GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » ŞEYXULİSLAM ALLAHŞÜKÜR PAŞAZADƏYƏ MÜRACİƏT

ŞEYXULİSLAM ALLAHŞÜKÜR PAŞAZADƏYƏ MÜRACİƏT

Tarix: 16-08-2015, 00:55 Bölmə :Ölkə Baxış: 0
ŞEYXULİSLAM ALLAHŞÜKÜR PAŞAZADƏYƏ MÜRACİƏT

Hacı Salman Musayev: “Din dövlətdən ayrıdır, bu səbəbdən ərizənizə cavab verilmir”

Məhəmməd Ümmətinin əli hər yerdən üzüləndə, ümüd yeri kimi (vay o günə ki, ümüd puç ola) mənsub olduğu dinin rəhbəri Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə Həzrətlərinə müraciət etmək məcburiyyətində qalır. Sən saydığını say, gör Qafqaz Müsəlmanları İdarəsindən sənin yazdığın ərizəyə nə cavab verirlər? “Din dövlətdən ayrıdır, dövlətə müraciət edin”. Cavab: Hacı Allahşükür Paşazadənin 1-ci müavini Hacı Salmana məxsusdur. Din dövlətdən ayrı olduğu kimi, yəqin xalqdan da ayrıdır.

Əgər bu ölkədə Allahsızlıq adi hala çevrilibsə, özünü Qafqazda Allahın elçisi sayan və bütün Qafqazın Şeyxi Allahşükür Paşazadəyə müraciət etmək təbiidir. Nədən ki, özünü Uca Allahın elçisi sayan şəxs bütün bu dinsiz və Allahsızlığın qarşısın alınmasına məsuldur. Ona görə də, xalqı əzib, onun malını yeyərək, qəddarlıq edən dövlət məmurlarını KİV-lə rəzil günə qoyub, düz yola dəvət etməlidir.

Əvəzində ölkədə baş verən bu rəzalətə rəğmən susqunluq sərgilənirsə başa düşülən deyil. Onda belə anlaşılır ki, din dövlətlə həmrəydir, ölkədə baş verən bütün naqisliklərə şərikdir.

“ Hörmətli Şeyx Həzrətləri, Sizə yazdığım ərizəyə cavab almadığım üçün məcbur olub “Gündəm xəbər” vasitəsilə Sizə müraciət etmək qərarına gəldim. Məlumunuz edim ki, 7 may 2015-ci il tarixdə Sizə normal insanın tük ürpədici hisslərinə səbəb ola biləcək ərizə ilə müraciət etmişdim. Ərizədə 7 nəfər ailə üzvündən 3-ü ağır xəstəliyə düçar olub, şəraitsiz bir komada yaşayırsa, dövlət tərəfindən baxımsızdırsa vətəndaş çarəsizlikdən mənsub olduğu İslam dininin daşıyıcısı olaraq 1-ci Qaragin və yaxud Katalikosa müraciət etməli deyil ki?

Ərizəyə cavab verilməsi,qaydalara görə 1 ay müddət təşkil edir. Çox təəssüf ki, 1 ayın tamamından sonra mən Qafqaz Müsəlmanları İdarəsinin məktublar şöbəsinə müraciət etdim. Bildirdilər ki, ərizəniz idarəyə daxil olub. Baxılması üçün 1-ci müavin Hacı Salmana məlumat verilib. Və mən çətinliklə də olsa Hacı Salmanın iş telefonuna zəng edib yazmış olduğum ərizənin aqibəti ilə maraqlandım. Hacı Salman cavabında “Din dövlətdən ayrıdır dövlətə müraciət edin” deyə laqeydcəsinə cavab verdi. Əslində bizdə dinlə dövləti bir uçurum ayırır. Belə olmasaydı orta məktəblərdə hicab məsələsi öz həllini çoxdan tapmış olardı. İstər dövlət xadimi, istərsə də dini qurumlar bir zindana vurmalıdır ki, mənsub olduğu dövlət qüdrətli olsun. Bizdə isə, maddiyyat dövlət təəssübkeşliyindən öncədir.

Burada haşiyəyə çıxmaq yerinə düşür ki, 1970-ci illərin sonunda rus əsgərliyində xidmət etmişəm. Xidmətdən tərxis olduqdan 1 həftə sonra əsgər yoldaşım Sergeyə məktub yazmışdım. 3 gün sonra Sergey yaşadığı Xabarovsk vilayətindən mənə teleqram vuraraq məktubu aldığını bildirmişdi. 15 gün sonra Sergey mənə göndərdiyi məktubu aldım.

Bəlkə də vaxdınız məhdud olduğundan Sizə ünvanlanan ərizə ilə tanış olmamısınız və yaxud Sizdən gizlədilib. Hörmətli Şeyx Həzrətləri, dinimizdə olan biabırçılıqlar haqqında yazmağı tərbiyəm yol vermir. Ərizəmlə bağlı rəhbərlik etdiyiniz idarədən belə laqeydliyi bilsəydim, Sizə müraciət etməzdim..Yoxsa düşünürsünüz ki, Qafqaz Müsəlmanları İdarəsinin işi ancaq müqəddəs ziyarətgahlara insanları cəlb edərək mənfəət əldə etməkdir. Bilsəydim ərizəmi poçt vasitəsi ilə yox, Qafqaz Müsəlmanları İdarəsinin nəzir qutusuna atardım”.

Şakir Həsənsu

www.gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Şeyxdən «Milyarderlər»ə dəstək

    Şeyxdən «Milyarderlər»ə dəstək ...

    11-04-2013, 11:07

  • 
  • Hacı Şahin Allahşükür Paşazadənin müdafiəsinə qalxdı

    Hacı Şahin Allahşükür Paşazadənin müdafiəsinə ...

    27-07-2021, 12:46

  • 
  • Erməni katolikosu II Qareqin Allahşükür Paşazadəyə məktub ünvanlayıb

    Erməni katolikosu II Qareqin Allahşükür ...

    6-08-2014, 00:38

  • 
  • Şeyxi hədəfə gətirmək istəyirlər

    Şeyxi hədəfə gətirmək istəyirlər ...

    10-04-2013, 10:03

  • 
  • “ŞEYXİ ETDİYİ CİDDİ SƏHVƏ GÖRƏ CƏZALANDIRIRLAR” – Paşazadə ətrafında qara buludlar

    “ŞEYXİ ETDİYİ CİDDİ SƏHVƏ GÖRƏ CƏZALANDIRIRLAR” – ...

    21-09-2017, 11:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu