"Avetsa" Konserninin rəhbəri İbrahim Nehrəmlini 355 min manatlıq daşınmaz əmlakını mənimsəməkdə ittiham edən iş adamı Elşad Məmmədov Daxili İşlər naziri Ramil usubova müraciət edib.
Avropa.info-nun redaksiyasına təqdim olunan müraciətdə deyilir:
Cənab nazir? Mənim mətbuat və şikayət ərizələri ilə birlikdə 1000-dən çox müraciətimə 4 ildir ki baxılmamış qalıb. Ölüm hədələri ilə məni təhdid edən İbrahim Nehrəmli banka borclu olduğu üçün ikinci dəfədir saxlanılır.
Bəs mənə, 4 il Azərbaycan ordusunda xidmət etmiş İbrahim Nehrəmli nin dələduz əıməli ilə bağlı niyə tədbir görülmür? Bu günə kimi məni baş prokuror Zakir Qaralov, baş prokurorun birinci müavini Rüstəm Usubov, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev qəbul edib, lakin pozulmuş hüquqlarım bərpa edilməyib. Prezident İlham Əliyev Qazax rayonuna səfər edərkən yaxınlaşıb problemimi ölkə başçısına çatdırmaq istəsəm də, buna da imkan verilmədi.
Mən hal-hazırda Avropadayam və haqqımı tələb etdiyim üçün Hacı İbrahimin qardaşı Natiq İbrahimiov məni burada da rahat buraxmayıb ölümlə hədələyir. Bu haqda mətbuat vasitəsilə və video müraciətlə şəxsən sizə Ramil Usubova, Zakir Qaralova və milli təhlükəsizlik naziri Eldar Mahmudov cənablarına müraciətim də olub . Ölkə başçısı cənab İlham Əliyev son çıxışında özü şəxsən deyib ki, hüquqları pozulmuş iş adamları mənə nə vasitə ilə bacarırlarsa məlumat versinlər. Mən bacardığım bütün qanuni vasitələrdən istifadə edəcəm ki, problemimi cənab prezidentə çatdırım.
Cənab nazir, bir halda ki, İbrahim Nehrəmli mütəmadi olaraq polisə çağırılır, çox xahiş edirəm mənim və 3 övladımın haqqını da bərpa edəsiniz."
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?