GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycanlı nazirin 10 milyonu bankda batır - Şok faktlar

Azərbaycanlı nazirin 10 milyonu bankda batır - Şok faktlar

Tarix: 5-08-2015, 14:23 Bölmə :Ölkə Baxış: 0
Azərbaycanlı nazirin 10 milyonu bankda batır - Şok faktlar

Heydər Əsədov Kənd Təsərrüfatı Nazirliyinin 10 milyonunu, Zaur Hüseynov Bakı Metropoliteninin 2 milyon manatını xilas etmək istəsələr də, cəhdləri nəticə vermir; qurumda vəziyyət son dərəcə kritikdir; hüquqi və fiziki şəxslər vəsaitlərini çıxara bilmir; əsas qalmaqal “Araş” firmasının 15 milyonunun oğurlanmasından sonra başlayıb...

“Bank Technique”də yaranmış vəziyyətlə bağlı ötən saylarımızda məlumat vermişdik. Məlumatda iddia olunurdu ki, bankda vəziyyət son dərəcədə pisləşib. Fiziki və hüquqi şəxslər vəsaitlərini ordan çıxara bilmirlər. Buna görə də bank rəhbərliyi ilə müştərilər arasında ciddi qalmaqal yaranıb. Bankın Babək prospektində yerləşən baş ofisində hər gün qarşıdurma yaşanır. Ötən həftənin sonlarında “Bank Technique” bu xəbərlərlə bağlı press-reliz yaydı. Orda göstərilirdi ki, bank tam müflis olmayıb. Amma bankın bir çox qurumlarla əməkdaşlığı dayandırdığı, o cümlədən ixtisarlara getdiyi etiraf olunurdu.

Ötən gün vəziyyəti yerindəcə dəqiqləşdirmək, yayılan məlumatların nə dərəcə düzgün olub-olmadığını aydınlaşdırmaq üçün müxbirimiz “Bank Technique”nin baş ofisində olub.

***

gundemxeber.az xəbər verir ki, Musavat.com-un əməkdaşı baş ofisdə qələbəliklə rastlaşıb. Müxbirin qeydləri: “Ofisə gələn əmanətçilər pullarını geri çəkmək üçün növbəyə dayanırlar. Bankın durumu əmanətçiləri çox narahat edir. Növbə gözləyən əmanətçilərdən birinə yaxınlaşıb pullarını geri çəkməsinin səbəbi ilə maraqlandıq. Əmanətçi dedi ki, ”qara gün" üçün əlində olan 20 min manatı banka yatırıb. “Bu bank yaxşı faizlər verirdi. Evimi satıb pulun bir hissəsini gətirib qoymuşdum bura. İldə 1 dəfə faizləri alıb başımıza çarə qılırdıq. İndi deyirlər ki, burada da vəziyyət çətindir. Pulu geri almaq istəyirəm, neçə gündür gedib-gəlirəm. Deyirlər verəcəklər. Amma vermirlər. Camaat da dayanıb, pulunu almaq istəyir. Hərəyə bir adla pulu vermirlər” - deyə əmanətçi bildirib.

Bankda olduğumuz vaxtda bir çox müştərilərin kassalara yaxınlaşıb pulları geri almaq üçün danışıqlar apardıqlarının şahidi olduq. Bank rəhbərliyi ilə görüşüb yaranmış vəziyyətlə bağlı açıqlama almaq istədik. Qapıdakı nəzarət məntəqəsində əyləşən yaşlı bir əmanətçini nişan verən mühafizəçi “müştəri 2 saatdır oturub gözləyir, hələlik heç kim yoxdur”, dedi. Bankın mətbuat xidmətinin rəhbəri ilə görüşmək niyyətimiz də baş tutmadı. Mühafizəçi az əvvəl xidmət rəhbərinin bir çox işçilər kimi tutduğu vəzifədən azad edildiyini söylədi".

***

Özəl mənbələrin “Yeni Müsavat”a verdiyi məlumata görə, “Bank Technique”də vəziyyət hər gün daha da pisləşir. Qaynağımız deyir ki, bankda xeyli dövlət qurumunun vəsaiti hələ də qalmaqdadır. Məsələn, Kənd Təsərrüfatı Nazirliyi bankla əməkdaşlığı dayandırsa da, 10 milyon manat pulu hesabdan çəkə bilmir. Nazir Heydər Əsədov dəfələrlə bank rəhbərliyinə müraciət etsə də, deyilənə görə, ortada nəticə yoxdur. Bizə çatan məlumatda o da bildirilir ki, kənd təsərrüfatı naziri Heydər Əsədov Prezident Administrasiyasına, baş nazir Artur Rasizadəyə də şikayət edib. Lakin hər iki instansiya ona deyib ki, nazirliyin pulunu bankdan çıxarmasına hər hansı köməklik göstərə bilməyəcəklər.

Bakı Metropoliteninin də “Bank Technique”də xeyli pulunun “ilişib” qaldığı deyilir. Bank metropolitenlə əməkdaşlığı dayandırsa da, onlar hesabdakı qalıq pulu çəkə bilmirlər. Məlumatlara görə, Bakı Metropoliteninin “Bank Technique”də 2 milyona yaxın vəsaiti qalır.

