GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Vergilər Nazirliyində sensasion həbslər gözlənilir

Vergilər Nazirliyində sensasion həbslər gözlənilir

Tarix: 4-08-2015, 12:07 Bölmə :Ölkə Baxış: 0
Vergilər Nazirliyində sensasion həbslər gözlənilir

Prezidentin Fazil Məmmədovu yerinə oturtmasının ardınca nazir yırtıcı komandasında “günah keçi”ləri axtarışına çıxıb, “qoçu müfəttişlər” durdurulmağa başlanıb

Vergilər naziri Fazil Məmmədova nəhayət ki, “dur” deyən oldu. Bu da təbii ki, dövlət başçısı İlham Əliyevdir. Prezidentin yerində etdiyi çıxışdan sonra vergilər naziri saxladığı “quldur dəstəsi”nin əl-qolunu yığışdırmağa başlamağa məhkumdur.

Çünki ölkənin iqtisadi və vergi sisteminə balta vuran bu çinovniklərin fəaliyyəti vergi deyil, xərac, bac, “haqq”, rüşvət toplamaq idi. Üstəlik, bu hərəkətlərini kimsədən çəkinməyərək açıq şəkildə həyata keçirirdilər. İllərdir ki. F.Məmmədovun yaratdığı gestapo və yırtıcı sistem barəsində tənqidi yazılar dərc olunur.

Yalnız nazir tənqidlərə məhəl qoymayaraq öz korrupsioner siyasətinin amansız şəkildə davam etdirirdi. Dövlət rəhbərinin müşavirədə açıq və dəqiq çıxışından sonra isə vergilər nazirinin matı-qutu qurudu. Nazir gözləmirdi ki, ona qarşı belə açıq tənqid səslənə bilər.

Özü də bu fikirlərə qarşılıq olaraq heç bir arqument və ya bəhanə keçmir. Çünki ökədə sahibkarlara, iş adamlarının, xırda və iri ticarətçilərin başına açılan oyunlardan hər kəs məlumatlıdır. Elə təkcəı “Gündəm-xəbər” qəzetinə bu müddət ərzində onlara sahibkarın şikayəti daxil olub. Bu müraciətlərdə qeyd olunurdu ki, Vergilər Nazirliyinin əməkdaşları, vergi müfəttişləri xalqı soymaqla məşğuldur. Onların nəqliyyat müfəttişlərindən geri qalmayan özbaşına, qanunsuz, qudurğan hərəkətləri əndazəni aşmışdı.

Lakin nazirlik müşavirədən sonra hərəkətləndi, özünə çəki-düzən verməyə başladı. Mənbənin qəzetimizi verdiyi xəbərə görə, F.Məmmədovun vəziyyəti ürəkaçan deyil. Prezidentin birbaşa hədəfinə gələn və xalqın gözü qarşısında sərt tənqid olunan nazir indi özünü yığışdırmaq, postunu qorumaq barədə fikirləşir.

Bu günlərdə nazirlikdə keçirilən toplantı da həmin müşavirəyə hesablanmışdı. İstisna deyil ki, nazirlikdə həbslər başlasın.

İndi nazir düşdüyü vəziyyətdən çıxmaq üçün yollar axtarır. Vergi ödəyicilərinə sms göndərilməklə onlardan vergi müfəttişlərinin qanunsuz hərəkətləri haqda məlumat vermələri istənilir. Belə bir sms-müraciətin meydana çıxmasını 13 iyul müşavirəsindən sonra təbii qarşılamaq olar. Bunu nazirin özünüxilas əməliyyatının elementi kimi də qəbul etmək mümkündür.

İndi məlum olur ki, naziri çətin vəziyyətə salan Avropa Oyunlarından əvvəl verdiyi göstərişlərdir. Vergilər nazirinin vergi borcunu ödəməyən oliqarxların şirkətlərinin siyahısını hazırlayıb onlara hücuma keçməsi onun özünün gizlinlərini ortaya çıxarıb.

Oliqarxlardan biri israrla onun şirkətlərindən vergidən əlavə pul tələb edən vergi müfəttişlərinə tələb etdikləri vəsaitlərin ödənməsi tapşırığını verib. Digər tərəfdən isə vergi müfəttişlərinə ödənilən rəsmi və qeyri-rəsmi vəsaitlərin siyahısını hazırlatdırıb.

Sonradan həmin siyahı yuxarılara təqdim edilib. Məlum olub ki, şirkətlərdən qeyri-rəsmi alınan külli miqdarda vəsaitlərin əhəmiyyətli hissəsi yoxa çıxıb. Bundan sonra qeyri-rəsmi olaraq digər şirkətlərdə də monitorinqlər aparılıb, sahibkarların ödədiyi vəsaitlərlə daxil olan vəsaitlərin uyğunluğu yoxlanıb. Ortaya kəskin fərqlər çıxıb.

Bundan sonra vergilər naziri üçün qara zolaq başlayıb. Nazirin tutduğu postdan uzaqlaşdırılması da gündəmdədir. Yada salaq ki, iyulun 13-də prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən müşavirədə Vergilər Nazirliyinin fəaliyyəti ən sərt şəkildə tənqid olundu.

“Mənə məlumatlar gəlir ki, son vaxtlar Vergilər Nazirliyi özünü çox sərt aparır, tələbkardır. Burada biz iki məsələni bir-birindən ayırmalıyıq. Vergilər Nazirliyi çalışmalıdır ki, vergi ödəyiciləri vergiləri birmənalı olaraq qanuni şəkildə, tam şəkildə versinlər. Burada heç bir başqa söhbət və güzəşt ola bilməz.

Ancaq heç bir başqa əsassız tələb irəli sürülməməlidir. Mən bunu qeyd etməliyəm. Ona görə sahibkarlar, sadə dillə desək, dövlətin pulunu 100 faiz verməlidirlər, vəssalam. Ondan başqa, heç kimə 1 manat verməməlidirlər. Bax, mən onlara tapşırıram və göstəriş verirəm” - deyə, İ.Əliyev müşavirədə bildirmişdi.

Maraqlıdır ki, müşavirədən az əvvəl 2015-ci ilin yanvar-iyun ayları ərzində qeyri-neft-qaz sektoru üzrə büdcəyə 2 milyard 289 milyon 221,5 min manat, Vergilər Nazirliyinin xətti ilə isə 3 milyard 346 milyon 306,8 min manat vəsait daxil olması haqda məlumat yayılmışdı. Bildirilirdi ki, Vergilər Nazirliyi proqnoz tapşırığına 100,8 faiz əməl edib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Mikayıl Cabbarov Fazil Məmmədovun qohumunu işdən çıxardı - NAZİRLİKDƏ KADR İSLAHATI

    Mikayıl Cabbarov Fazil Məmmədovun qohumunu işdən ...

    15-02-2019, 12:27

  • 
  • Vergilər Nazirliyində struktur dəyişikliyi

    Vergilər Nazirliyində struktur dəyişikliyi ...

    9-06-2016, 11:23

  • 
  • Sabiq vergilər naziri Fazil Məmmədov Türkiyədə "American Hastanesi"nə yerləşdirilib

    Sabiq vergilər naziri Fazil Məmmədov Türkiyədə ...

    28-06-2018, 19:55

  • 
  • Fazil Məmmədovu bitirən səbəblər

    Fazil Məmmədovu bitirən səbəblər ...

    5-12-2017, 22:01

  • 
  • Fazil Məmmədovun vəzifədən çıxarılan qohumları – Siyahı

    Fazil Məmmədovun vəzifədən çıxarılan qohumları – ...

    2-02-2018, 11:40


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu