Rusiyanı şoka salan dəhşətli qətlin əsas şübhəlisi yaxalanıb. ANS PRESS-in məlumatına görə, uşaqlarını, yoldaşı və anası olmaqla 8 nəfərin ölümündə şübhəli bilinən Oleq Belovu Vladimirski bölgəsinin Kovrov şəhərində yaxalaya biliblər.
“Rusiya istintaq komitəsi və Federal təhlükəsizlik xidmətinin birgə səyləri nəticəsində 6 uşağın qətlində şübhəli bilinən Oleq Belov saxlanılıb. Hazırda istintaq onunla məşğul olur” – deyə Rusiya istintaq komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin bildirib.
Daxili işlər nazirliyinin əməkdaşları xüsusi əməliyyatı Kovrovun Mayakovski küçəsində aparıblar. Asayiş qoruyucuları küçədə olan insanları riskə atmamaq niyyəti ilə şübhəli şəxsin üzərində sıx izləmə aparıblar. Onu getmək istədikləri nöqtədə yaxalamaq istəyiblər.
Lakin polislər izlədikləri Belovu tutmaq istədikdə şübhəli güclü müqavimət göstərməyə başlayıb və bıçaqla çevik qüvvələrin üzərinə hücum edib. Polislər cinayətkarı zərərsizləşdirmək üçün xidməti silahdan istifadə etməklə buna nail olublar. LifeNews bildirir ki, şübhəli qarın nahiyəssindən aldığı yara ucbatından tibb məntəqəsinə aparılıb.
Hazırda asayiş qoruyucuları saxlanılanın cinayət zamanı nə dərəcədə ağlı başında olub-olmaması və cinayət motivləri müəyənləşdirilir. Hələ ki, Oleq Belovun günahı isbat olunmayıb. Lakin ilkin dindirilmədən sonra bu dəyişilə bilər.
Asayiş qoruyucuları bildirib ki, əgər vaxtında şübhəlini yaxalamasaydılar daha bir faciənin olması ehtimalı var idi. Belə ki, cinayətkar törətdiyi qətllərdən sonra qaynanasıgilə gedib və orada gözləməyə başlayıb.
Nijni Novqorodda 6 uşağın amansızca qətli dünən baş verib. 25 iyuldan etibarən uşaqlar bağçaya gəlməməyə başlayıblar. Bu zaman bağça əməkdaşları polisə müraciət ediblər. Ailənin yaşadığı mənzilə girmək istəyən polis üçün heç kim qapını açmayıb. Pəncərədən evə daxil olarkən isə dəhşətli qətl hadisəsi üzə çıxıb. Evin içində polietilen torbalara yığılan uşaqların doğranmış bədən hissələri aşkarlanıb.
Qonşular bildirib ki, bir gün əvvəl ailənin atasını naməlum istiqamətdə gedən görüblər. Belovun qaynanasının sözlərinə görə qanlı hadisə barədə ilk təbil çalan psixodispanserdə şizofreniyadan uçotda olan II qrup əlili yeznə olub.
Sorğu
Yeni dizaynımız necədir?