Bankda hesabı olan qurumlardan daha bir neçəsinin adı bizə məlumdur: notariuslar, Baş Dövlət Yol Polisi İdarəsi, “Santral Elektrik” şirkəti və s. Adıçəkilən qurumlar öz hesablarını bankdan çıxarsalar da müəyyən məbləğdə pullarının hesablarda qaldığı bildirilir.

Əmanətçilərin redaksiyaya verdiyi bilgilərə görə, pulunu istəyən əksər müştərilər, o cümlədən dövlət qurumlarının rəhbərləri açıqca şantaja, təhdidə məruz qalır. Xəbər qaynaqlarımız iddia edir ki, depozit sahiblərini hüquq-mühafizə orqanları ilə hədələyib geri çəkilmələrini, hətta puldan imtina etmələrini tələb edirlər.

Redaksiyaya çatan xəbərlərdə başqa nüanslar haqda da söhbət açılır. Onlardan bir neçəsinə nəzər salaq. Məsələn, deyilənə görə, müştərilərin cari hesablarından tutulan vergilər dövlətə ödənmir. Bankda hazırda depozitlərin və cari hesabların üst-üstə 250 milyon civarında olduğu deyilsə də heç bir əməliyyat aparılmadığı söylənir.

Xatırladaq ki, bu ilin may ayında “Bank Technique”də ciddi yoxlamalar olub. Qaynağımızın dediyinə görə, həmin vaxt bankın İdarə Heyətinin sədri Rövşən İsmayılov 3 gün həbsdə olub. Onun fiziki təzyiqlərə məruz qaldığı haqda da xəbərlər dolaşır. Düzdür, o ərəfələrdə R.İsmayılov mətbuata açıqlamasında bunları təkzib etmişdi, amma mənbəmiz israrla iddia edir ki, deyilənlər həqiqətdir...

Bankın filial binalarının satışa çıxarıldığı barədə də məlumatlar var. Deyilənə görə, Quba, Xaçmaz, Neftçala, Qaradağ, Tovuz və s. rayonlardakı filialların binaları satışa çıxarılıb. Lakin bu əmlakları hələ də alan yoxdur.

Bank haqqında başqa bir maraqlı xəbər də almışıq. Həmin xəbərdə bildirilir ki, “Araş Medical” firmasının “Bank Technique”də 15 milyon manat vəsaiti batıb. Bu firmanın Milli Onkologiya Mərkəzinin rəhbəri Cəmil Əliyevə məxsus olduğu da iddia edilir. “Bank Technique”də yeyintilərlə bağlı yoxlamaların məhz “Araş Medical” firmasının hesabındakı pulların yoxa çıxmasından sonra intensivləşdiyi də bizə gələn xəbərlər sırasındadır.

Xatırladaq ki, “Bank Technique” 2012-ci ilin yazından Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin tabeçiliyə verilmişdi. 2015-ci ilin martında C.Hacıyev Beynəlxalq Bankın rəhbəri vəzifəsindən uzaqlaşdırıldıqdan sonra onun nəzarətindəki banklarda külli miqdarda yeyinti faktları aşkarlandı. 40-dan çox iş adamı Beynəlxalq Bankdan götürüb qaytarmadığı kreditlərə görə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldı. Sonradan onlar kreditləri qaytaracaqları haqda öhdəlik götürdükləri üçün sərbəst buraxıldılar. Lakin “Beynəlxalq Bank işi”nə görə bu günə kimi barəsində həbs-qətimkan tədbiri seçilmiş bir neçə iş adamı, bank işçisi var.

“Bank Technique” də məhz C.Hacıyevin nəzarətində olduğundan məlum olaylarda orada da yoxlama aparıldı. Yoxlamalar zamanı ciddi maliyyə pozuntuları üzə çıxdı. Məlum oldu ki, Beynəlxalq Bankda olduğu kimi “Bank Technique”də də kassalar boşaldılıb.

Ekspertlər hər iki bankın kassalarının boşaldılmasını, milyardlarla manat pulun yeyilməsini dövlətə qarşı maliyyə sabotajı hesab edirlər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • "Bank of Azerbaijan": Müflis elan olunmağımız borclu şəxslər tərəfindən borcların ödənilməməsinə əsas vermir

    "Bank of Azerbaijan": Müflis elan ...

    4-02-2016, 22:39

  • 
  • Eldar Mahmudovla Cahangir Hacıyev bir bankı 263 milyon dollarla müflis edib

    Eldar Mahmudovla Cahangir Hacıyev bir bankı 263 ...

    23-11-2015, 14:57

  • 
  • "Günay Bank"a olan güvən günbəgün azalır - HESABAT

    "Günay Bank"a olan güvən günbəgün ...

    12-10-2018, 10:29

  • 
  • Bankir, villasının gözətçisini necə milyonçu edib - sensasiya!

    Bankir, villasının gözətçisini necə milyonçu edib ...

    7-09-2015, 17:55

  • 
  • Azərbaycanda bankda KÜTLƏVİ YOLUXMA — 50 nəfər karantinə alındı

    Azərbaycanda bankda KÜTLƏVİ YOLUXMA — 50 nəfər ...

    10-07-2020, 16:32


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu