Hacı Tale Bağırzadə olayının yeni gizlinləri açılır
Məlum olduğu kimi ilahiyyatçı Hacı Tale Bağırzadənin həbsilə bağlı Nardaranda aprelin 5-nə mitinq təyin olunsa da, sonradan aksiya təxirə salındı. Mətbuatda bu, Qafqaz Müsəlmanları Idarəsinin sədri Hacı Allahşükür Paşazadənin məsələyə müdaxiləsi və nardaranlılara Hacı Tale Bağırzadənin azad ediləcəyi barədə vəd verməsilə əlaqələndirdi. Lakin maraqlıdır ki, Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov bu məlumatları təkzib edib. O, “Yeni Müsavat”a müsahibəsində bildirib ki, Hacı Allahşükür Paşazadə ilə bağlı hər hansı danışıq olması barədə onda məlumat yoxdur. QMI mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Hacı Allahşükür Paşazədənin Hacı Tale Bağırzadə ilə bağlı hər hansı vəd verdiyini təkzib edib. O, açıqlamasında deyib ki, Hacı Allahşükür Paşazadə dini lider olaraq zaman-zaman kəndlərin ağsaqqalları ilə ünsiyyət əlaqələri olur: “Bu hadisə də istisna deyil. Yəni belə bir ünsiyyət olub. Lakin məsələ mətbuatda interpretasiya olduğu kimi deyil. Heç bir vədin verilməsindən söhbət gedə bilməz. Yalnız həmin şəxslərlə hər hansı fikir mübadiləsi aparıla bilər”. Əldə etdiyimiz məlumatlara görə, belə bir məlumatın dövriyyəyə buraxılması təsadüfi deyil. Hökumətdə hansısa maraqlı qüvvələr bu məsələnin məsuliyyətini Şeyxin üzərinə qoymaq, onu dindarların hədəfinə çevirmək üçün mediaya belə bir məlumat ötürüblər.
Sorğu
Yeni dizaynımız necədir?