandır. Onun cinayətləri törətmə üsullarına diqqət ayıran sabiq istintaqçılar çox maraqlı bir faktı müəyyən ediblər. Məlum olub ki, məşhur qanqster sifarişli qətlləri icra etmək üçün mükafat kimi adam oğurlayırmış. Məlumdur ki, mərhum akademik Ziya Bünyadov 1997-ci ilin fevral ayının 21-də qətlə yetirilib. Bu sifarişli qətldən 11 gün əvvəl — 10 fevral 1997-ci ildə iş adamı Ülvan Bağırovu Hacı Məmmədovun bandası oğurlayıb.

Maraq doğuran faktlardan biri odur ki, Ziya Bünyadovun qətlinin istintaq edilməsi üçün təşkil olunan əməliyyat-istintaq qrupuna əməliyyat müvəkkili Hacı Məmmədov da daxil edilib. Belə məlumatlar da var ki, istintaqın ilkin mərhələsində Hacı Məmmədovun cinayətlərinin üstünün açılmasının qarşısını hazırda həbsdə olan, DİN Baş Cinayət-Axtarış İdarəsinin mülkiyyət cinayətləri əleyhinə bölməsinin sabiq rəisi Kamil Sədrəddinov alıb. K.Sədrəddinov həyata keçirilən əməliyyat işi ilə bağlı məlumatları əldə etməklə, onları Hacı Məmmədova ötürüb.

Hacı Məmmədovun məhkəməsində əməliyyat məlumatlarının ona ötürülməsində K.Sədrəddinovun rolunun olması da təsdiqlənib. Fevral ayının 10-u Hacı Məmmədovun bandası üçün, görünür, uğur gətirən və yaxud nə ilə isə əlamətdar bir gündür. Məhz həmin gün, amma 8 il sonra Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Hacının dəstəsi tərəfindən oğurlanıb.

Bundan 20 gün sonra martın 2-də isə “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov da akademik Ziya Bünyadov qətlə yetirildiyi üsulla öldürüldü. Onu da Ziya Bünyadov kimi yaşadığı binanın blokununda gizlənən killer qətlə yetirdi. Hər ikisinin ağzından güllə ilə vurulub.

Bu kimi şəxslərin aşkarsızlıq şəraitində törədilən qətllərinin açılması çox vaxt tələb etməklə yanaşı, bu cinayətlərdən əvvəl törədilmiş cinayətləri də kölgədə qoyurdu. Hacı Məmmədov da törədəcəyi sifarişli qətlə görə belə mükafat almaqla özünü və bandasının ələ keçməməsini də təmin etdiyini düşünüb. Dəstəsinin fəaliyyətdə olduğu illər ərzində belə də olub. Amma 2005-ci ildə H.Məmmədovun sınanmış metodu iflasa uğrayıb. Bunun səbəbi bəlli deyil. İnanırıq ki, nə vaxtsa bu məsələnin üzərinə də işıq salınacaq.

Yada salaq ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə adam oğurluğu və bir sıra qətllərdə təqsirləndirilən Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və digər 26 nəfər barədə hökmü 2007-ci il yanvarın 19-da çıxarıb.

Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-na keçən gecə Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində həbs ediliblər.

Məhkəmənin qərarına əsasən, Hacı Məmmədov, onun keçmiş şöbə müdiri Kamil Sədrəddinov, nazirliyin Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov və digər 7 nəfər ömürlük həbs cəzasına məhkum ediliblər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Hacı Məmmədovun xəstəliyi məlum oldu

    Hacı Məmmədovun xəstəliyi məlum oldu ...

    16-05-2016, 19:46

  • 
  • Hacı Məmmədovun intiharı ilə bağlı cinayət işi başlandı - RƏSMİ

    Hacı Məmmədovun intiharı ilə bağlı cinayət işi ...

    4-12-2017, 10:30

  • 
  • Hacı Məmmədovun bacısı danışdı

    Hacı Məmmədovun bacısı danışdı ...

    5-12-2017, 00:21

  • 
  • İntihar edən Hacı Məmmədov kim olub? – Cinayət tarixçəsi

    İntihar edən Hacı Məmmədov kim olub? – Cinayət ...

    4-12-2017, 14:00

  • 
  • Azərbaycanda həbs edilən “İŞİD” üzvü: “Ayda 150 dollar alırdıq”

    Azərbaycanda həbs edilən “İŞİD” üzvü: “Ayda 150 ...

    13-10-2014, 15:24


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu