Türkiyənin Antalya şəhərində keçirilən antiterror əməliyyatı zamanı Rusiyanın 3 vətəndaşı terrorçu İŞİD qruplaşması ilə əlaqədə şübhəli bilinərək tutulub.
Report Türkiyə KİV-inə istinadən xəbər verir ki, yanvarın 12-də İstanbulda törədilən terrordan sonra yerli təhlükəsizlik orqanları Antalyada antiterror əməliyyatı keçirib.
İŞİD-lə əlaqədə şübhəli bilinən 3 nəfərin qaldığı yerdə xüsusi təyinatlı polis dəstəsinin axtarışı nəticəsində bu qruplaşmaya aid sənəd və "CD" aşkar edilərək götürülüb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?