Ərdoğan və Obama görüşündə Yaxın Şərqin yeni sərhədləri çəkiləcək
"Yaxın Şərqdə xəritə dəyişəcək. PKK və İŞİD-ə qarşı böyük hərbi əməliyyatlar həyata keçiriləcək. Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən getməsi üçün Vaşinqton artıq daha fəal rol almağa başlayır. Bölgənin gələcəyi Türkiyə və ABŞ prezidentlərinin görüşündə planlaşdırılacaq".
Bu barədə ABŞ mətbuatı yazır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Çin, İndoneziya və Pakistan səfərlərindən geri dönərkən jurnalistlərə Vaşinqtona səfər edəcəyi barədə verdiyi açıqlamadan sonra ABŞ mətbuatı yazır ki, görüşdə Yaxın Şərqin yeni sərhədləri formalaşdırılacaq.
Ərdoğan bildirib ki, ABŞ səfərinin vaxtı dəqiq bilinmir: "Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sessiyasında iştirak edərsəm, səfər sentyabrda, əks halda bu ay baş tuta bilər".
ABŞ mətbuatı yazır ki, Ərdoğanın bu səfəri regionla bağlı böyük dəyişikliklərə səbəb olacaq. Türkiyə ilə ABŞ arasında "İncirlik" hərbi bazası ilə bağlı razılığa gəlməsinə diqqət çəkən qəzetlər qeyd edir ki, Ərdoğanın "bufer zona" tələbini artıq Vaşinqton qəbul etmiş kimi görünür.
ABŞ Suriyada döyüşən YPG silahlıları arasından agentlərini geri çəkib. Bu isə YPG-nin bölgədə məhv ediləcəyi ilə bağlı bir siqnal hesab edilir. "Hələb dəhlizi" adlandırılan Fərat çayının qərbindəki bölgə İŞİD terrorçularından tamamilə təmizlənəcək.
Bütün bunlar isə Böyük Britaniyanı narahat etməyə başlayıb. İngilis mətbuatı yazır ki, anlaşma nəticəsində Fərat çayının qərbi tamamilə Türkiyəyə veriləcək.
"Keçən həftə əldə olunan "İncirlik" razılaşmasından sonra yeni addımlar atıldı. Türkiyənin PKK və İŞİD-ə qarşı böyük əməliyyatları yeni vəziyyətin yaranmasına səbəb oldu. Bu əməliyyatlar başa çatandan sonra Türkiyə-Suriya sərhədindəki Fərat çayının qərbi bütünlüklə Türkiyənin olacaq. Bura Suriyanın Cerablus, Afrin, Hələb və İdlib şəhərləri daxildir", deəy ingilis mətbuatı yazır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?